Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Arxivə qovuşanlar” siyahısında növbəti yer kimindir?
Çoxsaylı nöqsanlarla fəaliyyət götərmiş Beynəlxalq Universitetin bağlanması qərarı ilk baxışdan haqlı görünsə də, sual da doğurur: Bu, bir qədər gecikmiş qərar deyilmi?

Bu günə qədər Azərbaycanda 36-sı dövlət, 15-i qeyri-dövlət ali təhsil müəssisəsi olmaqla təxminən 51 məktəb fəaliyyət göstərib. İndi isə bu siyahı yerini fəaliyyətdə olan deyil, artıq arxivə köçməkdə olan ali məktəblərin xeyrinə dəyişməkdədir. Belə ki, hələ 2006-cı ildə tarixə qovuşmuş Müstəqil Azərbaycan Universitetinin ardınca Azərbaycan Beynəlxalq Universiteti (ABU) də eyni taleni yaşamalı oldu. Bəs əslində nə baş verir?

Əvvəlcə Azərbaycan Beynəlxalq Universitetindən başlayaq. Bu adla internetdə axtarış aparan hər bir kəs çox “maraqlı məlumatlar” əldə edə bilər. Hərçənd, 21-ci əsrdə və ölkədə “Elektron Hökumət”in qurulması işlərinin aparıldığı indiki məqamda hər hansı bir ciddi qurumun aktiv saytının olmaması nə qədər gülüncdürsə, bir o qədər də reallıqdır. www.abu.az saytında universitetlə bağlı hər hansı məlumatı əldə etmək cəhdləriniz tam boşa çıxaraq, uğursuzluğa düçar olarsa, ruhdan düşməyə dəyməz. Çünki universitetin “çoxşaxəli şöhrəti”ni əks etdirən kifayət qədər məlumat toplamaq şansınız hələ qabaqdadır. “Azərbaycanda saxta diplom satan şəxslər tutulub”, “Azərbaycan Beynəlxalq Universitetində tələbələrə qarşı ayrı-seçkilik davam edir”, “Azərbaycan Beynəlxalq Universitetində tələbələr yenidən təhqir olunub”, “Azərbaycan Beynəlxalq Universitetinin tələbələri rüşvət verməkdən imtina edib” və s. məhz adıçəkilən universitetin “fəaliyyət istiqamətlərini” əks etdirir.
Nazirliyin araşdırmalarına gəlincə, sentyabrın 1-də təhsil naziri Misir Mərdanovun əmri ilə fəaliyyəti dayandırılan universitetdə 2005-ci illə müqayisədə maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində ciddi pozuntulara yol verilməsi üzə çıxıb. Ali məktəbin strukturuna daxil olan fakültələrin bir çoxu mövcud qaydaların tələblərinə zidd fəaliyyət göstərib, müəllimlərin dərs bölgüsündə müvafiq qaydalar kütləvi şəkildə pozulub, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi olmayanlara mühazirə dərsləri verilib. Tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanlar olub, qrupların tədris jurnalları formal olaraq doldurulub, bəzən dəyişdirilib, müəllimlərin imzaları saxtalaşdırılıb. Fənlərin tədrisi pərakəndə şəkildə - müəllimin istədiyi kimi aparılıb, tələbə kontingentinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birləşmələrin təşkilində ciddi pozuntulara yol verilib. Universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali məktəblərdən tələbələrin köçürülüb, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələbləri ciddi şəkildə pozulub, hətta saxtakarlığa yol verilib, köçürülmə sənədləri saxtalaşdırılıb. Diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizmi kobud şəkildə pozulub, universitetin Moskva filialının fəaliyyəti mövcud normativ sənədlərə uyğun təşkil olunmayıb və s. 
Nəhayət, belə bir vəziyyətdə məktəbin fəaliyyətini dayandırmaq qərarı verən nazirliyi yalnız dəstəkləməli olursan. Amma bu qədər nöqsanla fəaliyyətdə olan universitetin bağlanması qərarı ilk baxışdan haqlı görünsə də, sual da doğurur: Bu, bir qədər gecikmiş qərar deyilmi? Maraqlıdır, bir dəfə özəl məktəblərlə bağlı belə bir təcrübəni yaşayan nazirliyin gözündən ikinci dəfə eyni halın təkrarlanması necə yayınıb? Üst-üstə qalaqlanan bu qədər nöqsanların nə üçün heç birindən nazirliyin vaxtında xəbəri olmayıb? Jurnalist kimi dəfələrlə zəng edib yerində tapa bilmədiyimiz, tapanda da suallarımızı cavablandırmaqdan min bəhanə ilə yan qaçan nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin fəaliyyəti görəsən nədir bəs? Bizə cavab verməyə vaxtları olmadığı zamanda bəlkə ali təhsilin ciddi narahatlıq doğuran bu problemlərinə başları qarışırmış? Köçürülmənin saxtalaşdırılmasına gəlincə, Təhsil Nazirliyində, eləcə də təhsil müəssisəsində köçürülməni əks etdirən «Qeydiyyat kitabı» olmalıdır. Nazirliyin xətti ilə və ya xətti olmadan bütün köçürülən tələbələr barədə «Qeydiyyat kitabı» olmalıdır. Misir Mərdanovun 10.08.2010 tarixli əmri ilə ali və orta ixtisas təhsili müəssisələrinin «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulması növbəti təhsil müəssisəsində analoji halın təkrarlanmayacağına və bu prosesin şəffaf aparılacağına zəmanət verəcəkmi? Bu əmrlə təhsil müəssisələri «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmadıqları və ya məlumatları həmin sistemə vaxtında, tam və ya düzgün daxil etmədikləri halda cərimə (vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarında, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda) ediləcəklər. Məktəblərin tələbələrdən aldığı pullarla cəriməni ödəyib vəziyyətdən can qurtarmayacağına əminlik varmı?
Mövcud məsələyə gəlincə, problemi yaradan da, onunla üz-üzə qalanlar da eynidir. Burada universitetin də, nazirliyin də, valideyn-tələbə kontingentinin də günahı və məsuliyyəti var. Təhsilin ticarətə çevrilməsinin başlıca günahkarı elə məhz belə tələbə-valideyn kontingentidir. Çünki təklifi tələb formalaşdırır. İndi universitet qarşısında piket keçirməklə özlərini haqlı bilən bu tipli tələbələr topladıqları çox cüzi balla, amma ödədikləri pul hesabına, ali təhsil almaq eşqinə düşməklə özlərini problemə sala biləcəklərini niyə əvvəldən düşünmürlər? Əgər məqsəd həqiqətən təhsil almaqdırsa, qəbul imtahanlarında az bal toplamaqlarının və ya heç toplamamaqlarının günahı kimdədir? Özəl məktəblərin hətta “0” balla tələbə qəbuluna hazır olduqlarını yaxşı bilən bu tələbələr ata-analarının puluna güvənərək almaq istədikləri “təhsil”lə, əldə etdikləri diplomla nəyi təsdiqləmək istəyirlər?
Amma bitməyən bu problemlər fonunda indi hər kəsi düşündürən bir sual da var: Görəsən, “Arxivə qovuşanlar” siyahısında növbəti yerdə hansı ali məktəb olacaq?
Həqiqət İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 04.09.10 | Baxılıb: 271

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •