Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Mətbuatımızın qabırğası
Dünyanın ən rahat işi bilirsiniz nədir – məsləhət vermək. Hamının ağıllı sözə ehtiyacı var, necə deyərlər «məsləhətli don gen olar», amma ağıllı söz də ağıllı adamın dilindən çıxanda dəyərli olur. Yoxsa haqqı çatan da, çatmayan da özünə müdrik görkəm verib kimlərəsə uşaq kimi dərs keçirsə, bu, heç vaxt qəbul olunmaz. Hətta bəzi qəzetlərin köşə yazarları daha da qabağa gedərək bütün millətə ağıl öyrədirlər, evdən dalaşıb çıxmışam – günahkar millətdir, havaları isti keçir – günahkar yenə millətdir.

Bütün bunlar birmənalı olaraq təfəkkürdəki qüsurdan xəbər verir, başqa ad tapmağa çətinlik çəkirəm. İndi qəzet səhifələrində dərs keçənlərin sırasında bir nəfər daha çox nəzərə çarpmaqdadır – müstəqil agentlik adına iddia edən «Turan»ın direktoru Mehman Əliyev hərşeyşünas ekspert kimi dil qəfəsə qoymur. Soros Fondunda vəzifə təyinatından sonra ona elə bil ikinci nəfəs gəlib. Bir-birinin ardınca gah parlament seçkiləri, gah insan hüquqları, gah da medianın maliyyə yoxlamaları barədə sərsəm fikirlər səsləndirməkdədir. Bütün dedikləri də alayarımçıq və irticaçı. Elə yeri gəlmişkən, son həftələrdə bəzi duzsuz qəzetlərin manşetində yer alan hansısa müəmmalı məmurun həyat yoldaşı ilə bağlı heç bir etik normalara cavab verməyən, jurnalistikanın bütün dəyərlərinə tüpürən dezinformasiya da «Turan»ın ifraz etdiyi məhsullar sırasındadır. Başqa sözlə desək, hamıya ağıl öyrədən Mehman Əliyevin direktor maaşı aldığı idarəni dezinformasiya agentliyi adlandırsaq, yəqin ki, mahiyyətini düzgün ifadə etmiş olarıq. Həmişə bu agentlikdən söz düşəndə yadıma Ruslan Bəşirlinin 2005-ci ildə Gürcüstan otellərinin birində ermənilərə cüzi pulun müqabilində Azərbaycanın maraqlarını satması səhnəsi düşür. Tərcüməçiliyi öz üzərinə götürən Ruslanın dostu «Turan» agentliyini belə tərcümə etmişdi – Agentura Turan. Necə deyərlər, dil çaşar düzünü deyər. Agentura rəhbəri indi təzə ideyasını ictimailəşdirmək istəyir, israrla qəzetlərin maliyyə mənbələrinin yoxlanılmasını tələb edir və fikrini qəzetlərin satışının zəif olması ilə əsaslandırmağa çalışır. Belə cəfəng ideyanın jurnalist olduğunu iddia edən bir nəfər tərəfindən dövriyyəyə buraxılmasının etik tərəflərini bir kənara qoyaq. Axı bu qəzetlərdə nə qədər əməkdaş çalışır, bu KİV-lər ictimai rəyin yönləndirilməsinə öz töhfələrini verirlər, eyni zamanda, qəzetin satışından əlavə onun abunəsi və reklam gəlirləri də var. Yalnız bir amilə əsaslanıb ölkə mediasının böyük bir kəsiminə qarşı hücuma keçmək səbatsızlıq deyil, bəs nədir? Məgər bu vaxta kimi kimsə deyibmi ki, «Turan» qaranlıq mənbələrdən aldığı pulların hesabatını versin? Mehman Əliyevin idarəsi faktiki olaraq çirkli pulların yuyulma məntəqəsidir. Jurnalistikanın inkişafına heç bir dəxli olmayan və Azərbaycanın mili-mənəvi dayaqlarının sarsıdılmasına yönələn qrant layihələrinin leqallaşdırılmasında «Turan» «beşinci koloniya» funksiyasının yerinə yetirir.
Mehman Əliyevin aqressivləşdirən digər məqam isə onun rəhbərlik etdiyi strukturun artıq Azərbaycanın informasiya məkanında rəqabətə tab gətirməyərək sıradan çıxmasıdır. İndi ölkəmizdə fəaliyyət göstərən informasiya agentlikləri və portallar müxtəlif dillərdə Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaqdadır. Ölkəmiz haqqında obyektiv informasiya bizə iki cəbhədə vuruşmaq üçün lazımdır, birincisi, beynəlxalq müstəvidə ermənilərə qarşı, ikincisi, öz içimizdəki ermənibaşlara qarşı. «Turan» daxili bazarda rəqabətə tab gətirmir, belə bir agentlik ictimai rəydə yoxdur, onun bülletenləri hətta müxalifət qəzetlərinə pulsuz paylanır. Bir faktı xatırladaq –bu agentliyin saytında xəbərlərin açılması üçün abunə kodu tələb olunur. Amma ölkədə keçirilən seçkilər ərəfəsində saytın on-line xəbərlərinə daxil olmaq üçün heç bir kod tələb olunmur. Sual yaranır – nəyə görə «Turan» seçki vaxtı pulsuz «xidmət» göstərir? Çünki onun yaydığı xəbərlərin heç biri balansı gözləmir, yalançı «mötəbər mənbə»lərə istinad edilərək təxribata hesablanıb. Və ya məsələnin başqa aspektinə nəzərə salaq, abunəçilərinin sayı durmadan azalan agentlik şəhərin mərkəzində, Sahil bağının yaxınlığında böyük bir ofisdə qərarlaşıb, işçilərinin əmək haqqı da heç də aşağı deyil. Əgər onun bülletenləri pulsuz paylanırsa, informasiya rəqabətinə dözümlü deyilsə, Mehman Əliyev bu qədər vəsaiti haradan alır? Bütün bunlar çirkli pulların yuyulması deyilmi?
Azərbaycan üçün prinsipial məqamlarda «Turan» adlı təxribat maşını var gücü ilə işləyir. Dövlət Neft Akademiyasında baş verən terror aktı zamanı bir-birini təkzib edən, irqi ayrı-seçkilik yaradan və hüquq-mühafizə orqanlarını gözdən salan məlumatların hamısını bu agentlik yayırdı, özü də əvvəlcə rusca, sonra Azərbaycan dilində. Onların hər gün hazırladıqları mətbuat icmalına nəzər salın, bir dənə də olsun obyektiv fikrə rast gəlməzsiniz, həmişə eyni qəzetlərin materialları yerləşdirilir və xarici dillərə tərcümə olunaraq yayılır.
Xaricdən sığınacaq almağın rahat yolu da Mehman Əliyevin idarəsindən keçir. Belə ki, Bakıda hansısa qeyri-qanuni aksiyada polislə əlbəyaxa olmaq yetər ki, «Turan»ın çoxsaylı fotokameralarının obyektivinə düşəsən. Həmin aksiyalarda sifətlərində insan əzablarının son işartıları görünən şəxslərə diqqətlə baxın, onlar sanki fotokameralara poz verirmiş kimi dayanırlar. Təbii ki, Azərbaycanı sevməyən dairələr üçün «Turan»ın çəkdikləri və yaydıqları olduqca «mötəbər”dir.        
Bu qəbildən olan faktları sıraladıqca uzanır, amma ortada etiraz edilməsi mümkün olmayan fakt ondan ibarətdir ki, Mehman Əliyev jurnalist qurumuna yox, təxribat mərkəzinə başçılıq edir. O özünə ağıllı görüntü verib cəmiyyətin güzgüsü olan mətbuata ağıl öyrətməkdənsə, bu güzgüdə özünə baxsa yaxşı olar.
+  -  Çap 
Yerləşdirilib: 14.08.10 | Baxılıb: 1036

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •