Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“12 yaşlı azərbaycanlı...”
Maykl Ceksonla vida mərasimində Şahin Cəfəroğlunun oxuduğu mahnı bütün zalı ayağa qaldırdı

Keçən ilin iyun ayında pop musiqisinin kralı Maykl Cekson dünyasını dəyişəndə dünya ictimaiyyətini sarsıdan bu hadisə ilə yanaşı onları şoka salan olay da baş verdi. Belə ki, əfsanəvi müğənninin dəfn mərasimində 12 yaşlı azərbaycanlı Şahin Cəfəroğlunun ifası insanları heyrətə gətirdi. Balaca ifaçı vida mərasimində Maykl Ceksonun “Whos Lovin You” (“Səni kim sevir”) mahnısı ilə bütün zalı ayağa qaldırdı. Müğənninin ailə dostları sırasında 12 yaşlı azərbaycanlının qatılması, həmçinin Stivi Uander, Cennifer Hadson, Meray Kerri kimi tanınmış ulduzlarla bir səhnədə çıxış etməsi dünyanın aparıcı KİV-lərinin diqqətindən kənarda qalmadı. Hətta mərasimdə elan olundu ki, pop musiqisinin kralı Londona planlaşdırdığı konsertdə Şahinlə duet oxumağı düşünürmüş...

“Maykl Ceksonun cavanlığı”

Bu hadisədən sonra internet səhifələrində balaca ulduz haqqında müxtəlif məqalələr yer aldı. İnternet istifadəçiləri, melomanlar Şahin Tuma Cəfərqulu ilə əlaqəli ən xırda məlumatlarla belə maraqlanmağa başladılar. Veb səhifələrdə yer alan balaca ulduzun tərcümeyi-halında yazılıb ki, o, 1997-ci il yanvarın 27-də Böyük Britaniyada, Uels bölgəsinə aid Svansea şəhərində anadan olub. Valideynləri İran azərbaycanlısıdır. Ancaq onlar Şahin kiçik yaşlarında olarkən ayrılıblar. Hazırda isə Şahin anası ilə birlikdə Uelsdə yaşayır. O, Svanseada ictimai məktəbin 8-ci sinfində oxuyur. Şahin  eyni zamanda həftəsonları səhnə dərsləri ilə məşğul olur. Bu, onun ən sevimli məşğuliyyətidir. O, həmçinin artıq aktyor və müğənni kimi də tanınır. Onun istedad və bacarığı rejissorların gözündən qaçmayıb. Şahin bir sıra film və serialların baş qəhrəmanı kimi də tanınır. BBC-nin altı ay davam edən “Ulduz zərbəsi” sənədli film seriyasının qəhrəmanı olub. Balaca aktyor “Həyat” adlanan trillerdə isə Maykl Ceksonun cavanlığını oynayıb.

Məşhur Syuzan Boyl, yoxsa Şahin Cəfəroğlu?

Şahinin balaca ulduz kimi məşhurlaşmasının maraqlı tarixçəsi var. Belə ki, Cekson heyranı olan Cəfəroğlu pop kralının dünyasını dəyişməmişdən iki ay əvvəl Britaniyada məşhurlaşıb.
Britaniyanın məşhur Britain’s Got Talent («Şöhrət anları») şousunda Syuzan Boyl adlı xanımın möhtəşəm ifasından sonra səhnəyə çıxan 12 yaşlı Şahin Cəfəroğlu  Britaniyada hit olan iki mahnıdan birini - “Valerie” kompozisiyasını ifa etməyə başlayıb. Zalda əyləşənlər balaca ifaçının oxumasından məftun olublar. Lakin elə bu an şounun aparıcılarından biri əlini qaldıraraq zaldakı alqışları və Şahinin ifasını dayandırıb. Şou aparıcısı üzünü ona tutaraq düzgün mahnı seçmədiyini söyləyib. Digər aparıcılar, tamaşaçılar və təbii ki, balaca ifaçının özü və anası bu uğursuzluqdan çox məyus olublar. Lakin sonra aparıcı ona daha bir şans verərək daha bir mahnını seçməyi tapşırıb. Bu dəfə Şahin uğurlu seçim edərək Maykl Ceksonun bir vaxtlar ailəvi qrupda oxuduğu «Who’s loving you» mahnısını seçib. Zalın bütün tamaşaçıları onun ifasından riqqətə gəlib. Onun ifası həmçinin aparıcıları da seçim qarşısında qoyub. Bütün şou izləyiciləri kimin qalib gələcəyini düşünməyə başlayıblar: 47 yaşlı məşhur Syuzan Boyl, yoxsa heç kimin tanımadığı, fəqət parlaq ifası ilə hamını heyran qoyan 12 yaşlı Şahin Cəfəroğlu. Qalib isə Britaniya kraliçasının qarşısında oxumaq şərəfinə nail olacaqdı. Syuzan Boylun da ifası bir çoxlarının xoşuna gəlir. Belə ki, Demi Mur bu xanımla duet oxumaq niyyətini açıqlayır. Şou iştirakçıları, verilişi canlı izləyən melomanlar üstünlüyü balaca ulduza verirlər. Şahinin ifası Qərb mediasını biri-birinə qatır.
Şahin uğurların izinə düşür. Bunun ardınca “Britaniyanın istedadları” adlanan televiziya yarışmasına qatılır. Bu dəfə isə balaca müğənni Maykl Ceksonun “Whos Lovin You” mahnısı ilə bütün zalı ayağa qaldırır. Sonradan isə pop kralının dəfn mərasimində də bu mahnını ifa etməklə bütün dünyanın diqqətini özünə yönəldir.

Gözlənilən şöhrət

İndi Şahin Cəfərqulu yaradıcılığının çiçəklənmə dövrünü yaşayır. Tez-tez Britaniya televiziyalarına dəvət olunur. Dünya çapı onun haqqında hələ də “12 yaşlı azərbaycanlı...”- deyə yazmaqda davam edir. Bir sıra məşhur rejissorlar onu filmlərinin qəhrəmanı kimi görürlər. Balaca aktyor-müğənni isə öz üzərində səylə çalışır.
Kim bilir, bəlkə lap yaxın gələcəkdə onun adı dünyanın ən istedadlı ifaçısı kimi nüfuzlu konsert salonlarının və ya ən məşhur filmlərin afişalarında yazılacaq. Bəlkə o, dünyanın ən ünlü mükafatlarını azərbaycanlı kimi adına yazacaq! Bəlkə o, dünyaya səpələnən 50 milyondan çox soydaşımızın qürur ünvanına çevriləcək. Hər halda balaca ulduzun bugünkü uğurları onun gələcək şöhrətindən xəbər verir...

Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 20.08.10 | Baxılıb: 317

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •