Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənilərin yalanı erməni dilində ifşa edəcəyik
Qafar Çaxmaqlı: «Ermənilər yeni yaradılan Erməni Araşdırmaları Elmi Mərkəzini anti-erməni mərkəzi kimi qələmə verirlər»

İllərdir ki, işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizə və bütövlükdə türk dünyasına qarşı yalan üzərində qurulan təbliğat kampaniyası aparılmaqdadır. Etiraf etmək lazımdır ki, bu bədnam təbliğat əksər hallarda öz çirkin bəhrəsini verib və verməkdədir. Bəs bunun qarşısını almaq üçün ölkəmizdə hansı işlər görülür? İndi bu istiqamətdə mühüm bir addım atılıb. Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzinin yaradılması qərara alınıb. Mərkəzə araşdırmaçı-jurnalist Qafar Çaxmaqlı rəhbərlik edir. «Kaspi»yə müsahibəsində mərkəzinin rəhbəri bildirdi ki, «erməni məsələsi» ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, bu ölkədə baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi qarşıya qoyulan əsas məqsədlərin sırasına daxil edilib.


-Qafar müəllim, mərkəzin yaradılması təşəbbüsü kimdən gəldi?

- Mərkəzinin yaradılması təşəbbüsü Bakı Dövlət Universitetində erməni saxtakarlığı ilə bağlı keçirilən tədbirlərin birində irəli sürüldü. Özü də onun BDU-nun nəzdində yaradılması təklif olundu. Tədbirdə mən də iştirak edirdim və bununla bağlı çıxış edib öz fikrimi bildirdim. Ondan sonra universitetin rektoru akademik Abel Məhərrəmov bildirdi ki, biz də BDU-da belə bir mərkəzin yaradılmasına başlayacağıq. Bundan sonra onun əsasnaməsi hazırlandı. Xeyli müzakirələr getdi, xüsusən də adla bağlı. Onun sırf erməni araşdırmalar mərkəzi və yaxud bütöv regionu əhatə edən bir araşdırma mərkəzi olması ilə bağlı müzakirələr aparıldı. Amma sonda qeyd edildi ki, əgər əsas məqsəd erməni saxtakarlıqlarını elmi şəkildə ortaya qoymaqdırsa, onda onun adını Erməni Araşdırmalar Mərkəzi olması daha yaxşı olardı. Rektorluq da bununla bağlı qərar qəbul etdi. Mərkəzin yaranması mənə elə gəlir ki, çox yaxşı haldır. Mərkəzə çox böyük maraq yarandı, çoxsaylı alimlərimiz bizə kömək etmək üçün müraciət etdilər. Əksəriyyət ermənilərin yüz illər boyu apardıqları ideoloji təxribatların elmi əsaslarla işləyib ortaya qoymağa ehtiyacın olduğunu bildirdilər. Biz də bu işə çox ciddi şəkildə baxmaq qərarındayıq. Yəqin ki, yaxın vaxtlarda bu işlərə başlayacağıq. Qeyd edim ki, bu sahədə təcrübəmiz də var. Mən özüm Türkiyədə və Azərbaycanda bu sahədə çalışmışam. Mənə elə gəlir ki, biz ilk növbədə tarixdən başlamalıyıq. Çünki erməni millətçiliyinin doğuşu erməni tarixilə başlayır. Azərbaycanda, Türkiyədə bununla bağlı araşdırmalar olmayıb. Bunları biz sistem halına salmaq, həmin o tarixi əsərləri, faktları toplayıb elmi araşdırmalar aparacağıq. İkinci istiqamət ondan ibarətdir ki, biz bu mərkəzdə Ermənistanın öyrənilməsi, oradakı ictimai-siyasi proseslərin öyrənilməsinə diqqət ayıracağıq. Bu da ona xidmət edəcək ki, biz Ermənistanı nə dərəcədə bilirik, oradakı gedən proseslərdən, Ermənistanda bizə, bütövlükdə türk dünyasına qarşı hazırlanan planlardan xəbərimiz varmı? Bu planların qarşısını almaq, onları önləmək üçün bizdə hansı planlar var, hansı kontur zərbələri vura bilərik? Biz bunları nəzərə alacağıq. Üçüncüsü, biz mütəxəssis hazırlığına diqqət ayıracağıq. Bu sahədə bildiyiniz kimi boşluq var. Erməni dilini bilən, erməni araşdırmalarını aparan insanlar yaşlaşıblar, bəziləri həyatdan köçüb. Gələcəkdə biz erməni dilini bilən mütəxəssislərin qıtlığı problemi ilə üzləşə bilərik. Bu mənada geridə qala bilərik. Ona görə də biz mütəxəssis hazırlığına fikir verə bilərik. BDU-nun tarix fakültəsinin bölümü var. Orada erməni dilini öyrənənlər var. Gələcəkdə onları da öz işimizə cəlb edəcəyik. Bundan başqa digər tədbirlər də ola bilər – kursların təşkili və s. Bütövlükdə, erməni dilinə maraq göstərən insanların, əsasən də elmi araşdırmalara meyilli insanları işimizə cəlb edəcəyik.
- Qafar müəllim, etiraf edək ki, bu sahədə xeyli gecikmişik. Bildiyimə görə, Ermənistanda Azərbaycanı, bütövlükdə türkologiyanı öyrənən mərkəzlər çoxdandır ki, fəaliyyətdədir.

- Hətta, Yerevan Dövlət Universitetində Azərbaycanşünaslıq mərkəzi fəaliyyət göstərir. Hətta keçən il Ermənistanın müdafiə naziri Seyran Ohanyan belə bir fikir söyləmişdi ki, «bu sahədə işlərin zəif getməsi ilə razı ola bilmərik». Ermənistanda universitet səviyyəsində belə mərkəzlər var. Hətta, Ermənistan Milli Elmlər Akademiyasında türkologiya ilə bağlı çoxdandır ki, müvafiq mərkəz fəaliyyət göstərir. Orada türk dilini bilən mütəxəssislər hazırlanır. Orada ayrıca bir türkologiya institutu da fəaliyyət göstərir, bizə qarşı mübarizənin konturları müzakirə olunur. Bundan başqa, bizim yaratdığımız təşkilatın Ermənistanda analoqu fəaliyyət göstərir. Onlar adlarını müstəqil qoysalar da, birbaşa Ermənistan dövlətindən maliyyələşirlər. Məsələn, onların sırasında «Mitk», «Ararat sentr», «Panarmenian» və başqalarını göstərmək olar. Ümumiyyətlə, bu sahə ilə məşğul olan 20-dən artıq mərkəz fəaliyyət göstərir. Adları başqa olsa da, Azərbaycan, Türkiyə və regionda baş verən prosesləri araşdırıb ortaya qoyurlar. Ermənistan dövlətinin Azərbaycan, Türkiyəyə qarşı siyasətini müəyyənləşdirəndə məhz onların araşdırmaları əsas götürülür, onların imkanlarından istifadə edilir. Bundan başqa, bizim mərkəz erməni mətbuatını, televiziyasını izləyir. Şəxsən mən Ermənistanın «Şant», Ermənistan İctimai Televiziyasını, «Yerkir» televiziyalarını izləyirəm.
 - Mərkəzin saytının yaradılacağı da nəzərdə tutulubmu?

  - Biz bu işləri görərkən saytın yaradılmasını da nəzərdə tutmuşuq. Bundan başqa, elmi      mərkəz olduğuna görə, elmi jurnal da fəaliyyətə başlayacaq. Yəni bu sahədə indiyə qədər mövcud olan boşluqları doldurmağa çalışacağıq.
- Ümumi bir konsepsiya yaradılacağını da bildirmisiniz.

- Bilirsiniz, hər bir dövlətin konsepsiyası olmalıdır. Azərbaycanın da Ermənistanla bağlı strategiyası var. Onu təkmilləşdirmək üçün biz dövlətə yardım edə bilərik. Ermənilər dinc durmur, hər hansı bir məsələ ilə bağlı bizi qabaqlamaq istəyirlər. Nəzərinizə çatdırım ki, Ermənistanda «İrs» müxalifət partiyası fəaliyyət göstərir. O partiyanın rəhbərlərindən biri Zaruhi Kostandcyan bir sənəd hazırlayıb parlamentə təqdim edib. Sənəd «1989-1994-cü illərdə Azərbaycanda ermənilərə qarşı törədilmiş soyqırımı» adlanır. Yəni bu, 1915-ci ildə baş verdiyi iddia edilən qondarma soyqırımı davamı kimi göstərilir. Bu iddianın ortaya qoymaq onu parlamentdən keçirmək istəyirlər. Göstərmək istəyirlər ki, Bakıda, Xankəndində, Ağdamda ermənilər soyqırımına məruz qalıblar. Tarixi saxtalaşdırmaqda mahir olan ermənilər bununla dünya ictimaiyyətini aldatmaq istəyirlər. Biz də əlimizdə ermənilərə qarşı olan faktları hüquqi müstəviyə gətirib dünya ictimaiyyətinə çatdıra bilərik. Çünki bizim əlimizdə ermənilərin törətdikləri vəhşiliklər barədə həddən artıq çox fakt var. Məsələn, Xocalı faciəsi ilə bağlı müraciət edə bilərik. 
   - Bəlli olduğu kimi, Ermənistanda azərbaycanlılara məxsus yer adları tamamilə dəyişdirilərək erməniləşdirilib. Mərkəzin saytında bununla bağlı məlumatlar yerləşdiriləcəkmi? 

           - Şübhəsiz, bu məlumatlar yer alacaq. Yəni Ermənistanın Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı hansı hərəkətləri olubsa, biz ona reaksiya verəcəyik. Vaxtilə Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində Azərbaycan mili mədəniyyətinə vurulan zərbələri, oradakı yer-yurd adlarından tutmuş, abidələrimizə qədər bütün məsələləri araşdırıb ortaya qoyacağıq. Sayt vasitəsilə mərkəzin özünün məlumatlarını dünya ictimaiyyətinə çatdırılacaq. Onu da qeyd edim ki, bu sayt gələcəkdə bir neçə dildə olacaq. Əsasən ingilis, fransız, rus dilində fəaliyyət göstərməyə çalışacağıq. Yeri gəlmişkən, mərkəzi elan edəndən sonra dərhal Ermənistandan reaksiya gəldi və həmin reaksiya özünü bir neçə saytda göstərdi. Həmin məlumatlarda Azərbaycanda anti-erməni mərkəzinin fəaliyyətə başladığı qeyd olunub. Hətta, orada mənim də adım çəkilib. Keçmişdə mənim erməni dilində danışdığımı, erməni qəzetində fəaliyyət göstərdiyimi də həmin yazılarda qeyd ediblər. Hətta, biri belə bir başlıq qoyub ki, «Qafar Çaxmaxlı anti-erməni fəaliyyətini genişləndirir». Reaksiyanın olmağı o deməkdir ki, artıq biz hədəfə vurmuşuq. Biz iri-iri yazılara, tədqiqatlara üstünlük veririk. Hər hansı bir jurnalistin Ermənistanla bağlı yazısı ilə yanaşı, araşdırmalara, onların fakta, dəlilə söykənməsinə üstünlük verəcəyik. Sübut etməyə çalışacağıq ki, məhz Azərbaycan təcavüzə məruz qalıb, ermənilər isə bu bölgədə destruktiv fəaliyyətlə məşğul olublar. Biz faciələrimizin xronologiyasını hazırlayacağıq. Lap 19-cu əsrin sonlarından başlamış üzü bəri məsələləri sistemli şəkildə vermək fikrindəyik.
    

    - Qafar müəllim, bildiyimizə görə, mərkəz fəaliyyətə başlamamışdan öncə də Ermənistanla bağlı araşdırmalar aparmağınızla tanınırsınız. Yəni bu məsələ sizin üçün yeni deyil.

           - Bəli, mən bu sahədə çoxdan bəridir ki, fəaliyyət göstərirəm. Elə jurnalist fəaliyyətimin bir hissəsi də buna həsr olunub. Bundan başqa mən bu sahədə elmi-tədqiqat işi də aparmışam, dissertasiya da yazıb müdafiə etmişəm. Erməni məsələsinə dair dissertasiyam var, fəlsəfə doktoruyam. Bu mövzuya bələdəm.
     

  -Mərkəz nə vaxt fəaliyyətə başlayacaq?

         - Gələn aydan fəaliyyətə başlamaq niyyətindəyik. Ermənistanın Azərbaycana qarşı fəaliyyətinin vaxtında qarşısını almaq üçün Mərkəz əhatəli elmi-analitik araşdırmalar, təhlillər aparacaq, gündəlik erməni mediasını izləyəcək. Yaxın günlərdə mərkəz BDU-da xüsusi otaqla, lazımi avadanlıqla təmin ediləcək. Ermənişünas alimlər, erməni dilini bilən tədqiqatçılar cəlb olunacaq. Bütün komanda Ermənistanın işğalçılıq siyasətini elmi sübut və dəlillər əsasında çevik şəkildə ifşa etməyə səfərbər olunacaq. Mərkəzin təhlilləri və məlumatları ictimaiyyət üçün açıq olacaq, kütləvi informasiya vasitələrinə pulsuz veriləcək. İndi əsas iş mərkəz ətrafına xüsusilə gənc və çevik qüvvələrin toplanmasıdır.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 27.08.10 | Baxılıb: 278

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •