Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Erməni diasporu Ermənistanın gələcəyini qarət edir
Cavid Hüseynovun fikrincə, erməni probleminin mövcud olması erməni diasporu və lobbisinin gəlir yeridir

Birləşmiş Ştatların Azərbaycana səfir təyinatı, iki ölkə arasında münasibətlərin səviyyəsi diqqət mərkəzində qalmaqdadır. Məsələyə münasibət bildirən Azərbaycan-Amerika Şurasının baş direktoru Cavid Hüseynov bildirib ki, ABŞ-ın Azərbaycanda bir ildən artıq müddətdə səfir təyin etməməsi ikitərəfli münasibətlərdə pozitiv qarşılana bilməz. Lakin o hesab edir ki, bununla bağlı Bakıdan çox Vaşinqtonda narahatçılıq keçirməlidirlər. Baş direktor Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfir olmaq şansını da şərh edib. O bildirib ki, əvvəlcədən Brayzanın şansının necə olacağı ilə bağlı spekulyasiyalara yol vermək istəmir. Belə ki, Azərbaycanın nöqteyi-nəzərindən bunun böyük əhəmiyyət kəsb etdiyini düşünmür: «Birləşmiş Ştatların Azərbaycanla münasibətlərdə yürütdüyü xarici siyasət bu ölkənin Bakıdakı səfirliyində deyil, Vaşinqtonda həyata keçirilir. Sözsüz ki, Brayza Azərbaycanı yaxından tanıyır, Xəzəryanı, Qafqaz regionu ilə yaxından tanışdır. Bu səbəbdən də Amerika xarici siyasətinin uğuru nöqteyi-nəzərindən ideal namizəddir. Lakin yenə də təkrar etmək istəyirəm ki, bundan Bakıda deyil, Vaşinqtonda narahat olmalıdırlar. Brayza olmayacaq, başqası olacaq».
Baş direktor maraqlı bir məsələyə də toxunub. Onun sözlərinə görə, noyabrda keçiriləcək seçkilər ərəfəsində erməni lobbisinin maraqlarına uyğun siyasət yürüdən senatorlar Bosker və Menendez kimiləri üçün ABŞ-ın xarici siyasətindən çox pul və səs lazımdır. Yeri gəlmişkən, Kaliforniyadan olan senator Bokser seçkilərdə respublikaçı Karli Fiorineyə uduza bilər. Bu səbəbdən də erməni səsləri və pulları onun üçün ABŞ-ın Əfqanıstanda uğur qazanmasından daha vacibdir: «Ola bilsin erməni puluna və səsinə ehtiyac tükəndikdə, Brayzanın namizədliyi də noyabr ayında təsdiq olunsun». Azərbaycan-Amerika Şurasının baş direktoru erməni lobbisinin nə səbəbdən çox sərt şəkildə Brayzanın səfir təyin olunmasına qarşı çıxmasını belə izah edib: «Məlum olduğu kimi, 2006-cı ildə ABŞ-ın Ermənistandakı səfiri olmuş Con Evans Şərqi Anadoluda baş verənlərlə bağlı danışanda ehtiyatsız şəkildə «genosid» ifadəsini işlətmişdi. Ağ ev administrasiyası isə dərhal cənab Evansı erməni lobbisinin istəyinə əks çıxaraq geri çağırdı. Yumşaq desək, onu bu ifadəsinə görə cəzalandırmış oldu. Bundan sonra uzun müddət erməni lobbisi çox uğursuz şəkildə Ermənistana səfir axtarışında oldu». Hoqlandın namizədliyi keçmədi və səfir Mari Yovanoviç seçildi. O isə bir dəfə də olsun «genosid» sözünü dilinə gətirməyib. Bu səbəbdən də erməni lobbisinin hərəkətlərində məntiq axtarmaq gərək deyil. Hazırkı vəziyyətdə erməni tərəfi simvolik şəkildə göstərmək istəyir ki, ABŞ-ın Azərbaycana səfir təyinatına təsir etmək imkanına malikdir. Sonra nə olsun? Kimliyindən asılı olmayaraq həmin şəxs administrasiyanın və Dövlət Departamentinin yürütdüyü siyasəti davam etdirəcək. Həmin orqanlar isə qondarma soyqırımını və «DQR»-i tanımır. Amerika Erməni Milli Komitəsi və Daşnaksütyunun Amerika filialı Amerika ermənilərinin simvolik şəkildə beyinlərini yeyə, Pirr qələbəsi ilə qürrələnə bilər. Azərbaycan və Türkiyə möhkəmləndiyi və inkişaf etdiyi halda Ermənistan aşağıya doğruya yuvarlanmaqda davam edir. Özünün müstəqil dövlət kimi atributlarından məhrum olur. Bu məsələdə erməni lobbisinin hərəkətləri böyük rol oynayır». Belə olan halda erməni lobbisi özünün səylərini birləşdirib Cənubi Qafqazın ən geridə qalmış regionuna - Ermənistana investisiya yatırımı həyata keçirə bilməzmi? C.Hüseynov bunu mümkünsüz hesab edir. Onun sözlərinə görə, ABŞ-da cah-cəlal içində yaşayan ermənilər heç bir halda ölkələrinə qayıtmaq istəməzlər: «Əminəm ki, Ermənistan qüdrətli ola bilsə belə, onlar bu addımı ata bilməyəcəklər. Onlar çox gözəl anlayırlar ki, reallıqda erməni dövləti heç bir vaxt ermənilərin dünya ağalığına çıxmaq arzusunu təmin edə bilməz. Onlar üçün Ermənistanın çiçəklənməsindən çox, erməni diasporunun güclənməsi vacibdir».
Politoloq Brayzaya qarşı aparılan erməni kampaniyasının dünya ermənilərindən toplanılan vəsait hesabına həyata keçirildiyini də istisna etməyib. Onun sözlərinə görə, ANSA mütəmadi olaraq yerli ermənilərə məktub göndərir və onlardan maliyyə yardımı göndərməyi xahiş edir: «Eyni zamanda onlara vəd verir ki, qondarma soyqırımı tez bir zamanda tanınacaq. Bu, sırf biznesdir. Türkofobiya və qeyri-tolerantlıq təbliğatı, tarixi təftişçilik və beynəlxalq münasibətlərdə parazitlik etmə – bu, erməni lobbisinin məhsuludur».
S.Hüseynov erməni lobbisinin ümidlərinin boşa çıxması və Brayzanın səfir təyin ediləcəyi halda onların hansı vəziyyətə düşəcəklərini də şərh edib. O bildirib ki, onlar öz soydaşlarına vəsait çatışmazlığından şikayət edəcəklər. Erməni probleminin mövcud olması erməni diasporu və lobbisinin gəlir yeridir. Əgər Ermənistan Rusiya və Azərbaycanla mehriban qonşuluq münasibətləri quracaqsa, onda kim onları maliyyələşdirəcək? Sözsüz ki, heç kim. Özlərinin təmin olunması üçün erməni diasporu bundan sonra da Ermənistanın gələcəyini qarət etməkdə davam edəcək. Ümid edirəm ki, Ermənistanda bu anlamı başa düşəcək çoxsaylı praqmatik insan tapılacaq».


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 18.08.10 | Baxılıb: 251

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •