Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Haker hücumu
Texnologiyaların inkişafı problemlər də gətirir. Proqramların zəif cəhətlərinin çoxluğu hakerlərə hücum imkanları yaradır

Kompyuter termini kimi təxminən 1960-cı ildən istifadə olunan “haker” artıq öz ilkin mənasını çoxdan itirib. İngiliscə «to hack» sözündən formalaşan bu söz ilk zamanlarda informasiya texnologiyaları sahəsində həddindən artıq ixtisaslaşmış insanlara şamil olunsa da, zamanla “haker” daha pis məna daşımağa başlayaraq, bu sahənin cinayətkar və bədəməllərinə aid edilib. Ümumiyyətlə, texnologiyanın inkişafı, yeni reallıqlar və çağırışlar heç də həmişə onun mütərəqqi tətbiqi ilə nəticələnmir. Bu baxımdan kommunikasiya, kompyuter texnologiyasının inkişafı, mobil telefon şəbəkələrinin genişlənməsi eyni zamanda cinayət əməllərinin törədilməsi üçün şərait yaradıb. Bu təhlükə və problemlərlə üzləşən ölkələr birgə mübarizə üsulları axtarıblar ki, onların da ən effektivi Avropa Şurasının (AŞ) 2001-ci ildə qəbul etdiyi "Kibercinayətkarlıq haqqında Konvensiya", 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə protokoludur. Konvensiyada şuraya daxil olan ölkələr nəzərdə tutulsa da, ona qoşulmaq yalnız üzvlüklə məhdudlaşmır. Bu sənədə AŞ-a daxil olmayan ölkələr də böyük maraq göstərirlər. Məsələn, kompyuter texnologiyalarının geniş inkişaf etdiyi ABŞ bu problemlərlə üzləşən ən böyük dövlətlərdəndir və mübarizənin beynəlxalq mexanizminin yaradılmasında maraqlıdır. Konvensiyaya böyük maraq göstərən Yaponiya da onu imzalayıb. Bundan başqa, Cənub-şərqi Asiyanın yüksək texnoloji-iqtisadi inkişafa nail olan ölkələri də burada iştirak edirlər.

Şifrəni dəyiş – hakerdən qorun

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) İnformasiya Cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyevin sözlərinə görə, hal-hazırda internet mühitində istifadə olunan proqramların zəif cəhətləri çox olduğuna görə hakerlər müxtəlif üsullardan hücum etmək imkanlarına malikdirlər. Bundan isə həm Internet Explorer, həm digər proqramlardan istifadə zamanı yararlanırlar: ”Təbii ki, həmin şirkətlər də davamlı olaraq öz məhsullarını mükəmməl bir şəkildə çatdırmaq üçün öz üzərində işləyir, hər dəfə hakerlərə qarşı mübarizə aparırlar. Hakerlik müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Əsasən hakerlər fərdi məlumatların ələ keçirilməsi, bank hesabları və s.-lə bağlı müxtəlif informasiyaların əldə olunması və onlardan istifadə ilə əhalinin müxtəlif təbəqələrinə ziyan vururlar”. Hakerlərin digər fəaliyyət istiqamət isə müxtəlif saytları ümumiyyətlə sıradan çıxarmaq, onların işini dayandırmaqdır. Bunun üçün də müxtəlif üsullardan istifadə olunur: ”Hər bir vətəndaş hakerdən qorunmaq üçün öz şifrələrini çox gizli saxlamalıdır. Zamanla bu şifrələri dəyişmək lazımdır. Uzun müddət bir şifrəni saxlamaq məqsədəuyğun sayılmır. Tez-tez şifrəni dəyişməklə hakerlərin qarşısını almaq olar”.

Veb sayt, portal və sistemlər təhlükəsizliyi nəzərə alınaraq layihələndirməlidir

Şöbə müdiri hesab edir ki, antivirus və digər müxtəlif proqramların vasitəsi ilə hakerlərdən qorunmaq imkanları da var: ”Bu proqramları biz öz kompyuterlərimizə yükləyərək təhlükələrin böyük bir hissəsindən qoruna bilərik. İnternet istifadəçisinin şəxsi veb saytı varsa, onun hakerlərdən qorunması provayderlərdən və onların təhlükəsizlik üzrə siyasətlərindən də çox şey asılıdır. Orada güclü təhlükəsizlik tədbirləri görülübsə, təbii ki, bu zaman sayta hücumların qarşısını almaq və onlardan qorunmaq olar”. RİTN rəsmisi deyir ki, istifadəçinin düzəltdiyi veb sayt, portal və sistemlər onların təhlükəsizliyi nəzərə alınaraq layihələndirməlidir: ”Hal-hazırda çoxlu sayda veb-dizaynla məşğul olan qruplar var ki, onların heç biri təhlükəsizlik qaydalarına riayət etmir. Saytlar var ki, çox ucuz qiymətə düzəldilir, amma təhlükəsizliyinə heç bir zəmanət yoxdur”.

İnformasiya təhlükəsizliyi işləri xüsusi şirkətlərə həvalə olunmalıdır


İ.Əliyev təhlükəsizlik tədbirləri ilə xüsusi şirkətlərin məşğul olmasını da vacib sayır: ”Hesab edirik ki, hər bir informasiya resurslarına sahib olan şəxs mütləq informasiya təhlükəsizliyi üzrə tədbirlər görməli və bu tədbirlərin görülməsi üçün də xüsusi şirkətlərin xidmətlərindən istifadə etməlidir. Bu isə elə şirkətlərə tapşırılmalıdır ki, onlar həmin işlərin öhdəsindən gələ bilsinlər”.
Ümumiyyətlə, hakerlərin fəaliyyətindən yaranan kibercinayətkarlıq ilk növbədə kompyuter sistemlərindən istifadə edərək cinayət əməllərinin törədilməsini əhatə edir. Kibercinayətlərin spesifik xüsusiyyətlərinə gəlincə, prosesdə zaman və məkan baxımından fərqli, müxtəlif ölkələrin nümayəndələrinin iştirak etməsidir. Bəzən isə iştirakçılar prosesə bilməyərəkdən cəlb edilirlər. Bu cinayətlər sırasına kompyuter şəbəkəsinin yüklənməsi də daxildir. Məsələn, kasıb, adambaşına gəlirin az olduğu, internetin sürəti az olan ölkələrdə insanlar internetə xeyli miqdarda vəsait sərf etməli olurlar. Belə ki, elektron poçtunun xeyli hissəsini spam tutanda istifadəçi öz vəsaitlərini mənasız yerə sərf etmiş olur. Buna qarşı mübarizə isə çox mürəkkəbdir. Ona görə də beynəlxalq ictimaiyyət birgə tədbirlər görməli, telekommunikasiya, informasiya texnologiyaları üzrə texniki mütəxəssislər və hüquq-mühafizə orqanları birgə işləməlidirlər. İKT mütəxəssislərinin hüquq-mühafizə orqanlarında cinayət təqibini həyata keçirən adamlarla kompyuter sahəsinin inkişafı ilə bağlı mütəmadi treninqlər keçmələri də tövsiyə edilir. Kibercinayətin mahiyyətini daha yaxşı anlamaq və ənənəvi yanaşmanın olmaması üçün prokuror, müstəntiq, hakimlərlə də belə treninqlər aparılmalıdır. Ümumiyyətlə, bu qəbilədn olan cinayətkarlıq həmişə vəsaitlərin əldə edilməsi ilə bağlı olmur. Kibercinayət əməlləri pozuculuq fəaliyyəti ilə də bağlıdır. Belə ki, milli münaqişələr, mübahisələr virtual məkana çevrilir və münaqişədə olan tərəflər qarşılıqlı olaraq bir-birinə ziyan vurmağa çalışırlar. Amma mütəxəssislər bunu effektiv metod hesab etmirlər. Çünki aralarında münaqişə olan ölkələr serverləri sıradan çıxarırlarsa, nəticədə hər iki tərəfin bundan ziyan çəkməsi qaçılmazdır. Ona görə də hətta ən mürəkkəb münasibətlərdə olan tərəflər bundan istifadə etməməyə çalışmalıdırlar. Buna baxmayaraq, belə halların mövcudluğuna ara-sıra rast gəlinir. Məsələn, bir necə il əvvəl Estoniya ilə Rusiya arasında münasibətlər gərginləşəndə Estoniya serverlərinə ciddi kompyuter hücumu oldu və buna cavab olaraq Rusiyanın müxtəlif serverlərinə xaker hucumları edildi. Azərbaycanla Ermənistan arasındakı münaqişə də təxminən 2000-ci ildə virtual səviyyəyə də keçərək xakerlər tərəfindən resursların sıradan çıxarılması cəhdləri ilə davam etmişdi. Mütəxəxssislər isə bildirirlər ki, həmin dövlətlərin vətəndaşları tərəfindən törədilən bele halları dövlətlər dəstəkləməməlidir. Çünki inkişaf baxımından eyni səviyyədədirlərsə, onlar qarşılıqlı ziyana məruz qalacaqlar. Daha güclü dövlətin zəif dövlətin informasiya resurslarını sıradan çıxara bilməsi də qaçılmazdır.

İllərin əməyini yerə vuran virus

Amma konvensiya, bu sahədə digər beynəlxalq tövsiyələrdə də bu hal məqsədəuyğun hesab edilmir və qanunazidd əməllər hesab olunur. Çünki hər bir informasiya resursunun hazırlanması gərgin əmək tələb edir ki, kompyuter şəbəkəsində yer alan virusla isə illərin məhsulu, uzunmüddətli əməyin nəticəsi qısa zaman içində sıradan çıxa bilər. Ona görə də viruslar müəyyənləşdirilərkən ölkələr bir-biri ilə informasiya mübadiləsi aparmalıdırlar. Məsələn, əvvəllər milyonlarla kompyuteri sıradan çıxaran məşhur "I love you" adlı virusdan ən çox əziyyət çəkən Cənub-şərqi Asiya ölkələri olub. Mütəxəssislər bildirirlər ki, həmin ölkələrdə adambaşına düşən mobil telefon və kompyuter sayının həddindən artıq çox olması ilə yanaşı, virusun "I love you" cəlbedici adla adlandırılması da burada rol oynayıb. Virusun yayıldığı ölkələrdə onun daha geniş vüsət alması üçün isə ölkələrin bəzi milli xüsusiyyətlərinə də diqqət yetirilir. Belə ki, adıçəkilən virusun yayılmasında həmin ölkələrin romantik xüsusiyyətlərinin da payı olub. Ümumiyyətlə isə hesab olunur ki, kompyuter cinayətkar qrupları yalnız bu sahədə ixtisaslaşmış sindikatlar deyil. Onlar təşkil olunmuş transmilli qruplardır və belə bir cinayət əməlindən daha çox bəhrələndiklərini gördükdə bu sahə üzrə mütəxəssisləri cəlb edərək yararlanmağa çalışırlar. Bu tipli cinayətlərin inkişafı yalnız kompyuter sistemində olan boşluqlar, təhlükəsizliyin zəifliyi ilə əlaqədardır. Bu boşluqları daha yaxşı anlayan cinayətkarlar isə ondan yararlanaraq istifadə edirlər.  Bu gün isə kompyuter texnologiyaları vasitəsilə ağla gəlməyən cinayətlər də törədilə bilər. Ona görə də kompuyter təhlükəsizliyi bütün ölkələrin diqqətində olan əsas məsələlərdəndir. Ümumiyyətlə, kompyuter sisteminin çoxluğu, kompyuter şəbəkəsinin inkişafı, əhali sıxlığı, mobil telefonların sayı cinayətkarlıq əməllərinin artımı ilə səciyyələnir. Ona görə də hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən operatorlar, bu sahədə siyasəti müəyyənləşdirən dövlət orqanları bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması üçün AŞ kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq qurumlardan da bəhrələnməlidir.


Həqiqət İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 18.08.10 | Baxılıb: 327

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •