Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Bayraqdan uca rəmz yoxdur”
Ziyalılar, ictimaiyyət nümayəndələri Dövlət Bayrağı Meydanının açılmasını ölkəmiz üçün qürur doğuran hadisə kimi qiymətləndirirlər

Sentyabrın 1-də Bakıda çoxdan gözlənilən hadisə - Dövlət Bayrağı Meydanının açılışı olub. Qeyd edək ki, 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” sərəncama əsasən elə həmin il, dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulub. Ucaldılan Dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün isə ölçüsü 35x70 metr, sahəsi 2450 kvadratmetr, çəkisi 350 kiloqramdır. Dünyada  ən nəhəng bayraq qülləsinin Abu-Dabidə 123 metr, Əmmanda 127 metr, Aqabada isə 131 metr hündürlükdə olduğunu nəzərə alsaq   162 metrlik qüllədə quraşdırılan bayraqla ölkəmiz rekorda imza atıb.
Ölkəmizin ayrı-ayrı ziyalıları, ictimaiyyət nümayəndələri Dövlət Bayrağı Meydanının açılmasını ölkəmiz üçün qürur doğuran hadisə adlandırıblar.

Tarixçi alim, professor Musa Qasımlı da Dövlət Bayrağı Meydanın açılmasını yüksək qiymətləndirib: “Hesab edirəm ki, belə bir meydanın açılması Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün tarixi hadisədir. Bu, dövlət bayrağımıza olan münasibətin bir nəticəsidir. Bu bayraq hər azərbaycanlı ailəsində, məktəbdə təbliğ olunmalıdır. Belə bir meydanın açılması yalnız müsbət qiymətləndirilməlidir”. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da Dövlət Bayrağı Meydanının açılmasına dəyər verilməsini zəruri hesab edərək, tarixi hadisə kimi qarşılanmasının, zəruri bir addım kimi qiymətləndirilməsinin əhəmiyyətini bildirib:  “Bu hadisəyə bu konteksdən yanaşmaq lazımdır ki, Azərbaycan bayrağının uca tutulması dövlətçiliyin, onun atributlarının yüksək tutulması mənasına gəlir. Mən bunu bir tarixi hadisə kimi qiymətləndirərdim. Bu hadisəni ölkəmizin gələcəyi baxımından çox ciddi hadisə hesab edirəm və dövlətimizin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirəm. Bu, xalqın maariflənməsi baxımından müsbət addımdır”. Millət vəkili hesab edir ki, bu hadisə cəmiyyətdə, xüsusən də gənclər arasında vətənpərvərlik hisslərinin yüksəlməsinə, maariflənməsinə səbəb olacaq. Xalq artisti Oqtay Mirqasımov isə bayraqdan uca rəmz tanımadığını bildirib: “Əgər epitet tapmaq lazım gələrsə, mən ürək, həyat və dünya epitetlərini bu hadisə ilə bərabər tutaram. Azərbaycan xalqı bu hadisədən qürur duyur”. Xalq artisti Rasim Balayev Bayraq Meydanının açılışını ölkəmiz üçün çox əhəmiyyətli hadisə adlandırıb: «Bir neçə ildir müstəqil ölkəyik. Bizim bayrağımız var və hər yerdə dalğalanır. Amma bu möhtəşəmlikdə və hündürlükdə bayrağımız olmayıb. Bu, hər bir azərbaycanlıda qürur hissi doğurur». Əməkdar İncəsənət xadimi Aydın Kazımzadə bildirib ki, xalq olaraq tarix boyu müstəqil Azərbaycanın atributlarının həsrətində olmuşuq: “Bu gün artıq arzularımız həyata keçib. Ölkəmiz müstəqil oldu və onun atributları da müstəqil olaraq tanındı. Bu atributlar içərisində bayraq bizim üçün müqəddəs və əzizdir. Bu bayraq bizi həmişə ayıq-sayıq olmağa səsləyir, gələcəyə istiqamətləndirir. Bu bayraq bizim arxamız, dayağımızdır. Bayraq Meydanın açılışına bir azərbaycanlı kimi çox sevinirəm. Bakıya gələn qonaqlar Azərbaycan bayrağını görüb həmişə yadlarında saxlayacaqlar. Uca zirvədə öz yerini tutan bayraq hamımızın qürur meydanına çevriləcək”. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev əvvəldən belə bir təşəbbüsü dəstəklədiyini deyib. Dövlət Bayrağı Meydanının açılmasına müsbət yanaşdığını bildirən keçmiş deputatın sözlərinə görə, bu, dövlətin simvollarına xüsusi münasibətinin ifadəsidir: «Belə bir meydanın açılışı şübhəsiz ki, azərbaycançılıq ideyasının möhkəmlənməsinə gətirib çıxaracaq. Bu, vətəndaşların bayrağa yeni formatda münasibətinin ifadəsidir. Hər bir ölkəyə gedəndə ilk növbədə onun himni səslənir və ölkə bununla tanınır. Ona görə də hər şeydən əvvəl atributlara münasibət dəyişməlidir. Maksimum dərəcədə elə etməliyik ki, bura bizim hər birimiz üçün müqəddəs yerə çevrilsin. Bu müqəddəsliyi təmin etmək əlbəttə ki, bir çox mərhələlərdən keçir. Birincisi, bu, bayrağa verilən önəmlə bağlıdır. Bayraq Azərbaycan paytaxtının çox önəmli bir yerində qoyulub. Siz təsəvvür edin ki, o məkandan baxanda şəhər panoram kimi görünür. Azərbaycan paytaxtına daxil olan istənilən şəxs o bayrağı görmək imkanına malik olacaq. Hesab edirəm ki, bu gün vətənpərvərlik hisslərinin aşılanması Azərbaycan cəmiyyətində vacib olan əsas amillərdən biridir. Vətənpərvərliyin gücləndirilməsi məsələsi qarşıda duran əsas məqsədlərdən birinə çevrilməlidir».
Ə.Nuriyev vurğulayıb ki, bayrağa olan münasibətin yeni formada təqdimatı çox müsbət nəticələrə səbəb olacaq: «Eyni zamanda, düşünürəm ki, bu xüsusilə bizim gənclərimizin tərbiyə edilməsində çox mühüm faktordur. Düşünürəm ki, orada çox möhtəşəm tədbirlərin keçirilməsi bayrağı daha əzəmətli edəcək. Bu bayraq bizim hər birimizin qəlbinin bir parçasına çevriləcək. Çünki Azərbaycan müstəqillik əldə etsə də, bizdə hələ də atributlara olan həqiqi sevgi tam formalaşmayıb. Mən hesab edirəm ki, bu istiqamətdə cənab prezident tərəfindən atılan addımlar şübhəsiz ki, bu işə böyük töhfə verəcək». QHT rəhbəri bayraq meydanının möhtəşəm və əzəmətli görünüşündən danışaraq bildirib ki, belə bir meydanın dünyada analoqu yoxdur. “Biz nə qədər öz dövlətimizin simvollarına münasibəti bu şəkildə təqdim edəcəyiksə, bir o qədər də Azərbaycanın dövlət olaraq hörməti qalxacaq, imici yüksələcək. Mən bir vətəndaş olaraq, bundan qürur hissi keçirirəm. Bu bizdə vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, Azərbaycan tarixində belə bir meydanın açılması, bayrağın ucaldılması mühüm hadisəyə çevriləcək. Hesab edirəm ki, yaxın vaxtlarda belə bir möhtəşəm bayrağı Qarabağda, Şuşada ucaldacağıq. Hər kəs də bundan qürur duyacaq».


Azər Nuriyev
Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 02.09.10 | Baxılıb: 253

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •