|
Saxlanılanlar Pakistan vətəndaşları olub
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisində qanunsuz yaşayan şəxslər tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, müvafiq qeydiyyat və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində qanunsuz yaşayan 3 nəfər Pakistan vətəndaşı saxlanılıb. Hazırda İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə uyğun olaraq onların respublikanın hüdudlarından kənara çıxarılması məsələsi həll olunur.
|