Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Seçkilərə xarici təsir cəhdləri
Ayrı-ayrı qüvvələr bu planlarını reallaşdırmaq üçün müxalifətdən yararlanırlar

Hər dəfə Azərbaycanda seçki kampaniyası başlayarkən eyni mənzərənin şahidi oluruq. Hələ seçkilərə xeyli müddət qalmış müxalifət partiyaları Seçki Məcəlləsinin təkmilləşdirilməsindən, seçkiyə kənar müdaxilələrdən danışırlar. Bir seçkidə dəyişdirilmiş maddə yenidən gündəmə gətirilir, onun əvvəlki varianta qaytarılması uğrunda mübarizə başlayır. Müxalifət həm də mütəmadi olaraq yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxiləsindən bəhs edir. Hər seçki öncəsi də hakimiyyət beynəlxalq təşkilatların da iştirakı ilə icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxilə etməyəcəyi ilə bağlı öhdəlik götürür. Bununla bağlı müvafiq orqanlara ictimaiyyət qarşısında tapşırıqlar verilir. Amma müxalifət yenə da sakitləşmir. Bir sözlə, müxalifət seçki kampaniyası aparmağı unudub bütün diqqəti yönəldir bu kimi məsələlərə.
Builki parlament seçkiləri də istisna deyil. Müxalifət təmsilçiləri sanki yenə də seçkini tamamilə unudublar. Seçicilərə hansı vədlərin veriləcəyi, hansı işlərin görüləcəyi yaddan çıxıb, müxalifətin ən çox diqqət yetirdiyi məsələ seçki komissiyalarının tərkibinin formalaşdırılmasıdır. Bu məsələ müxtəlif səviyyələrdə dəfələrlə səsləndirilir. Müxalifət sanki bütün diqqəti bu məsələnin üzərinə cəmləməyə çalışır. Üstəlik də bunu onunla əsaslandırır ki, hakimiyyət seçki komissiyalarının indiki formatını qoruyub saxlamaqla nəticələrə təsir etməyə çalışır.
Amma ötən illərin təcrübəsi göstərir ki, seçkilərin nəticələrinə ən çox təsir etmək istəyən məhz müxalifət partiyalarıdır. Ortada konkret faktlar da var. Müxalifət partiyaları son illərdəki ictimai təpkilərə baxmayaraq hələ də maliyyə hesabatlarını açıqlamırlar. Azərbaycanda yalnız Yeni Azərbaycan Partiyası illik fəaliyyəti ilə bağlı maliyyə hesabatı verir. Digər partiyalar isə ictimai nüfuzlarına zərbə dəysə belə israrla bundan imtina edirlər. Bu da səbəbsiz deyil. Heç kimə sirr deyil ki,  Azərbaycanda radikal müxalifət mövqeyindən çıxış edən partiyaların heç birinin daxili dayaqları yoxdur. Bu partiyalar seçkidən-seçkiyə sosial dayaqlarını itirirlər. Hər seçkidən sonra belə bir təəssürat yaranır ki, həmin partiyaların liderləri artıq məğlubiyyətlərini etiraf edib meydana daha bacarıqlı partiyadaşlarına verəcəklər. Amma heç də belə olmur. Əslində söhbət demokratiyadan gedirsə, belə də olmalıdır. Bəs görəsən niyə belə olmur? Ona görə ki, hazırkı müxalifət liderlərinin hər birinin partiyaların sədrləri olmaqda maddi maraqları var. Partiya sədri postu onlar üçün bir qazanc mənbəyidir. Partiya sədrləri əllərində saxladıqları qəzetləri də qazanc mənbəyinə çeviriblər. Bununla bağlı çoxsaylı faktlar xatırlatmaq olar. Məsələn, bu günlərdə mətbuata açıqlamalar verən Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyev AXCP sədri Əli Kərimlinin onu aldatması barədə danışıb. Onun açıqlamaları bir daha müxalifət partiyalarındakı maliyyə maxinasiyaları ilə bağlı deyilənlərin doğru olduğunu sübut edir. İş adamı açıq şəkildə etiraf edibdir ki, AXCP üzvləri, Əli Kərimli və onun müavinləri ilə mütəmadi təmasları sayəsində müəyyən edib ki, AXCP-də tam diktaturadır, burada demokratiyadan danışmağın yeri yoxdur.
O, 2005-ci ildə nəzarətində saxladığı “Azadlıq” qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə maliyyə yardımı göstərdiyini də etiraf edibdir. «Mən Əli Kərimliyə pul verdim, sonra bildim ki, həmin puldan qəzetə bir qəpik də verilməyib. Mənə deyirdilər ki, qəzetin vəziyyəti ağırdır, əməkdaşlara maaş verə bilmir, mətbəəyə borcu var və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə yaxşı maaş versin. Mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib» - deyə iş adamı mətbuata müsahibəsində bildiribdir. O əlavə edib ki, “Azadlıq” qəzeti Əli Kərimli üçün alver mənbəyidir. Belə ki, qəzetin 2001-2005-ci illərdə «Azərbaycan» Nəşriyyatına külli miqdarda borcu qalıb. Bu məqsədlə müxtəlif iş adamlarından pullar alınıb, amma borcun ödənilməsinə sərf olunmayıb. Bu cür aldadılanlardan biri də Sakit Allahverdiyevdir: «Axı mən Əli Kərimliyə pulu ona görə vermişdim ki, getsin qəzetin borcu ödəsin. Mən o pulu şəxsi problemləri həll etmək üçün verməmişdim. Qəzetin əməkdaşları da etiraf edər ki, 2005-ci ildə onlara heç bir yardım olmayıb».
 Müxalifət liderlərinin gəlirləri təkcə bununla kifayətlənmir. Hər dəfə xarici ölkələr Azərbaycanda seçki prosesinin demokratikləşdirilməsi məqsədilə milyonlarla dollar vəsait ayırır. Məsələn, 2008-ci ilin prezident seçkiləri zamanı ABŞ-ın Azərbaycandakı səfiri seçki prosesi ilə bağlı layihələrə 3 milyon dollar pul ayırmışdı. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar və donorlar da seçkilər öncəsi kisələrinin ağzını açırlar. Bu kisələrdən ən böyük pay isə təbii ki, müxalifət partiyalarına düşür. Bu il keçiriləcək parlament seçkiləri də bu baxımdan istisna deyil. Məsələn, təkcə SORS Fondu özlərinin açıqladığına görə seçki prosesi ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün  70 min dollar büdcə ayırıb.
Təbii ki, Azərbaycanda marağı olan beynəlxalq güc mərkəzləri bu pulları səbəbsiz yerə xərcləmirlər. Onlar bu yolla öz maraqlarının təmin olunmasına çalışırlar. Öz məqsədlərinə nail olmaq üçün isə Azərbaycandakı siyasi qüvvələrdən yararlanırlar. Müxalifət isə özünün parlamentdə və digər seçkili qurumlardakı təmsilçiliyini ancaq xarici qüvvələrin təsirində görür. Onlar xalqdan dəstək ala bilmədiklərindən ümidlərini ancaq xaricilərə bağlamaq zorunda qalırlar. Deməli, müxalifətin seçki komissiyaları ilə bağlı arzuları həm də seçkinin nəticələrinə təsir imkanı əldə etmək istəyi ilə bağlıdır. Beynəlxalq təşkilatların da bəzən bu istəklərə dəstək verməsi səbəbsiz deyildir. Axı kim istəməz ki, Azərbaycan kimi bir ölkədə seçkinin nəticələrinə təsir etmək imkanı qazansın. 2000-ci ilin acı təcrübəsi bu ehtimalın heç də əsassız olmadığını sübut edib. O vaxt seçki komissiyalarında hakimiyyət təmsilçiləri ilə bərabər təmsilçilik hüququ əldə edən müxalifət elə birinci iclasındaca prosesi pozmağa cəhd etmişdi.
Beləliklə, müxalifət hakimiyyətin seçkilərin nəticələrinə təsir etməsi barədə təsəvvür formalaşdırmaqla öz planlarını ört-basdır etməyə çalışır. Amma ötən illərin acı təcrübəsi və mövcud reallıqlar vəziyyətin heç də təsəvvür edilən kimi olmadığını göstərir.

F.ABASOĞLU
+  -  Çap 
Yerləşdirilib: 31.08.10 | Baxılıb: 242

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •