Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Geridə qalan qəbulun gələcəyi
Artıq respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə aparılan növbəti qəbul prosesi arxada qalıb. Bəs bu ilin qəbul gedişi hansı məqamları ilə yadda qaldı?

30 510 plan yerinə 28 737 nəfər
Həmişəki kimi, bu ildə qəbul planına daxil olan ali məktəb ixtisasları dörd qrupa bölünüb. I qrupa riyaziyyat, fizika, mühəndislik, kimya-texnoloji, memarlıq və dizayn, II qrupa iqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya, III qrupa humanitar, musiqi və incəsənət, IV qrupa tibb, kimya, biologiya, psixologiya və idman ixtisasları daxildir.  İxtisas qrupları bir-birindən imtahan fənlərinin tərkibinə görə fərqlənir. Yeniliklərə gəlincə, bu il üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilib. Belə ki, bu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil edilib, II ixtisas qrupunda isə ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılıb. III qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçiblər. Əvvəlki illərdən fərqli olaraq Azərbaycan bölməsi üzrə III ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunub. Sənəd verənlərin sayına gəlincə, bu il I qrupa 37 153 (33278 Azərbaycan, 3425 rus bölməsi), II qrupa 28 884 (25 149 Azərbaycan, 3735 rus bölməsi), III qrupa 33 696 (30 167 Azərbaycan, 3529 rus bölməsi), IV qrupa isə 16 122 (12 141 Azərbaycan, 1452 rus bölməsi) abituriyent sənəd verib. Ümumiyyətlə, 2010-2011-ci tədris ili üçün təxminən 115 mindən artıq abituriyentin iştirak etdiyi imtahanlarda ali məktəblərin 30 457 plan yerinə 27 700 nəfər abituriyent qəbul olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatına görə, ali məktəblərdə ilk mərhələdə vakant qalan 2757 yerin 543-ü I, 472-si II, 1509-u III, 233-ü IV ixtisas qrupu üzrə olub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə aparılan müsabiqə nəticəsində isə növbəti mərhələdə ali məktəblərə 998 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6758 nəfər qəbul olub. I ixtisas qrupunda ali məktəblərin 9514 plan yerinə 9291 (97,66%), II qrupda 7348 plan yerinə 7292 (99,24%), III qrupda 9855 plan yerinə 8562 (86,88%), IV qrupda 3793 plan yerinə 3592 (94,70%) abituriyent daxil edilib. Bundan başqa, bu il 53 nəfər yüksək səviyyəli beynəlxalq müsabiqə qalibi, olimpiada, dünya və Avropa çempionu ali məktəbə müsabiqədən kənar qəbul olunub.  Ümumilikdə isə 30 510 plan yerinə 28 737 (94,19%) abituriyent qəbul olunub.

Abituriyentlərin ərizələrində sonda gələn məktəblər və ya özəl məktəblərin özəl “dərdi” 

Amma bu il özəl ali məktəblər üzrə təqdim olunmuş 4561 plan yerindən 1158-i (25,39%) vakant qalıb. Ümumilikdə ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin əksəriyyəti - 1293 yerdən 1158-i özəl ali təhsil müəssisələrinin ixtisasları olub. Bunun hansı səbəbdən baş verməsi hələlik aydın olmasa da, sənəd qəbulunun nəticələrinin ötən ilki təhlili bu barədə təxmini fikir yürütməyə imkan verir. Belə ki, ötən il  müsabiqədə iştirak etmiş abituriyentlərin 19.32%-i (6325
nəfər) öz ərizəsində qeyri-dövlət təhsil müəssisələrinin ixtisaslarını qeyd edib. Azərbaycan bölməsində qeyri-dövlət təhsil müəssisələrinin ixtisaslarını da seçənlər 19.48% (5514 abituriyent), rus bölməsində isə 18.32% (811 abituriyent) olub. Ümumiyyətlə, hər ilin statistik nəticələri göstərir ki, abituriyentlər bu təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı yerlərdə göstərirlər. TQDK-nın mütəmadi apardığı təhlillər göstərir ki, qeyri-dövlət təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin göstəriciləri dövlət təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən hələ də xeyli aşağıdır. Bu cür nəticə göstərənlər birbaşa birinci kurs proqramını mənimsəməkdə çətinlik çəkirlər. Ona görə də TQDK mütəxəssisləri hesab edirlər ki, qeyri-dövlət təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və tədrisin intensivləşdirilməsi hesabına həmin proqramları həyata keçirməlidirlər.

Maliyyələşmə mexanizminin müsabiqələrə təsiri

Amma bu qəbul prosesində dövlət müəssisələrinin bəzi vakant yerlərinin dolmamasının da səbəbi ötən illərdən bir qədər fərqlidir. Belə ki, bu ilin qəbul prosesində əsas yeniliklərdən biri ali təhsilə müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqidir. Bu mexanizmə əsasən, əmək bazarında tələbatı müəyyənləşdirən dövlət yalnız tələb olunan ixtisasları maliyyələşdirməyi öhdəsinə götürür. Bu yerləri qazanmaq üçün isə daha yüksək hazırlıqlı abituriyentlər arasında müsabiqə nəzərdə tutulur. Məhz bunun nəticəsidir ki, bu il dövlət sifarişli yerlərin ixtisas seçimində II ixtisas qrupu üzrə ümumi balı 400-dən, III və IV ixtisas qrupları üzrə ümumi balı 350-dən, I ixtisas qrupu üzrə ümumi balı isə 300-dən az olmayan abituriyentlər iştirak ediblər. Bu il bakalavriatura pilləsi üzrə ali məktəblərə ayrılan ümumi plan yerlərindən 10 529-u (34%) dövlət sifarişli yerlərdir. Ən çox dövlət sifarişli yer I ixtisas qrupu üzrə olub.  Bu il I ixtisas qrupuna 9639 plan yeri ayrılıb ki, onun da 4196-sı (43%) dövlət sifarişli yerlərdir. II ixtisas qrupu üzrə ayrılmış 7448 plan yerinin 2050-si (27,5%), III ixtisas qrupunun 9880 plan yerinin 2804-ü (28%), IV ixtisas qrupunun 3843 plan yerinin isə 1479-u (38%) dövlət sifarişli yerlərin payına düşür. Ümumiyyətlə, bu il ali məktəblərin ümumi planın 94,19%-i, dövlət sifarişli plan yerlərinin isə demək olar ki, hamısı dolub. Bu il dövlət sifarişli yerləri qazanmaq üçün abituriyentlər arasında II, IV qruplarda müsabiqə vəziyyəti isə daha yüksək olub. Amma I və III qruplarda abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticə ilə əlaqədar ümumilikdə müsabiqə vəziyyəti həmin qruplarla müqayisədə qismən aşağı olduğu üçün dövlət sifarişli plan yerləri uğrunda müsabiqə vəziyyəti də o qədər yüksək olmayıb. Yüksək nəticə ilə ali məktəblərin ödənişsiz təhsil formasından yararlana bilməyənlər isə vəziyyətdən çıxış yolunu orta ixtisas təhsili məktəblərində müsabiqədə iştirak etməkdə axtarıblar. Nəticədə bu il orta ixtisas təhsili müəssisələrinə müsabiqə zamanı bəzi ixtisaslar üzrə formalaşmış keçid balları ali təhsil müəssisələrinin müəyyən ixtisaslarından daha yüksək olub. Məsələn, Azərbaycan Maliyyə-İqtisad Kollecinin “Bank işi” ixtisası üzrə minimal keçid balı 369 bal, 2 saylı Bakı Baza Tibb Kollecinin “Ortopedik stomatologiya” ixtisası üzrə minimal keçid balı 396 bal, Bakı Sosial Pedaqoji Kollecinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə minimal keçid balı 268 olub.

Ən passiv və fəal abituriyentlərin qrup seçimi

Bu ilin qəbul prosesinin əsas məqamlarından biri də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərin sayının ötən ildəkindən çoxluğudur. Respublikanın bütün regionlarını təmsil edən 600-dən çox bal toplayanların sayı bu il 1414 abituriyent ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Ötən il isə bu rəqəm 996 nəfər təşkil edib. Amma bu il TQDK-nı təəssüfləndirən məqamlar da olub. Belə ki, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib ki, onların 8%-i 500-700, 21%-i 100-200, 28%-i 0-100 bal toplayıb. Bu ilki məzunların təxminən 50%-i isə 200 baldan aşağı nəticə göstərib. Bunu yaxşı göstərici hesab etməyən TQDK sədri Məleykə Abbaszadənin fikrincə, imtahanlarda abituriyentlərin aşağı bal toplaması abituriyentlərin bilik səviyyəsinin aşağı olmasından irəli gəlir. Ümumiyyətlə isə I ixtisas qrupunda bu ilki məzunların 5%-i , II qrupda 10%-i 500-700 bal toplayanlardır. Bu isə o deməkdir ki, ümumilikdə 500-700 bal toplayanların daha çoxu II qrupa sənəd verib. III qrupda məzunların 8%-i , IV qrupda 12%-i 500-700 bal toplayıb. TQDK sədri hesab edir ki, II və IV qrupları seçən məzunlar ən istedadlı, konkret ixtisasını əvvəlcədən müəyyənləşdirilmiş abituriyentlərdir. Ona görə də bu qruplarda kifayət qədər yüksək müsabiqə vəziyyəti yaranıb. III və I qruplara sənəd verənlərin müəyyən qismi isə buraya vakant yerlərin sayının çoxluğuna görə sənəd veriblər.


Həqiqət İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 24.08.10 | Baxılıb: 358

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •