Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«İstənilən halda “qara piar”a qarşıyam»
Əli Əhmədov:  “Mətbuat Şurası “qara piar” kampaniyasının əleyhinə “dişsiz” bəyanatlar vermək əvəzinə, bunun qarşısını almaq üçün təsirli addımlar atmaq barədə düşünməlidir”

«Siyahı elan olunanda bilinəcək ki, orada kimlərin adları var. Bunu ən zəruri vaxtda edəcəyik. Təbii ki, siyahı təqdim olunana qədər bu siyahının üzərində iş aparacağıq. Digər partiyalarda da belədir. Bütün bunlar tamamilə normal haldır». Bu fikri APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov son vaxtlar mətbuatda aparılan “qara piar” kampaniyasına da münasibət bildirib.
«Mən ümumiyyətlə, nəinki seçki kampaniyasının gedişində, bütün vaxtlarda ayrı-ayrı insanların ləyaqətinə toxunan yazıların çap olunmasının əleyhinəyəm. Xüsusilə də seçki kampaniyası dövründə belə üsullardan istifadə edilməsini buna əl atanların zəifliyi sayıram. Biz özümüzü zəif hesab etmirik. Bu mənada Yeni Azərbaycan Partiyası olaraq bizim hansısa “qara piar” elementlərindən istifadə etməyə ehtiyacımız yoxdur. Ancaq təəssüf hissi ilə bildirim ki, YAP-a, YAP tərəfindən əvvəllər namizədliyi irəli sürülmüş, yəqin ki, bu il keçiriləcək seçkidə də namizədliyi irəli sürüləcək namizədlərə qarşı “qara piar” kampaniyasından istifadə ediblər. Bunu da bizim opponentlərimiz edib. Bununla da onlar dolayısı yolla özlərinin zəifliyini etiraf etmiş olublar. Digər tərəfdən, hesab edirəm ki, Mətbuat Şurası “qara piar” kampaniyasının əleyhinə “dişsiz” bəyanatlar vermək əvəzinə, bunun qarşısını almaq üçün təsirli addımlar atmaq barədə düşünməlidir. Şura bu mexanizmləri işləyib hazırlaya bilər. Ancaq istənilən halda “qara piar”a qarşıyam.
+  -  Çap 
Yerləşdirilib: 04.09.10 | Baxılıb: 249

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •