Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Vəsait ona görə verilmir ki, kimsə çıxarıb qoysun cibinə»
Vüqar Səfərli yayım firmalarına xəbərdarlıq edib. Bildirib ki, istənilən yayım firması qəzetlərə saxta sənəd təqdim edərsə, həmin sənədlər dərhal prokurorluq orqanlarına göndəriləcək

Sentyabrın 6-da Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDDF) icraçı direktoru Vüqar Səfərli KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. V.Səfərli avqustun 25-də başa çatan son müsabiqəyə 41 layihə daxil olduğunu və onlardan 30-nun qalib elan olunduğunu bildirdi.
V.Səfərli qeyd etdi ki, qaliblərdən 19-u qəzet redaksiyaları, 6-sı İnformasiya Agentlikləri, 5-i isə jurnalist təşkilatlarıdır. “Bizə redaksiyalardan çoxsaylı müraciətlər daxil olub ki, müsabiqənin şərtlərinin həyata keçirilməsində çətinliklər çəkirlər. Məsələ bundan ibarətdir ki, əvvəlki müsabiqə şərtlərində qalib redaksiyalar tədbirlər keçirirdilər. Yəni, demək olar ki, layihə tədbirlər əsasında həyata keçirilirdi. Bununla bağlı bizə şikayətlər və müraciətlər daxil olduqdan sonra məsələ Müşahidə Şurasında müzakirə olundu. Nəticədə belə qərara gəlindi ki, qalib redaksiyalar layihəni həyata keçirərkən tədbir üçün nəzərdə tutulan mövzuları öz qəzet və internet səhifələrində yazılar şəklində həyata keçirsinlər. Yəni, tədbirlər əvəzinə mövzu ilə bağlı ardıcıl yazılar dərc etsinlər. Artıq biz müqavilələr bağlamışıq və qaliblər həmin müqavilələri alıblar. Bundan başqa qarşımızda duran əsas məsələ növbəti il üçün müsabiqələrin elan olunmasıdır. Növbəti il üçün əvvəlki illərdən fərqli olaraq müsabiqənin elan olunmasından bir ay olan vaxt itkisini aradan qaldıracağıq. Yəni, bundan əvvəlki müsabiqəni fevral ayında elan etməklə il ərzində ay yarıma qədər vaxt itirirdik. Buna görə də Müşahidə Şurasında aparılan müzakirə nəticəsində belə qərara gəldik ki, gələn il üçün müsabiqənin elanını bu il noyabrın axırı, dekabrın əvvəllərində edək. Dekabrın axırına qədər layihələr qəbul olunsun və qaliblər müəyyənləşsin ki, artıq yanvar ayından layihələrin həyata keçirilməsi başlansın. Bu onun üçündür ki, növbəti ilin bütün aylarında biz redaksiyaların maliyyələşdirilməsini həyata keçirə bilək. Növbəti ilin ikinci müsabiqəsinin də elanını may ayına planlaşdırmışıq. Bütün bu layihələrin mövzuları konsepsiya əsasında müəyyənləşdirilir. Bu konsepsiyanın da 19 istiqaməti var. Bu istiqamətlərin növbəti layihələr üçün elanını verəcəyik ki, tanış olduqdan sonra mövzularla bağlı redaksiyalardan təklif gəlsin. Yəni, iştirak etmək istəyən redaksiyalar hansı mövzuları müsabiqədə görmək istəyir”, - deyə V.Səfərli vurğulayıb.
İcraçı direktor artıq elan olunan müsabiqənin mövzuları ilə bağlı qəzetlərdən gələn təkliflərin sayı ilə bağlı narazılığını da bildirib. “Baxmayaraq ölkədə bu qədər qəzet var, onların cəmi 10-nu bizim elan elədiyimiz istiqamətlərə mövzu ilə bağlı təkliflər edib” , - deyə o əlavə edib. O, qeyd edib ki, qalib redaksiyalar arasında qəzetlərin əl yayımı ilə bağlı narazılıqlar da var. “Layihədə qəzetlərin yayım məsələsində tələblər qoyulub ki, iştirak edən qəzetin ən azından 500 tiraj yayımı olmalıdır. Müsabiqəyə təqdim olunan sənədlərdə biz ancaq tanınmış və üzdə olan mətbuat yayımlarının arayışlarını qəbul edirik. Əl yayımlarının sənədləri qəbul olunmur, çünki, elə bir leqal təşkilat mən tanımıram. Bu məsələ ilə də bağlı redaksiyalardan təklif gözləyirik ki, yaxın günlərdə yığışıb əl yayımları ilə bağlı qərara gələk. Çalışaq ki, belə qəzetlərin də nəticələri müsabiqədə əks olunsun”,- deyə V.Səfərli açıqlayıb.
V.Səfərli qeyd edib ki, müsabiqədə qalib olan hər redaksiya üçün ayrıca qovluqlar yığılır. “Layihə əsnasında təqdim olunan yazılar ekspertlər tərəfindən yoxlanılacaq. Qeyri-məqbul hesab edilən, ordan-burdan köçürülüb təqdim edilən yazılar qəbul edilməyəcək və onların müəllifi olan redaksiyalar növbəti müsabiqələrə buraxılmayacaq”,-deyə icraçı direktor cavablandırıb. Eyni zamanda V.Səfərli onu da qeyd edib ki, ay ərzində 20 yazının tələb olunması heç də çətin məsələ deyil. “Biz əvvəlki şərtlərdə bunu gündəlik olaraq tələb edirdiksə, artıq indi ümumiləşdirib ay ərzində tələb edirik. Güman edirəm bu daha əlverişlidir”,-deyə o bildirib.

Yayım firmalarına xəbərdarlıq

KİVDDF müsabiqələrinə qatılan qəzetlərə saxta sənəd təqdim edən yayım firmaları aşkar olunarsa bu barədə məlumatlar hüquq-mühafizə orqanlarına ötürüləcək. V.Səfərli bildirib ki, bu sahədə 35 illik təcrübəsi var və vəziyyətə kifayət qədər bələddir. İstənilən yayım firması saxta sənəd təqdim edərsə, o sənədi dərhal prokurorluq orqanlarına göndərəcəyəm. Ona görə ki, bunlardan biri barədə tədbirlər görülsün ki, başqalarına da dərs olsun. Qəzetlərin təqdim etdiyi yayım məlumatları onların reklamla təmin olunmasında da rol oynayacaq. Hazırda reklam bazarının formalaşdırılması ilə bağlı təkliflər üzərində iş gedir”-deyə, fondun rəhbəri açıqlayıb.
V. Səfərli qeyd edib ki, fondun ayırdığı vəsaitlərin xərclənməsinə nəzarət çox güclü olacaq. “Vəsait ona görə verilmir ki, kimsə çıxarıb qoysun cibinə. Bu vəsait redaksiyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına, qəzetlərin mətbəə xərclərinə, əmək haqlarının verilməsinə və digər bu kimi təşkilati tədbirlərə sərf oluna bilər”, -deyə o, əlavə edib.

Evlərin jurnalistlərə verilməsi kriteriyaları müəyyənləşməyib

Ölkə başçısının ayırdığı vəsaitlə jurnalistlərə veriləcək evlərin tikintisi üçün ayrılan yer artıq müəyyən olunub.
V.Səfərli qeyd edib ki, evlərin tikilməsi üçün Bayıl qəsəbəsində 50 sot torpaq sahəsi ayrılıb. “Orada sayı 3 olmaqla 16 mərtəbəli binanın tikilməsi mümkündür. Jurnalistlərə evlərin verilməsi məsələsi ilə bağlı sənədlərin qəbulu tikinti layihəsinə start verildikdən sonra həyata keçiriləcək. Evlərin jurnalistlərə verilməsi ilə bağlı kriteriyalar hələ müəyyənləşməyib. Bu barədə müzakirələr hələ aparılmayıb. Evlərin tikintisinə başlananda hansı sənədlərin tələb olunması barədə elan verəcəyik və sənədlər fondda qəbul olunacaq”, - deyə fondun rəhbəri açıqlayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan KİV DDF-yə 5 milyon manat vəsait ayrılması göstərilib.

Jurnalistlər üçün yeni müsabiqə elan ediləcək

Noyabr ayında KİVDDF jurnalistlər üçün növbəti müsabiqə elan edəcək.
Vüqar Səfərli qeyd edib ki, müsabiqədə 19 istiqamət üzrə yazılar qəbul ediləcək. Müsabiqənin nəticələri dekabr ayının sonlarında elan ediləcək.


Mübariz Aslanov /AZADİNFORM
+  -  Çap 
Yerləşdirilib: 07.09.10 | Baxılıb: 250

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •