Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistan formal müstəqilliyini də itirdi
Ekspertlər hesab edirlər ki, Rusiya hərbi bazalarının qalma müddətinin uzadılması Ermənistanın onsuzda formal olan müstəqilliyini əldən verməsi deməkdir

Kreml tərəfindən Cənubi Qafqazda forpost gözündə olan Ermənistan rəhbərliyi Rusiya prezidenti Dmirti Medvedyevi qarşılamaq üçün əməlli-başlı çalışıb. Hətta Rusiya mətbuatı görülən təhlükəsizlik tədbirlərindən təəccübünü gizlədə bilməyib. Belə ki, Yerevan Rusiya prezidentinin səfəri ilə bağlı tam şəkildə mühasirəyə alınıb. Şəhərdə xüsusi təhlükəsizlik tədbirləri görülüb və əsl müdafiə qalasını xatırladır. Paytaxt küçələrində ticarət ləğv edilib, şəhərin mərkəzində isə «gözəgörünməz cəbhənin döyüşçüləri» adlandırılan qruplar tərəfindən sutkalıq növbətçilik həyata keçirilir. «Xüsusi təhlükəsizlik səviyyəsi»nin elan edilməsinə səbəb kimi Rusiya prezidentinin birdən-birə üç oteldə qalacağı göstərilir. Onlar Göyçə gölünün sahilində yerləşir. «Aykakan jamanak» qəzetinin yazdığına görə, Medvedyev Axtamar kompleksində dincələcək. Qeyd edək ki, Medvedyev səfərinin ikinci günü Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının sammitinə qatılacaq. Tədbirdə Belarus, Türkmənistan, Belarus, Qırğızıstanın dövlət başçıları iştirak edəcək. Açıqlanmayan səbəblərdən Özbəkistan prezidenti İslam Kərimov sammitdə iştirak etmək istəməyib.
Medvedyev üçün Göyçə gölünün bu başından o biri tərəfə keçirmək üçün xüsusi olaraq Türkiyədən alınan yaxta gətirilib. Qəzet yazır ki, səfər ərəfəsində çətinlik yaşanıb: yaxtanın motoru yararsız çıxıb. Dərhal da Türkiyəyə yollanan nümayəndə heyəti yeni motor gətizdirib. O da qeyd edilib ki, Medvedyev və Sarkisyan Ermənistan ərazisində yeni AES-in tikintisi ilə bağlı razılaşma əldə edəcəklər. Dağlıq Qarabağ isə ayrıca mövzu olacaq. «Nezavisimaya qazeta» yazır ki, bununla bağlı danışıqların əsas məxfi saxlanılacaq və informasiyalar gec bəlli olacaq. Ola bilsin Medvedyevin Bakıya sentyabr ayında planlaşdırılan səfərindən sonra bu məlumat açıqlansın. Qəzet yazır ki, strateji müttəfiq hesab edilən Moskva və Yerevan arasında münasibətlər son vaxtlar sınaqlara məruz qalıb. Söhbət Rusiyanın iki ədəd S-300 raketlərinin Bakıya verməsindən gedir. Rusiya mətbuatı yazır ki, Moskva bununla bağlı bir-birini təkzib edən açıqlamalar verib. Qeyd edilir ki, Bakı artıq razılaşmanın baş tutduğunu təsdiq edib.
Lakin erməni siyasətçiləri fərqli düşünür. Onlar dərhal belə bir məsələni ortaya atıblar. Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Rusiya hərbi bazasının 49 illiyinə Ermənistanda qalması barədə müqavilə işə düşə bilərmi? Yəni Rusiyadan bununla bağlı yardım almaq olarmı? Prezidentlərin imzalayacağı sənəddə söhbət yalnız Ermənistanın təhlükəsizliyindən gedir.
Zəngin proqramla Yerevana gələn Medvedyevin bu gün qondarma soyqırımı abidəsi önünə əklil qoyması, Gümrü şəhərində 19-cu əsrdə baş vermiş rus-türk müharibələrində ölən rus əsgərlərinin şərəfinə inşa edilən memorial kompleksi açacağı nəzərdə tutulub. Sonra isə onun erməni həmkarı Serj Sarkisyanla danışıqları nəzərdə tutulub. Görüşün sonunda isə Gümrüdə yerləşən Rusiya hərbi bazasının ömrünün uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanacaq. Həmin sənəd Rusiya bazalarının yerləşdirilməsinə dair tərəflər arasında 1995-ci il martın 16-da imzalanmış Razılaşmaya dair 5 nömrəli protokoldur. Sənəddə deyilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək. Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan Rusiyanın «Vesti» telekanalına müsahibəsində yeni sənədin əsas məğzinin də məhz bu olduğunu deyib. Nalbandyan bildirib ki, 1995-ci ildə imzalanmış müqavilədə Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu üçün 25 il göstərilmişdi. İndi bu müddət 1995-ci ildən başlamaqla 49 ilə qaldırılır. Başqa sözlə, yeni sənədlə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilmə müddəti 2044-cü ilə qədər olacaq.
Nalbandyan Rusiya kanalına müsahibəsində həm də əlavə edib ki, Yerevan Qarabağ sülh danışıqlarının da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə aparılmış müzakirələrdən sonra əldə edilmiş sənəd əsasında davam etdirilməsini istəyir. Onun bildirdiyinə görə, Sergey Lavrovun vasitəçiliyi ilə aparılmış müzakirələrdə Madrid prinsiplərinin yeni variantı hazırlanıb. Bu ilin iyununda prezidentlərin Sankt-Peterburqda keçirilmiş sonuncu görüşündə də tərəflərə Madrid sənədinin sonuncu variantı təqdim edilib. Ermənistan da danışıqları məhz həmin bu sonuncu variant əsasında davam etdirməyə hazırdır. O bildirib ki, Ermənistan Rusiya Federasiyasının ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik səylərini yüksək qiymətləndirir: «Rusiya prezidenti Dmitri Medvedyev tərəflərin mövqelərini yaxınlaşdırmaq, münaqişəni sülh yolu ilə həll etmək üçün çox səy göstərir. Onun təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında çox faydalı bir neçə görüş keçirilib. Həmçinin prezidentlərin tapşırığı ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində danışıqlar keçirilib». Onun sözlərinə görə, Rusiyanın bütün bu vasitəçilik səyləri digər həmsədrlər ABŞ və Fransa tərəfindən tam olaraq dəstəklənir. Amma Azərbaycanın Xarici İşlər Nazirliyi bundan əvvəl belə bir yenilənmiş Madrid sənədinin olmadığını deyib. Rəsmi Bakı bildirir ki, Qarabağ danışıqlarına vasitəçilik edən həmsədr ölkələrin hamısının adından verilmiş Madrid prinsiplərinin yenilənmiş variantını qəbul edir. «Ermənistan XİN başçısı Edvard Nalbandyan İrəvanın Qarabağ nizamlanması ilə bağlı danışıqları yalnız Rusiyanın prezidentlər Əliyev və Sakisyanın Sankt-Peterburqda baş tutmuş sonuncu görüşündə təqdim etdiyi təkliflər əsasında davam etdirməyə hazır olduğunu bəyan etməklə populizmlə məşğul olur».
Azərbaycan XİN-də belə hesab edirlər. «Bu halda Nalbandyan populizmlə məşğul olur. Çünki o, gözəl başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatı iki münaqişə tərəfi və nizamlanmaya dair təkliflər hazırlayan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir» - deyə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov «İnterfaks-Azərbaycan» agentliyinə bildirib. Onun sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündə Rusiya tərəfinin səsləndirdiyi təklif də daxil olmaqla, rəsmi olaraq təsdiqlənmiş formatdan kənarda səsləndirilən bütün təkliflər «sadəcə nəzərdən keçirilən və müzakirə edilən, lakin danışıqlar üçün əsas olmayan təkliflərdir». «Əgər Nalbandyan danışıqların formatını birtərəfli qaydada dəyişməyi qərara alıbsa, o, bu barədə rəsmən bəyan etsəydi, pis olmazdı» - deyə E.Poluxov vurğulayıb. Ermənistanla Rusiya arasında Rusiya bazasına dair yeni sənədlə bağlı Elxan Poluxov bildirib ki, yalnız belə bir sənədin imzalanması faktından sonra onu şərh edə bilərlər.
Vaxtilə Ermənistanda yüksək vəzifələrdə çalışmış erməni köklü ABŞ alimi Gerard Libaridyan isə Medvedyevin səfəri zamanı imzalanacaq yeni protokolun əhəmiyyətinin o qədər də böyük olmadığını deyib. O bildirib ki, Ermənistan bu müqavilədən Qarabağda yeni müharibə başlasa özünü müdafiə üçün istifadə edə bilməz. Onun fikrincə, bu, yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh danışıqlarındakı uğursuzluğunun ifadəsidir. Rusiya Dumasında artıq bildirirlər ki, yeni müqavilə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına mane olmayacaq. Moskvada artıq bildirilir ki, yeni baza müqaviləsi Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etməməlidir. Dumanın MDB komitəsinin rəhbəri Aleksey Ostrovski «İnterfaks» agentliyinə bildirib ki, «əksinə bu Rusiyanın vasitəçilik səylərinin davam etməsi üçün və Bakıyla Yerevanın mövqelərinin yaxınlaşdırılması üçün müsbət fakt kimi qəbul olunmalıdır». O habelə əmin olduğunu bildirib ki, Azərbaycan rəhbərliyi Cənubi Qafqaz ölkələrindən birində Rusiyanın hərbi iştirakının bütün bölgə üçün xeyirli olmasını başa düşür.
Moskvalı şərhçi Vladimir Yevseyevə görə, işin Rusiya-Azərbaycan münasibətlərinə təsiri Rusiyanın Ermənistanı silahlandırması həcmləri və templərindən asılı olacaq: «Vacibi odur ki, Rusiya öz bazasını genişləndirilib gücləndirilməsiylə məşgul olmur. İkinci məqam Ermənistanın öz hərbi birləşmələrinin rus silahıyla təchiz edilməsidir. Məncə, Moskva burada ifrat tələskənliyə yol verməyəcək və Azərbaycanın mövqeyini nəzərə almağa çalışacaq. Əgər bazayla bağlı hər şey sırf siyasi imic məqamına otursa və real silahlanma olmasa, məncə, Azərbaycan bir elə etiraz etməyəcək».
Ekspertlər hesab edirlər ki, Rusiya hərbi bazalarının qalma müddətinin uzadılması Ermənistanın onsuzda formal olan müstəqilliyini əldən verməsi deməkdir. Ermənistan birmənalı olaraq Moskvaya üz çevirməklə Qərbin Cənubi Qafqaz regionunda möhkəmlənməsinə başlıca əngəl olur.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 20.08.10 | Baxılıb: 223

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •