|
Ulduzxan İbişov Rusiyada cinayət törədib
Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Ulduzxan İbişovdur. U.İbişov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
|