Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistanın vassal olduğu rəsmiləşdi
Rusiya prezidenti Cənubi Qafqazda forpost elan etdikləri Ermənistana səfəri zamanı müvafiq protokola imza atmaqla bunu tam şəkildə reallaşdırmış oldu

Ermənistanın tam şəkildə Rusiyanın vassalığına keçməsi rəsmiləşdi. Rusiya prezidenti Dmitri Medvedyev Cənubi Qafqazda forpost elan etdikləri Ermənistana səfəri zamanı müvafiq protokola imza atmaqla bunu tam şəkildə reallaşdırmış oldu. Protokola görə, Rusiyanın Ermənistandakı hərbi bazası federasiyanın maraqlarının müdafiəsindən başqa Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir, Moskva Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur. Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu 2044-cü ilədək uzadılır. Sənəd Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana dövlət səfəri çərçivəsində imzalanıb. Təkbətək görüşdən sonra Ermənistan və Rusiya prezidentləri nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər. “Ermənistan-Rusiya münasibətləri həm ikitərəfli, həm də KTMT və MDB çərçivəsində çox möhkəmdir” - deyə Rusiya prezidenti Dmitri Medvedyev Yerevana səfəri çərçivəsində şərəfinə verilən şam yeməyində deyib. Onun fikrincə, bu münasibətlər bütün sahələr üzrə nümunəvi hesab oluna bilər. Rusiya prezidenti Ermənistan-Rusiya dialoqunu “qarşılıqlı maraq doğuran” adlandırıb və qeyd edib ki, erməni və rus xalqları ənənəvi olaraq bir-birilərinə kömək ediblər.
Rusiya Dağlıq Qarabağ münaqişənin həlli prosesinə yeni vasitəçilərin cəlb olunmasına qarşı deyil
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə tərəflərin razılığı ilə yeni vasitəçilərin cəlb olunmasının əleyhinə deyil” –deyə Medvedyev deyib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərkibinin genişlənməsi və “Azərbaycanın bu məsələni Minsk Qrupu çərçivəsindən çıxarmaq cəhdləri”nə Rusiyanın münasibəti haqda sualı cavablandıran Medvedyev bildirib ki, önəmli olan nəticədir, bu yolda istifadə edilən institutlar yox: “İkincisi, istifadə olunan, ya da istifadəsi təklif edilən vasitəçilik institutlarını tərəflər, eyni zamanda danışıqlar prosesinin iştirakçıları qəbul etməlidir. Bir tərəfin istəmədiyi, bitərəfliyinə əsaslı şübhə duyduğu vasitəçiləri sırımaq mümkün deyil”. D.Medvedyevin sözlərinə görə, tərəflər digər iştirakçıları cəlb etməyi razılaşdırarsa Rusiya bunu qəbul edəcək: “Əsas odur ki, effektiv iş aparılsın. Açıq desək, hazırda hansısa effektivliyi yalnız Minsk Qrupu nümayiş etdirir. Danışıqların digər potensial iştirakçıları danışıqların mövzusundan kifayət qədər uzaqdadır, detallardan xəbərdar deyil və bu da onların vasitəçilik potensialından istifadəni çətinləşdirir”.
Rusiya prezidenti Qarabağ münaqişəsinin həlli prosesində Rusiya tərəfinin gördüyü işlərdən utanmır
Rusiya prezidenti onu da qeyd edib ki, Qarabağ münaqişəsinin həlli prosesində Rusiya tərəfinin gördüyü işlərdən utanmır. Medvedyev Rusiya tərəfinin gördüyü işlərdən utanmamasının səbəbini belə izah edib: “Bütün çətinliklərə və bəzi bəyanatlarda həddini aşan emosiyalara baxmayaraq biz həm Azərbaycanla, həm də Ermənistanla bu işləri davam etdirəcəyik. Regionda sülh olması Rusiya üçün çox vacibdir. 2008-ci ildə biz Cənubi Osetiyadakı müharibə kimi mürəkkəb bir hadisədən keçməli olduq və istəyirik ki, Cənubi Qafqazda və Qafqazda belə hadisələr bir də heç vaxt təkrarlanmasın. Regionun böyük dövləti kimi, Rusiyanın vəzifəsi sülhün və qayda-qanunun qorunmasındadır. Bununla yanaşı, bizim özümüzün də KTMT üzvləri ilə müttəfiqlik öhdəliklərimiz var. KTMT-nin üzvlərindən biri Ermənistandır. Yerdə qalan digər məsələlər iştirakçıların bütün öhdəliklərinin göstərildiyi bizim müqaviləmizə əsaslanır ki, Rusiya da buna çox ciddi yanaşır".
Forpost Medvedyevin sözlərini təkrarladı
Ermənistan prezidenti Serj Sarkisyan da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk qrupu formatını əlverişli hesab edib: "Yalnız ATƏT-in Minsk qrupu çərçivəsində konkret nəticələr əldə etmək olar. Bu gün regionda nə sülh, nə də müharibədir. Pisdir ki, sülh yoxdur, həm də yaxşıdır ki, müharibə yoxdur. ATƏT-in Minsk qrupunun böyük xidməti də məhz budur". “Rusiya prezidentinə bölgədə qüvvələr balansının əhəmiyyətini anladığına görə minnətdaram” - deyə o vurğulayıb. Onun sözlərinə görə, rəsmi Moskvanın bu yanaşması Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı mövqeyinə uyğundur. Serj Sarkisyan bildirib ki, Ermənistanın münaqişələrin həllindəki mövqeyi dəyişməzdir: “Biz hesab edirik ki, böhranlar və münaqişələr istisnasız olaraq dinc vasitələrlə, güc tətbiqi və ya güc hədəsi olmadan həll edilməlidir”.
Ermənistan prezidenti Dmitri Medvedevlə görüşdə rusiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində oynadığı müsbət rola görə də təşəkkür edib: “Dmitri Anatolyeviç, məhz sizin səyləriniz nəticəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bir sıra vacib üçtərəfli görüşləri keçirilib. Mən bir daha təsdiqləmək istəyirəm ki, biz sizin Sankt-Peterburqdakı üçtərəfli görüşdə irəli sürdüyünüz təkliflər əsasında konstruktiv həll axtarışlarına hazırıq”.
Ruslar Ermənistanda AES tikəcək
Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana dövlət səfəri çərçivəsində iki ölkə arasında atom enerji blokunun inşası haqqında hökumətlərarası saziş də imzalanıb. Atom enerji bloku Ermənistan ərazisində tikiləcək. Qeyd edək ki, Ermənistan 1000 MVt gücündə yeni AES bloku tikməyi planlaşdırır. Ermənistan Energetika Nazirliyinin məlumatına görə, layihə 5 mlrd. dollara başa gələ bilər. Layihənin reallaşmasına xarici kapitalı cəlb etmək üçün Ermənistan parlamenti 2006-cı ildə yeni atom enerji blokları üzərində dövlətin inhisarını ləğv edib.
AES-in tikintisinə 2011-ci ildə başlanması planlaşdırılır. “Rosatom”un rəhbəri Sergey Kiriyenko hökumətlərarası sazişin imzalanması ərəfəsində bildirib ki, Rusiya AES-in tikintisinin 20%-dən çoxunu maliyyələşdirməyi planlaşdırır. Artıq bununla bağlı birgə komissiya da yaradılıb. Komissiya AES-in dəyərinin 40%-ni təmin etməlidir, qalan 60% isə investorların hesabına təmin ediləcək. İnvestorların cəlb olunması üzrə danışıqları isə Ermənistan hökuməti aparır. Səfər zamanı Rusiyanın Ermənistana lizinqlə S-300 raket komplekslərinin verilməsi məsələsi isə reallaşmayıb. Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bildirib ki, bu məsələ nəzərdən keçirilmir: “Biz buna hazırlaşmırıq. İndiyədək Ermənistan tərəfindən də belə təkliflər almamışıq”. Sarkisyan tarixi təhrif etdi
Səfər zaman ən maraqlı məqamlardan biri rus-türk müharibələri zamanı həlak olan rus əsgər və zabitlərinin şərəfinə ucaldılan memorialın açılışında olub. Tarixi saxtalaşdırmaqda mahir olan ermənilər bu dəfə Rusiya prezidentinə yalan məlumat verməkdən çəkinməyiblər. Əzəli türk torpağı olan Qərbi Azərbaycanda 19-cu əsrdə barmaqla sayılası erməni olduğu halda Sarkisyan «türk zülmü altında olan ermənilərin Rusiya qoşunlarının gəlməsini səbirsizliklə gözləyirdi» deyib. Sonra isə Türkiyənin ünvanına sərt ittihamlar səsləndirib. Bu ölkəni sərhədlərin açısılmasında lazımi iradə göstərməməkdə günahlandırıb. Rəsmi Bakı ümidvardır
“Azərbaycan ümid edir ki, Rusiya Ermənistandakı 102-ci bazanın hərbi texnika və resurslarından Azərbaycana qarşı istifadə edilməməsi haqda öz üzərinə götürdüyü öhdəliklərə bundan sonra da sadiq qalacaq”. Bu sözləri isə APA-ya açıqlamasında Rusiya ilə Ermənistan arasında imzalanmış protokola münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. E. Poluxov xatırladıb ki, Rusiya 2006-cı ildə Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən hərbi bazalarını çıxararkən bu bazaların Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazaya göndərilən silah və hərbi texnikasından Azərbaycana qarşı istifadə olunmaması barədə öhdəlik götürüb. İmzalanan müqavilə Azərbaycan və Türkiyə üçün təhlükə deyil
«Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistanda saxlanması ilə bağlı müqavilənin uzadılması regionda təhlükə yaratmaq iqtidarında deyil» - deyə Türkiyənin NATO Parlament Assembleyasındakı nümayəndə heyətinin başçısı Vahid Erdem deyib. Onun sözlərinə görə, imzalanan müqavilə nə Azərbaycan, nə də Türkiyə üçün ciddi təhlükə deyil. «Rusiyanın Gümrüdəki bazasının icarəsinin uzadılması regiondakı güc balansını əhəmiyyətli dərəcədə yerindən tərpədir. Bakı və Ankara məsələnin belə qoyuluşundan, çətin ki, məmnun olsunlar». Bunu isə  «Heritage Foundation» - nin Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə aparıcı ekspert Ariel Koen «Trend»ə bildirib. Ekspertin fikrincə, Gümrüdəki bazanın icarə müddətinin uzadılması, ilk növbədə, Rusiyanın regiondakı təsirinin möhkəmləndirilməsinə yönəlib. Koenin sözlərinə görə, indi Obama Administrasiyası Avrasiya və ümumilikdə, Qafqaza münasibətdə müdaxilə etməmə siyasətini yürütsə də, Kreml zamanın sınağından çıxmış öz geopolitik prinsiplərini həyata keçirməkdə davam edir. Ermənistan politoloqu Sergey Şakaryanın fikrincə, Rusiya bazasının müddətinin uzadılması barədə müqavilə böyük əhəmiyyət kəsb etmir. Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılması və funksiyalarının genişləndirilməsi Moskvada da aparıcı mövzulardandır. Şərhlərə görə, gələcəkdə Moskva yeni müqavilənin Azərbaycan-Rusiya münasibətlərinə təsirini endirməyə çalışacaq. Eyni zamanda yeni baza müqaviləsiylə, Moskva bölgədəki hazırkı status-kvonu saxlamağa çalışır. Moskva mətbuatı və ekspertlər hərbi bazayla bağlı məsələni şərh edərkən ilk növbədə iki suala cavab axtarır. Birincisi, Ermənistanda onsuz da problemsiz yerləşən baza haqda müqaviləyə dəyişikliklər Moskvanın nəyinə lazımdır. İkincisi, isə bu dəyişikliklər Rusiyayla Azərbaycanın kifayət qədər sıx əlaqələrinə necə təsir edəcək. "Qazeta.ru" internet nəşri yazır ki, dəyişikliklər Ermənistandakı bazanın nəinki müddətini uzadır habelə funksiyalarını da genişləndirir. Göstərildiyinə görə, əgər hazırda qüvvədə olan müqavilədə ancaq əsasən Ermənistan - Türkiyə sərhədində təhlükəsizliyə təminat verilirsə, indi təminatlar bütün Ermənistan ərazisinə şamil ediləcək. Nəşr ekspertlərin rəyinə əsasən yazır ki, bununla Rusiya Qafqazda hərbi-siyasi lider olmaq iddiasını nümayiş etdirir.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 21.08.10 | Baxılıb: 260

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •