Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Universitet lövhələri
Yaydırsa, bu universitetin qapısından içəri keçmək şansınız yüzdə sıfırdır. Başqa sözlə, MTN və ya Azərbaycan Dillər Universitetinin (ADU) qapısı. Dərs vaxtı isə bura nə girən bəllidir, nə çıxan. Adam “Yaşıl bazar”ın küləyini duyur. Qapıdakı 9 suallıq mərhələni keçib, içəri girəndən sonra bazarın küləyi kəsilir. Birinci mərtəbədə “processor”u qıfıllanmış kompyuterlərə,  biri dörd manatdan “cənnət qəbzləri” paylayan tibb məntəqəsinə, “Tabelçidəyik” kağızı yapışdırılmış otaqlara baxa-baxa gedirəm. Əslində, məqsədim tamam başqa mövzu işləmək idi, amma türklər demiş, “çilədən çıxartdılar məni”. Universitetdə qapıçıdan tutmuş rektorun müşavirinə kimi hamı məsləhətçidir. Özümü hava limanının məlumat bürosunda hiss etdim. Problemləri tələbə kimi həll etmək sadəcə imkansıza bənzədiyindən tələbələrin problemini burdan işıqlandıraraq, diqqət mərkəzinə çəkməli oldum. Tələbə ərizə vermək istəyir, bildirir ki, rektorun əmri tələbənin ərizəsi ilə dəyişə bilməz. Lakin tələbə inad edir və ərizəni təqdim etməkdə israrlı olduğunu bildirir. Ümumi şöbədə bu işə baxan çox hörmətli xanım eyni ilə belə nəcib bir cavab verir: “Bu nə ərizədir eee rektor buna baxsın? Özünüzü nə hesab edirsiniz? İndiyə kimi o qədər belə hallar olub ki. Mən sizə deyirəm ki, o, heç buna baxmayacaq”. Üstündən üç keçəndən sonra cavab üçün gələn tələbələrin yazılı ərizəsinə şifahi cavab verirlər: “Ərizəniz qəbul olunmayıb”. Niyə? Hardan məlumdur ki, rektor həqiqətən bu ərizəyə baxıb, amma qəbul etməyib. Nəysə, amma əldən də bir şey gəlməz. Bunu sadəcə burdan deyirik və ümid edirik ki, məsul şəxs səsimizi eşidər. Və ona gətirən yolun nə qədər uzun və məşəqqətli olduğundan xəbər tutar. Bu yolda hər addımbaşı “radar”a düşürsən. Bir də ümumişlək bir cümləni xüsusi ilə qeyd etmək istəyirəm. “Rektorun işi-gücü qurtarıb, buna baxacaq?” Oysa bunun nə qədər bəsit bir cavabı var: bəli, baxmalıdır. Çünki universitet, rektor, kafedralar və müəllim-professor heyəti tələbə üçün var. Onun işi və vəzifəsi tələbəyə bildiklərini öyrətməklə bitmir. Onlar tələbənin təhsilində yaranan problemlərin aradan qaldırılmasına da məsuldurlar. Əgər tələbə çətinlik və altından qalxa bilmədiyi problemlə oxuyacaqsa, onda saysız-hesabsız vəzifələr nəyə və kimə lazımdır?!
Hər yerdə gördüyünüz “şəxs”lərdən burda da az deyil. Kafedra və bəzi şöbə müdirləri otağa daxil olub, problemini paylaşmaq istəyən tələbəylə elə səs tonunda və elə formada danışırlar ki, sən nə demək istədiklərini açıq-aydın görürsən. Qan çanağına bənzər gözlər “gəmimdə oturub, mənimlə dava döyürsən?”- deyə loru dillə desək,  bağırır. Hələ vay o gündən ki, burda sözün day-dayısı olan bir müəllimlə çəp gəlsin. Dərdini kimə desən, bircə cavab var: “Baş qoşma, adamına güvənir”. Qırıldıq-batdıq bu adamların “adamları”nın qorxusu ilə yaşamaqdan. Amma bir situasiya var ki, bu universiteti daha da doğmalaşdırır. Məsələn, bir gün eşidirsən ki, hansısa kafedra müdirinin qızı dekan müavini və ya başqa bir kafedranın müdiri təyin edilib. Bir həftə sonra da eşidirsən ki, həmin kafedra müdiri istefa verib, “ata ocağı” bildiyi otağını və kreslosunu tərk edib. Necə də tanış və doğma bir situasiyadır, elə deyilmi?
Nəhayət, üçüncü mərtəbədə yerləşən istifadəyə yararsız hala gəlsə də, istifadə edilmələrində israr edilən dərsliklərin “qorunduğu” kitabxana. Dərs vaxtı burda tələbələr saatlarla sıraya düzülüb, kitab almaq üçün növbə tutanda, başqa bir tələbə (yanında da tələbəyə bənzəməyən bir “zərif”) tələbələrin başının üstündən keçib, qapını belə döymədən içəri keçir. Barmağının ucuyla kitabları göstərir (əlini vursa, tozdan göz-gözü görməz), kitabxanaçı isə zənbilə yığır. Bayaqdan 10 tələbənin istəyinə “o kitab yoxdur” deyən kitabxanaçı, “olmayan” bütün kitabları doldurur zənbilə. Nəysə, bunu da belə yola salır.
Amma bircə balaca şeyi xüsusilə qeyd etmək istəyirəm ki, universitetdə sözün əsl mənasında nümunəvi fəaliyyət göstərən iki nəhəng şöbə var. Biri dərs vaxtı da, tənəffüs vaxtı da ağzına kimi dolu olan bufetdir ki, buranın qiymətləri Park Bulvardakı qiymətlərə “şükür” dedizdirir. Biri də fəaliyyətində demək olar ki, heç bir qüsur olmayan və axsamadan fəaliyyət göstərən “Amerika Mərkəzi”dir. Adı üstündədir də, “Amerika”, nə axsama ola bilər ki,!
O ki qaldı ADU-nun ən yaxşı universitetlərdən biri olmasına, bu mövzuda tələbələr universitetlərinin kürəyini yerə vermirlər. “Burda oxuyanın qiyməti var. Bizdən rüşvət istəmirlər. Boş yerə pul yığmırlar (dolu yer nə idi onu bilmədim). Müəllimlərin “çoxu” savadlıdır”. Ağlamalı haldır, tələbə rüşvət istənilməyən yerə “yaxşı universitet” kimi baxır. Dərk etmir ki, belə olmalıdır. Ondan rüşvət tələb etməyə heç kimin haqqı yoxdur. Və bütün sadaladıqlarımız ölkənin nümunəvi ali təhsil müəssisəsi olan ADU-dandırsa, qeyri-nümunəvilərdə təhsil alan gəncliyimizin halına yanmalı...


Odər FATEH
+  -  Çap 
Yerləşdirilib: 31.08.10 | Baxılıb: 271

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •