Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Erməni istehlakçıların vəziyyəti kəskin ağırlaşır
Söhbət təkcə qiymətlərin bahalığından getmir

İqtisadi vəziyyətin dözülməz həddə çatdığı Ermənistanda insanların həyat səviyyəsi sürətlə pisləşməkdə davam edir. Ölkə əhalisinin onsuz da minimal həddə olan pul gəlirləri daha da azalmağa doğru gedir. Hesablamalar göstərir ki, Ermənistanda əhalinin böyük əksəriyyətinin gəlirləri gündəlik ehtiyacların ödənməsi üçün belə kifayət etmir. Ölkədə durmadan yaşanan inflyasiya, kommunal xərclərin, o cümlədən təbii qazın, suyun, elektrik enerjisinin, un və un məmulatlarının bahalaşması isə vəziyyəti kəskin ağırlaşdırır. Eyni zamanda, ictimai nəqliyyatdan tutmuş qida məhsullarına qədər keyfiyyət çox aşağıdır. İstehlakçıların hüquqlarına əhəmiyyət verilmir, çox zaman məhsulların vaxtı keçmiş olur. İctimai nəqliyyata gəlincə, məsələn, bir çoxları əlavə oturacaqlar quraşdırılan marşrut taksilərin yük mikroavtobusları olduğunu bilmir, onları sonradan sərnişin avtobuslarına çeviriblər. Oturacaqlar arasında məsafə elədir ki, ortaboylu adam yerləşmir. Bu da təhlükəsizlik qaydalarının pozulmasıdır. Bu gün qiymətləri nizamlayan dövlət mexanizmi yoxdur. Hər kəs öz bildiyini edir. Nəticədə əhali əsaslandırılmamış yüksək qiymətlərlə qarşı-qarşıya qalır. Məsələn, sahibkar taxılı aşağı qiymətlə idxal edir, ancaq dünya bazarlarında bu gün qiymətlər qalxır, sahibkar da fürsəti əldən vermir. Heç kim çörəyin qiymətinin özbaşına artmasına nəzarət etmir. Əhali hüquqlarını müdafiə etməyə cəhd göstərmir, düşünürlər ki, bu, mənasız vaxt itkisidir.
«Mikroavtobusları götürək. Hamıya məlumdur ki, marşrutlar hansısa oliqarxa məxsusdur və onlara qarşı mübarizə aparmaq, onlardan nəyisə tələb etmək mümkün deyil. Nə dedilərsə, o qanundur. Bu məsələ bizim qayğımız olmamalıdır. İstehlakçıların hüquqlarını müdafiə edən orqanlar var» - deyə Yerevan sakinləri «News.am» a bildirib. «İstehlakçıların hüquqlarının müdafiəsi» ictimai təşkilatının rəhbəri Abqar Yeqoyanın fikrincə, istehlakçıların hüquqları demək olar ki, qorunmur. Buna misal kimi Yeqoyan bu il ərzində bir-birinin ardınca baş verən kütləvi zəhərlənmələri qeyd edir. Sonuncu kütləvi zəhərlənmə hadisəsi restoranda olub. Toy mərasimi keçirilən restorandan 40 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb: «Bu il həm də keyfiyyətsiz qarpız və qovundan çoxsaylı zəhərlənmə olub. Digər məhsullar da qida zəhərlənmələri və ya həzm yolundakı pozuntulara səbəb olur. Məhsulların saxlanma şəraiti ilə bağlı şikayətlər alırıq. Məsələn, yay mövsümündə soyuducuda saxlanmayan ət və süd məhsulları insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Son illər Ermənistanın dükan və bazarlarında vaxtı keçmiş, sağlamlıq üçün təhlükəli və istehsal mənşəyi məlum olmayan, sertifikatsız məhsulların sayı artıb”. Abqar Yeqoyan deyir ki, bu cür halların yaranmasına səbəb hökumətin 2009-cu ilin may ayında verdiyi qərardır. Həmin qərara görə, illik dövriyyəsi kiçik və orta olan subyektlərin müfəttişlər tərəfindən yoxlanması məhdudlaşdırılıb. Bu addım böhran əleyhinə tədbirlərdən biri olmaqla, kiçik və orta biznesə dəstək məqsədi daşıyıb. Ancaq qərardan sonra müfəttişlik idarələrinin yoxlama keçirmək və cərimələmək imkanı yoxdur. Yeqoyan bildirir ki, təşkilatlarına ictimai xidmətin keyfiyyəti ilə bağlı xeyli şikayət daxil olur: «Yayın gəlişi ilə su təchizatı qrafiki pozulub, telefon və İnternet əlaqəsi pisdir. Elektrik enerjisinə gəlincə, bu il işığın söndürülməsi halları da artıb. Düzdür, uzun müddət çəkmir, ancaq işığın olmayacağını əvvəldən elan etmirlər. İctimai xidmətin tənzimlənməsi komissiyasının iclasında iştirak edəndə, elektrik enerjisi təchizatçıları monitorinqlərinin nəticələrini açıqlayır, deyirlər ki, guya vəziyyət yaxşılaşıb».
Qiymətlərin əsassız surətdə artırılmasına gəlincə, Ermənistan İstehlakçılarının Milli Akademiyasının rəhbəri Melit Akopyan bildirir ki, bu cür nümunə çoxdur və bu, dövlət tərəfindən tənzimlənmir: «Dünyada taxılın qiymətinin artırılması və ya pis məhsul haqqında danışılanda, Ermənistanda dərhal un və çörək-bulka məmulatlarının qiyməti yüksəlir. Eyni hal benzinlə də baş verir. Dolların məzənnəsi artan kimi hər şey bahalaşır, məzənnə düşəndə isə qiymətlər azalmır. Çünki digər ölkələrdə olduğu kimi, qiymətlərə nəzarət yoxdur. Başqa ölkələrdə dövlətin müəyyən etdiyindən artıq qiymətqoymaya görə böyük cərimələr nəzərdə tutulur və bunu edən şəxslər müflisləşə bilər. Müvafiq orqanlar cərimə tətbiq etsələr belə, bu məbləğ o qədər kiçikdir ki, vəziyyəti dəyişmir və istehlakçı bu dəyişikliyi duymur. Digər tərəfdən, qiymətlər artdıqca maaş, pensiya və müavinətlər artmır deyə, istehlakçı dalana dirənmiş olur.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 31.08.10 | Baxılıb: 257

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •