Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Bacanaqlar» serialı başlamışdı…Bir gün prodüser zəng elədi…
Teymur Məmmədov: «Ssenaridə göstərilənlər jurnalistikanın o biri üzü, yəni mənfi tərəfidir. Yoxsa, normal jurnalistikadan söhbət getsə, film də o qədər baxımlı olmaz»

Hər həftənin şənbə günü ATV kanalında yayımlanan “Bacanaqlar” teleserialı artıq tamaşaçıların rəğbətini qazanıb. Yaradıcı heyətin hər serialda cəmiyyət üçün aktual olan mövzulara toxunması xüsusən tamaşaçıların ürəyindən xəbər verir.
Baş rollardan birinin ifaçısı, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Teymur Məmmədov  qəzetimizə müsahibəsində də bu marağı inkar etmədi.


Mən o sifətləri görmüşəm
- Yəqin ki, əsas rollardan birini oynadığınız “Bacanaqlar” teleserialının ssenarisini yazan mətbuata yaxın adam və ya mətbuat işçisidir?

- Filmin ssenarisi 4-5 nəfərin qələmindən çıxır. Filmin yaradıcı heyəti - Elməddin, Ramin, Həsrət, Ənvər birlikdə ssenarini işləyirlər. Dəqiq bilmirəm ki, hazırda onların arasında  mətbuatda işləyəni var, ya yoxdur. Amma tamaşada stolun üstündəki «Arı şou» qəzetinin saylarını vaxtilə onlar çıxarıblar. Deyəsən əvvəllər ATV-də «Arı şou» adlı veriliş də var idi.

- Necə oldu ki, redaktor roluna məhz sizi dəvət elədilər?

- Yaradıcı heyət mənim oynadığım müxtəlif tamaşaları, ANS-dəki çəkilişləri, reklamları görüblər. Mart ayında İctimai Televiziya Qubada Novruz şənliyini çəkərkən Elməddin də orada iştirak edirdi. Bir az tanışlığımız yarandı. O da layihə barədə mənə söz açdı. Dedim ki, iştirakım sizi qane edərsə, məmnuniyyətlə çəkilərəm. «Bacanaqlar» serialı artıq efirdə başlamışdı və mən də izləyirdim. Bir gün də prodüser zəng edib dəvət elədi. Görünür, işim qəbul olundu ki, artıq 10 seriyadan artıq çəkilmişəm. Görənlər də deyir ki, yaxşıdır. Teletamaşanı bəyənənlər çoxdur.

- Bəs obraz özü sizi nə ilə cəlb edir?

- Yazı-pozu, jurnalistika deyəndə rəhmətlik Həsən bəy Zərdabi, Mirzə Cəlil adamın gözü qabağına gəlir. Mirzə Cəlil deyib ki, “qələmin vəzifəsi xalqa xidmət etməkdir”. Amma o qədər cızma-qaraçı, yalan-palan yazanlar var ki. Sonra reket jurnalistika haqqında danışdılar, Aqil Abbas onları reket yox, dilənçi jurnalistlər adlandırdı. O görkəmli şəxslər tərəfindən əsası qoyulan mətbuatımıza xidmət etmək əzablı və şərəflidir. Amma özümüzün də həyatda tanıdığımız, yerində olmayan «yazı-pozu» adamları var. Mən özüm də belə adamları görmüşəm və tanıyıram. Qəzetlə qapıları döymək, pul yığmaq – Rza bəy timsallı «jurnalistlər» var. Ona görə də belə obraz üzərində işləmək mücərrəd, yəni bilmədiyimiz həyat deyil, mən o sifətləri görmüşəm. Teleserialda bununla bağlı çoxlu detallar var.

- Sizə elə gəlmirmi, redaksiyanızın timsalında «qurunun oduna yaşı da yandırırsınız»? Belə çıxır ki, mətbuatda yaxşı yoxdur.

- Ssenaridə göstərilənlər jurnalistikanın o biri üzü, yəni mənfi tərəfidir. Axı, bu yaşda olan adamlar təzədən düzəlib nəsə yaxşı iş görəsi deyillər. Onların mayası bu cür yoğrulub, bu cür də qidalanırlar. Burda müəyyən neqativ hallar - onların pul qazanmaq maraqları, dolanmaq çətinlikləri və s. nüanslar olduğu üçün tamaşaçı üçün də maraqlıdır. Obrazların başına gələnlər tamaşaçıların da gündəlik problemləridir. Bəlkə də ona görə maraqlıdır. Yoxsa, normal jurnalistikadan söhbət getsə, film də o qədər baxımlı olmaz. Bir seriya ilə də tamamlanar. Bu yaradıcı qrupun öz ideyasıdır.

- Necə bilirsiniz, qabartdığınız mənfiliklərin doğurdan da mövcud olduğu jurnalistikada filmlə nəyisə dəyişdirmək mümkün ola bilərmi?

- Belə götürəndə, biz sənət adamları hamımız bir şineldən çıxmışıq. İşlədiyimiz müəssisələrə gəlib qapı döyən jurnalistlərin hərəkətləri mənə də toxunurdu. Amma elə bilirəm, bizim filmdən əvvəl bu cür gəlib-gedən adamların sayı azalıb. Vaxt keçdikcə ələnmə gedir, yaxşılar qalır, pislər sıradan çıxır.

İtirilən şeylər

- Heç özünüzə deyirsinizmi: yaxşı ki, bu teletamaşalar, reklamlar var, yoxsa teatrdakı tamaşalarla kölgədə qalardım?

- Siz bilirsiniz ki, bizim teatr binamız bir neçə ildir ki, təmir olunmaq üçün nəzərdə tutulub. Amma hələ təmirə başlamayıblar. Yəqin ki, digər teatrlardakı yarımçıq işlər başa çatandan sonra bizim binamız da təmir olunacaq. Ona görə də müntəzəm tamaşalar oynaya bilmirik. Yer tapandan-tapana, tamaşamız oynamaq üçün şərait yaradılanda oynayırıq. Ürəyimiz istəyən səviyyədə tamaşalarımızı oynamaq üçünsə meydanımız yoxdur. Televiziyaların çəkilişləri, seriallar, reklamlar olmasa dolanışıq üçün vəziyyətimiz də çətin olar. Şəhərdə teatr binaları çoxdur, imkanı olanlar ən bahalı şoulara, tamaşalara, konsertlərə gedib baxırlar. Bəziləri isə ən ucuz qiymətə satılan biletə də pul verib tamaşaya baxmaq istəmirlər.

Sanballı əsərlər yoxdur

- Sizin üçün hansı daha çox maraqlıdır, bir teatr adamı kimi səhnədə oynamaq - tamaşaçılarla canlı ünsiyyətdə olmaq, yoxsa hansısa bir reklama çəkilmək?

- Sənət üçün tamaşada oynamaq maraqlıdır. Gərək bir işlə məşğul olasan. Teatrı özlərinin evi hesab edən keçmiş sənətkarlarımız kimi. Əgər Şuşa işğal olunmasaydı, torpaqlarımız düşmən əlində qalmasaydı, bizim də böyük arzularımız vardı. Teatrla bağlı böyük işlər görmək barədə fikirləşirdik. Ona görə də sənət üçün teatrın binasında oynamaq lazımdır. Dolanışıq xətrinə, qəpik-quruş qazanmaq üçün ora-bura getdikcə sənət də ucuzlaşır, insanın özü də. Çörəkpulu xətrinə reklam çəkilişinə, toya və digər dəvətlərə gedirsən. Adam təkcə teatrla nəfəs alsaydı və teatr onu dolandırsaydı, hər şey başqa cür olardı. Bir neçə nəfərə prezident təqaüdü verilməsi ilə bütün teatrın vəziyyəti yaxşılaşmır. Teatrın əksər işçiləri qəpik-quruşa xidmət edir.

- Teatrda tamaşaları müntəzəm oynaya bilmədiyiniz uzun bir fasilədə nə itirirsiniz: illərinizi, tamaşaçılarınızı, yaşınızı, enerjinizi, istedadınızı və nəhayət nəyi?

- İtirilməli nə varsa hamısını itiririk. Əgər idmançının idman meydançası, üzgüçü üçün hovuz, futbolçu üçün stadion yoxdursa, təbii ki, orada söhbət itirməkdən gedir. Yaş keçir, bu illər ərzində bacardığımız bir neçə rol üzərində işləyərdik. Ömrümüzün işləməli, gümrah vaxtları məhrumiyyətlərdə – istər torpaq işğalı, istər yer-yurd, burda ev-eşik sarıdan itirməkdə keçib. İtirə-itirə gedirik. İtirilən şeylər bərpa olunanda da yaş o yaş olmayacaq. Yaşın elə vaxtı olacaq ki, biz tamam başqa ruhlu rollar oynayacağıq. Bütün bunların itirməkdən başqa ayrı adı yoxdur. Belə vəziyyətdə vaxt bizim kollektivin və bizim kimi yaradıcı adamların xeyrinə işləmir.

- Tutaq ki, «Bacanaqlar»dakı baş redaktorun yerinə hansısa bir teatrın baş rejissoru, direktoru və ya bədii rəhbəri rolunu oynayırsınız: teatr aləmində nəyi tənqid edərdiniz?

- Nə qədər şablon olsa da, teatr həmişə vaxtın, zamanın sözünü deməlidir. Teatr kollektiv sənətdir. Vaxtın, zamanın, sözünü demək üçün dramaturji material, cəsarətli rejissor olmalıdır. Bir də yer, şəraitin olması vacibdir. Bunlar yerində olandan sonra aktyora da tapşırılan rolu oynamaq qalır. O qadağalı illərdə, senzuranın olduğu vaxtlarda yazıçılar daha çox mövzular üzərində işləyirdilər. İndisə müstəqillik verilib. Qarabağ boyda dərdimiz də, mübarizəmiz də var. Ancaq bu, nə teatrda əksini tapır, nə də kinoda. Bu mövzuda çox az-az işartılar var. Bizim teatrın repertuarında «Güllələnmiş heykəllərin fəryadı», «Ağ qayıq» kimi əsərlər, müharibə mövzulu kompozisiyalar var. Amma daha sanballı əsərlər yoxdur. Bizim özümüzə də belə əsər təqdim olunmayıb ki, onu hazırlayıb məktəblilər və ya döyüşçülər qarşısında oynayaq, onların vətənpərvərlik ruhunu yüksəldək.

Ötürdüyümüz illərdən biri

- Hər halda yeni teatr mövsümü yaxınlaşır. Yenə binasızlıq şəraitində işləyəcəksiniz və bunu bilirsiniz. Bununla belə, yeni mövsümdən hansı sürprizləri gözləyirsiniz?

- Onu bilirəm ki, bu il də ötürdüyümüz illərdən biri olacaq. Hər il söz verirlər ki, yaxşı olacaq. Neçə illərdir ki, teatrın mədəniyyət işçilərinin əmək haqqı bir manat da artırılmır. Bu il Şuşa şəhərinin əsasının qoyulmasının 260, Şuşa teatrının 135 illiyidir. Gözləyirik ki, kollektivin üzvlərindən kimsə yenə fəxri ada və ya digər mükafatlara layiq görülər. Ancaq Şuşa mədəniyyətinin bir parçası olan bu teatra elə bir tutarlı qayğı yoxdur. Ola bilər ki, binanı təmir etmək çətindir, ancaq hansısa fəxri titullarla təltif etmək və ya digər teatr sənətçilərinə göstərilən qayğını bizim kollektivə də göstərmək olar. Biz isə o biri sənətçilərə göstərilən  diqqətdən elə bir kənarda qalmışıq. Münasibəti belə gördüyüm üçün sözün düzü, bu ildən də heç nə gözləmirəm.

- Hal hazırda hansı çəkilişlərdə iştirak edirsiniz?

- “Ritm” Prodakşn şirkəti «Mənim atam» adlı film üzərində işləyir. Mən də həmin filmdə epizoda çəkilirəm. Mən həmin yaradıcı heyətin «40-cı qapı» filmində də epizodik rolda oynamışam. O film dünyanın bir çox ölkəsində festivallarda mükafatlar qazanıb. Məni yenidən dəvət edəndə imtina etmədim. İnanıram ki, bu film də uğurlu alınacaq.

Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 26.08.10 | Baxılıb: 473

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •