Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Biznes mərkəzləri yalnız iş yeri hesab olunmur
Paytaxtın ofis bazarında biznes mərkəzlərinin mövqeyi 30-40 faizdir

İqtisadi inkişafın ortaya çıxardığı tələbata əsasən dünyada xüsusi olaraq iş adamları üçün nəzərdə tutulan biznes mərkəzlərinin yaradılmasına 20-ci əsrin əvvəllərindən başlanıb. Azərbaycanda isə ilk biznes mərkəzlər 90-cı illərin sonlarında işə düşüb. Bu gün Azərbaycanın ofis bazarında biznes mərkəzlərinin mövqeyi 30-40 faiz təşkil edir. ”Daşınmaz əmlak” jurnalının araşdırmasına görə, hazırda ölkədə 30-dan çox biznes mərkəzi var.

Göstərdikləri xidmətlərə görə “A”, “B”, “C” klaslarına bölünən mərkəzlərin verilən ulduz göstəricilərinə müvafiq olduğu hesab olunur. Məsələn, “A” klaslı biznes mərkəzi beşulduzlu otellərə, “B” klaslı dördulduzlu, “C” klaslı üçulduzlu otellərə uyğun gəlir. Klasın kateqoriyasına görə, göstərilən xidmətlər də fərqlənir. “A” klas biznes mərkəzində xidmətlər çox yüksək səviyyədə təqdim edilir. Məsələn, burada yerləşən şirkətlər elektrik problemini hiss etmirlər - işıqlar sönəndə dərhal generator qoşulur, yanğınsöndürmə xidmətləri Avropa standartlarına uyğun qurulur. Belə mərkəzlərdə ofisdən əlavə, otel, yeraltı qaraj, hovuz və idman zalı da var. “B” və “C” klas biznes mərkəzləri nisbətən sadə bina və ofislərdən ibarət olur. Bu mərkəzlərdə təmizlik, mühafizə və kommunal xidmətləri olur, amma yeraltı qaraj, hovuz və idman zalının olması mütləq deyil. Müasir biznes mərkəzinin əsas tələblərindən biri də “resepşn”- qəbul şöbəsidir. Bundan başqa, biznes mərkəzlərinin keyfiyyətinin əsas ölçülərindən biri də telekommunikasiya imkanları ilə ölçülür. Biznes mərkəzlərinin adi ofislər qarşısında ən böyük üstünlükləri həm də konfrans zalları hesab edilir. Mərkəzlərin əksəriyyətində müasir avadanlıqla, texniki ləvazimatlarla təchiz olunan zallar burda yerləşən şirkətlərə konfrans zalları pulsuz verilir. Təhlükəsizlik məsələlərinə gəlincə, mərkəzlərin əksəriyyətində yüksək standartlara cavab verən yanğından mühafizə sistemi qurulub. Amma biznes mərkəzləri yalnız iş yeri hesab olunmur. İşgüzar aktivlik, müştəri və işgüzar əlaqələr uğrunda mübarizə, sərt rəqabət şirkətləri var gücü ilə çalışmağa məcbur edir. Müasir biznes mərkəzlərində bu xırdalıqlar da nəzərə alınıb – bəzi mərkəzlər müştərilərinə ofislərlə yanaşı, fitnes zalları, hovuzlar təklif edir. Burda fanklublar və sosial əyləncələr, partilər keçirmək mümkündür. Müştəri uğrunda mübarizə aparan biznes mərkəzlərinin əsas silahlarından biri restoranlardır. Son illər onların da təyinatı dəyişib – bir neçə il əvvələ kimi biznes mərkəzlərdəki restoranlar bir qədər yüksək səviyyəli (ona görə də nisbətən bahalı) əyləncə obyektləri sayılırdı. İndi isə bu restoranlarda müştəri axını qaynaşır – mərkəzlərin əksəriyyəti sakinlərinə biznes-lanç təklif edir. Burda ofisdən uzaqlaşmadan sərfəli qiymətə nahar etmək olar. Mərkəzlər bundan əlavə pul qazanır, müştərilər isə ətrafda nahar etmək üçün vaxt itirmirlər. Lançların qiyməti biznes mərkəzlərdə yerləşən şirkətlərdə çalışanlar üçün menyulardan asılı olaraq 5, 6, 7 manat arasında dəyişir. Kənar şəxslər üçün isə bu rəqəm 25-30 manatdır. Lanç 12:00 və 15:00 saatlarında ola bilir. Menyuya müxtəlif meyvə şirələri, çay, kofe, qazlı və qazsız sular, salatlar, dəniz məhsullarından hazırlanan xörəklər, şorba və s. daxil olur.
Biznes mərkəzlərini seçən şirkətlərə gəlincə, onlar təyinatına görə daha çox turizm, sığorta, konsaltinq şirkətləri, medya qurumları, neft şirkətləri, radiolar, QHT-lər, təşkilatlar və banklardır. Say etibarilə xarici şirkətlər bir qədər yüksək çəkiyə, 60 faiz göstəriciyə malikdir. Biznes mərkəzlərində yerləşən ofislər arasında sahəsi 100 kv. metrə qədər olanlar daha çoxdur. Banklar əsasən sahəsi geniş olan ofislərə üstünlük verir. Bəzən onlar sahəsi 800-900 kv. metr olan bütöv bir mərtəbəni də götürür. Çünki onların müştəriləri çox olur. Neft, turizm, konsaltinq şirkətləri sahəsi 60-80 kv.metrlik ofislə kifayətlənir. Azərbaycanın biznes mərkəzlərində qiymətlər hər kv.metr üçün 10-50 manat arasındadır. İcarə haqqı isə ofisin sahəsi, mərtəbəsi, pəncərədən açılan mənzərədən və s. məsələlərdən asılıdır.


Həqiqət İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 28.08.10 | Baxılıb: 360

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •