Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Mən çox optimist insanam”
Mətanət Ağamirli telejurnalist kimi formalaşmasına görə özünü «Lider» TV-yə borclu hesab edir

«Lider» televiziyasının fəaliyyətə başlamasının 10 ili tamam olur. Azərbaycanın efir məkanındakı azsaylı özəl telekanallardan olan «Lider» ötən müddət ərzində xeyli tamaşaçı kütləsi toplaya bilib. Telekanal siyasət, mədəniyyət, idman, bir sözlə, həyatımızın bütün sahələri ilə bağlı verilişlər hazırlayıb tamaşaçılarına təqdim edir. Yubiley ərəfəsində telekanalın Xəbərlər Departamentinin aparıcı jurnalisti Mətanət Ağamirli ilə söhbətləşdik.

Mətanət Ağamirli:

Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Hələ tələbəlik illərində dövri mətbuatda çalışıb. 1993-cü ildən 1999-cu ilə qədər müxtəlif qəzet və jurnallarda müxbir kimi çalışıb. 1999-cu ildə «Bizim əsr» qəzeti yaranarkən «Media Holdinq»ə dəvət alıb. «Lider» televiziyası yaranandan isə burada fəaliyyət göstərir.
- Mətanət xanım, bu günlərdə sizin televiziyanın yubileyidir. Bu televiziya yaranandan onun ilk işçilərindən olmusunuz. Ötən illər ərzində «Lider» televiziyası sizə nə verib?

- Televiziya jurnalisti olaraq mənim ilk iş yerim «Lider» olub. Amma buna qədər 8 ilə yaxın müxtəlif qəzetlərdə çalışmışdım deyə, müəyyən qədər təcrübəm var idi. Bu baxımdan o qədər də çətinlik çəkmədim. Xatırlayırsınızsa, «Lider» televiziyası elə bir dövrdə fəaliyyətə başladı ki, həmin vaxt efir məkanında yeni bir telekanalın fəaliyyətə başlamasına zərurət yaranmışdı. Necə deyərlər, bütün təsadüflər zərurətdən doğur. Bizim fəaliyyətə başlamağımız çox səs-küylü oldu, böyük rezonans doğurdu. Mən fikirləşirəm ki, bu gün bir telejurnalist kimi formalaşmışamsa, məni sevən tamaşaçılarım varsa, mən buna görə «Lider» TV-yə borcluyam. Çünki mən bir telejurnalist kimi məhz burada formalaşmışam. Təvazökarlıqdan uzaq olsa da, «Lider» TV-nin efiri vasitəsilə bizi milyonlar tanıyır. Bunun üçün «Lider»ə və onun prezidentinə minnətdaram.
- Bəs sizcə ötən 10 il ərzində «Lider» televiziyası cəmiyyətə nə verib?

- Hesab edirəm ki, «Lider» fəaliyyətə başlayan zaman teleməkanda yeni bir nəfəsə ehtiyac var idi. Biz efir məkanına bu yeni nəfəsi gətirdik. Bilirsiniz ki, televiziyamız təkcə Azərbaycanda yayımlanmır. Neçə illərdir «Lider»in verilişlərinə bütün dünyada baxmaq mümkündür. Dünyanın bütün ölkələrindəki azərbaycanlılar, türklər, ümumiyyətlə əcnəbilər Azərbaycan həqiqətlərini, ölkəmizdə baş verən hadisələr haqqında məlumatları bizdən alırlar. Hamımız bilirik ki, bu dəqiqə Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz bu münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırıq. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi daim diqqətimizdə olur. Avropanın hansısa bir ölkəsində oturan əcnəbi bu münaqişə haqqında əsl həqiqətləri eşidə bilirsə, bu, çox sevindiricidir. Məncə bu, bizim cəmiyyətimizə çox lazımdır. Biz bu yolu tutmaqla dövlətimizə və millətimizə xidmət göstərmiş oluruq.
- Qeyd etdiyiniz kimi «Lider»in fəaliyyətə başlaması böyük rezonans doğurmuşdu. Fəaliyyətinin ilk illərində telekanalınız tamaşaçılara yeni-yeni maraqlı layihələr təqdim edirdi. Amma son vaxtlar «Lider»də sanki bir durğunluq müşahidə olunur.

- Mən sizinlə o mənada razıyam ki, «Lider» TV yayıma yeni başladığı illərdə müxtəlif rəngarəng proqramlarla tamaşaçıların görüşünə gəlirdi, onların zövqünü oxşayırdı. Amma düşünmürəm ki, indi belə deyil. Sizin təsəvvürləriniz bəlkə də indi yay aylarının olması ilə bağlıdır. Amma ədalət naminə demək lazımdır ki, “Lider”in yay efiri digər telekanallarin yay efirindən daha zəngindir. Sentyabrdan isə yeni mövsüm başlayır. Yəqin ki, «Lider» televiziyası da yeni mövsümdə tamaşaçılarını yeni möhtəşəm verilişlərlə sevindirəcək.
- Mətanət xanım, sizcə «Lider»in fəaliyyətə başladığı 2000-ci il teleməkanı ilə bugünkü teleməkan arasında hansı fərqlər var? Müşahidələriniz sizə nə deyir?

- Məncə dəyişikliklər çoxdur. Ötən illər ərzində bir çox dəyişikliklərin şahidi olmuşuq. Diqqət yetirsək həmin vaxtlar jurnalist-məmur, jurnalist-vətəndaş cəmiyyəti, jurnalist-cəmiyyət münasibətlərində müəyyən anlaşılmazlıqlar var idi. Ötən illər ərzində şükürlər olsun ki, bu anlaşılmazlıqlar aradan qalxıb. Ötən illər televiziyalarımıza da, cəmiyyətimizə də müəyyən təcrübələr qazandırıb. İndi jurnalist-məmur, jurnalist-cəmiyyət, jurnalist-vətəndaş cəmiyyəti münasibətləri tamam fərqlidir. Bu münasibətləri 10 il əvvəl biz ancaq arzu edə bilərdik. Ancaq bu gün onlar reallıqdır. Biz inkişaf etmiş ölkələrin uzun illər ərzində keçdiyi yolu çox qısa müddət ərzində qət etdik. Bu illər ərzində xeyli müsbət təcrübələr qazanmışıq. Ötən illər ərzində təkcə dövlət orqanlarının deyil, həm də vətəndaş cəmiyyəti institutlarının mətbuatla münasibətləri təkmilləşib. Bu gün jurnalist bilir ki, informasiyanı almaq üçün kimə müraciət etməlidir. Daha 10 il əvvəlki kimi mütləq dövlət qurumlarındakı birinci şəxsləri axtarmağa ehtiyac yoxdur. Bir sözlə, ötən illər ərzində jurnalistlərin informasiya almaq imkanları genişlənib.
- Sizcə «Lider» televiziyasının xəbər xidməti cəmiyyətin bütün sferaları ilə bağlı xəbərləri əhatə edə bilirmi?

- Məgər siz belə hesab etmirsiniz? Məncə əhatə edə bilirik. Bizim devizimizdə deyilir ki, «Biz demirik ki, bizimlə qalın, deyirik ki, biz sizinləyik». Bu gün «Lider» televiziyasının istər bölgələrdə, istər paytaxtda, istərsə də xaricdə çox böyük tamaşaçı kütləsi var. Əgər mən hansısa bir Avropa ölkəsinə hava limanında qarşılaşdığım bir türkdən «Mən sizi tanıyıram, «Lider» televiziyasının sunucususunuz» sözlərini eşidirəmsə, deməli, qürurlanmağa əsas var.
- Ölkədəki digər telekanalları izləyirsinizmi?

- Əlbəttə ki. Məncə ölkədə baş verən prosesləri istər televiziyalardan, istər qəzetlərdən, istərsə də xəbər saytlarından izləmək jurnalistlərin həm də işidir. Mən də həmçinin jurnalist olaraq ölkədə baş verən siyasi, iqtisadi, sosial olayları və onlara müxtəlif informasiya orqanının münasibətini bilməkdə maraqlıyam.
- Amma gəlin etiraf edək ki, Azərbaycan telekanallarının xəbər xidmətləri qonşu Türkiyə və Rusiyanın telekanallarından həm operativliyə, həm də texniki baxımdan uduzurlar. Sizcə bu fərq nə vaxta qədər davam edəcək?

- Mən çox optimist insanam. Bu məsləyə yanaşarkən adlarını çəkdiyimiz ölkələrin tarixini, əhalisinin sayını və digər potensiallarına diqqət yetirmək lazımdır. Mən 2004-2005-cü illərdə «Lider» televiziyasının Türkiyə təmsilçisi işləyərkən o vaxt Türkiyənin tanınmış telekanallarında çalışan həmkarlarımız deyirdilər ki, Türkiyə indiki inkişaf səviyyəsinə 70-80 ildən sonra çatıb. Türkiyə telekanallarının inkişafı 90-cı illərdən başlayıb. Mən hesab edirəm ki, digər ölkələrin uzun müddətə keçdiyi yolu biz çox az məsafə ilə qət etməkdəyik.
 

- Son vaxtlar televiziyalardan söz düşəndə həmişə bu sahədə ixtisaslı kadrların az olması gündəmə gəlir. Sizdə də bu sahədə problemlər varmı? 

- Ola bilər ki, qeyd etdiyimiz kasadlıqlar bəzi hallarda özünü göstərir. Amma deməliyəm ki, yeganə “Lider” televiziyasıdır ki, bu çatışmazlıqları aradan qaldırmaq üçün vaxtaşırı xarici kanallardan tanınmış mütəxəssislər dəvət edərək treninqlər keçirir. Həmçinin rəhbərliyimiz vaxtaşırı əməkdaşlarımızı xarici kanallara təcrübə mübadiləsinə göndərir.
- Sizdə işə gələn gənc kadrların səviyyəsi qaneedicidirmi?

- Bizim televiziyada Bakı Dövlət Universitetinin və digər universitetlərin jurnalistika fakültələrinin tələbələri təcrübə keçirlər. Həmin təcrübə zamanı özlərini müsbət mənada göstərən gənclər diqqətdə saxlanır. Hazırda “Səda” informasiya departamentində çalışan gənc jurnalistlərin bir neçəsi məhz həmin təcrübə zamanı özlərini doğruldanlardır. Bizim televiziyada nəinki 3 ay, 6 ay, hətta 1 il təcrübə keçənlər var. Kimlər bu peşədə özlərini tapırlarsa, rəhbərliyimiz tərəfindən qapılar onların üzünə açıq olur. 


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 01.09.10 | Baxılıb: 318

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •