Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Sərhədlərin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir»
Əli Həsənov: «Bu, işğalçı rejimin bir az da əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq»

“Biz əvvəlcədən də bildirmişik ki, bu gün işğalçı Ermənistanla Türkiyənin sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Hər iki halda bu, işğalçı rejimin bir az da əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq”. Bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: «Həmçinin hörmətli baş nazir Rəcəb Tayyib Ərdoğan, hörmətli prezident Abdulla Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq. Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun tələbi olsun, istər ATƏT-in, Avropa Şurasının, ya da hansısa fövqəldövlətin tələbi olsun».

«Nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə NATO-ya qoşulmaq niyyətimiz var»

“1992-ci ildən indiyə qədər dəfələrlə Ermənistanda Rusiya hərbi bazalarının yerləşdirilməsi, Ermənistan ordusunun qeyri-qanuni silahlandırılması ilə bağlı öz etirazlarımızı bildirərkən, Rusiya tərəfi eyni müqavilələri Azərbaycanla da imzalamağı hazır olduğunu bəyan etmiş, Azərbaycanın da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yolunun açıq olduğunu bildirmişdi. Lakin Azərbaycan Ermənistan kimi işğalçı dövlətlə bir arada olmamaq üçün bu təşkilata qoşulmaqdan imtina edib. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən imtina etməyib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bu işğalçılıq siyasəti ifşa olunmayıb, Azərbaycan bu təşkilatda iştirak etməkdə bir məna görmür”. Məsələyə münasibət bildirən Əli Həsənov deyib ki, Azərbaycanın təhlükəsizliyini təhdid edən yeganə ölkə Ermənistandır, bu ölkə isə KTMT-nin üzvüdür: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işğalçılıq siyasətinə qarşı ciddi bir iradə nümayiş etdirməlidir. Bu anlamda Azərbaycan hələlik bu təşkilata qoşulmaqdan imtina edir. Nə qədər ki, Azərbaycanın maraqlarına cavab verməyib, nə bu təşkilata, nə NATO-ya, nə də başqa təşkilatlara qoşulmaq niyyətindəyik”.

“Araşdırma başa çatdıqdan sonra rəsmi münasibət açıqlanacaq”

“Rusiyanın Ermənistanla imzaladığı sonuncu müqavilə dövlətlərarası məsələdir. Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bölgədə adi və strateji silahların yerləşdirilməsi və onların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələ deyil, bu, eyni zamanda ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq cinah sazişi ilə nizamlanır. 1992-ci ildə bu sazişə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub”.
Ə. Həsənov bildirib ki, müvafiq cinah sazişinə əsasən Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən hərbi texnikanın – hərbi təyyarələr, tanklar və s. – kvotası təyin olunub: “Biz bilirik ki, bu kvotadan, yəni ATƏT-in nəzarətindən kənar olaraq neçə illərdir Dağlıq Qarabağda silahlar və silahlı qüvvələr cəmlənib və bu silahların heç bir nəzarəti, hesabatı aparılmır. Ermənistan Silahlı Qüvvələrinin kvotasına eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir. Yəni, Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır. Bu məsələlər dövlətlərarası münasibətlərlə nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hazırda bizim hərbi mütəxəssislər, həmçinin ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri kvotanın pozulub-pozulmadığını hesablayır. Onsuz da dediyim kimi, bu kvota Dağlıq Qarabağda pozulmuşdu. Araşdırma başa çatdıqdan sonra Azərbaycan hökuməti bu məsələyə münasibətini açıqlayacaq”.

“Səfir təyin olunmaması ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərir”

Şöbə müdiri jurnalistlərin ABŞ-ın bu vaxta kimi Azərbaycana səfir təyin etməməsi sualının da cavablandırıb: “ABŞ-ın Azərbaycandakı səfiri funksiyasını yerinə yetirən səfirlik məmurları var. Biz hesab etmirik ki, məhz səfirin hələ də təyin olunmaması ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərir”.
Bununla yanaşı, Ə. Həsənov qeyd edib ki, beynəlxalq praktikaya əsasən, ölkə bir ildən artıq səfirsiz qalmır: “Ona görə də düşünürük ki, bu zaman çərçivəsində ABŞ Azərbaycana səfir təyin edəcək”.
+  -  Çap 
Yerləşdirilib: 26.08.10 | Baxılıb: 221

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •