Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Öz gözlərində tiri görməyənlər…
İnsanların istirahətə getdiyi yay aylarında qəzetlərin tirajlarının azalması, satışda geriləmələrin olması heç kimə sirr deyil. Hər dəfə ilin bu vaxtında eyni tendensiya müşahidə edilir. Təbii ki, dayanaqlı oxucu potensialına malik olan KİV-lər işlərini günün yeni tələbləri səviyyəsində qurmağa çalışırlar, insanları daha çox maraqlandıran mövzulara yer ayırırlar.

Təəssüflər olsun ki, bəzi media qurumları isə bütün il boyu «mötəbər mənbələr»inin səxavətli «açıqlamalar»ına gen-bol yer ayırmaları azmış kimi, yay aylarında daha da qızışırlar. Amma bu nəşrlərin baş redaktorları kimi, «mötəbər mənbə»lərinin də təxəyyülü o qədər kasaddır ki, artıq ictimai rəyi belə məzmunsuz və özünü təkrarlayan informasiyalarla yönləndirə bilmirlər. Axı bir naziri neçə dəfə «işdən çıxarmaq» olar? Yaxud bir dövlət məmurunun övladına nə qədər yaltaqlanmaq olar? Elə qəzet var ki, həftə boyu az qala bütün saylarında konkret olaraq kiməsə yalvarır ki, sən mənim canım məni al, özü də çox ucuz qiymətə satılıram, sən Allah məni naümid geri qaytarma… Bu, sözün həqiqi mənasında dilənçi davranışıdır. Ya küçədə oturub dilən, ya da qəzetinin səhifələrində, nə fərqi – hər ikisi camaatın gözü qabağında baş vermirmi? Hər ikisi dilənçilik deyilmi? Elə qəzet də var ki, bütün fəaliyyəti konkret olaraq iki-üç nazirin pulunu hesablamağa, ya da barələrində olmazın hədyanlar yazmağa yönəlib. Kimisə tənqid etmək olar, amma bunu qəzetin missiyası etməyin və gündəlik iş normasına çevirməyin bir adı var – qara piar. Əgər birinci variantda qəzet dilənçilik edirsə, ikinci variantda reketçiliklə məşğuldur. Amma hər iki halda əsl məqsədin nə jurnalistikaya, nə də vətəndaş mövqeyinə bir dəxli var – məqsəd yaltaqlanmaqla, buna üzü olmadıqda isə şantaj və qarayaxma ilə pul qazanmaqdır. Allah kəsin o pulu ki, o, bu yolla qazanılır…
Güman edirəm ki, diqqətli oxucu yuxarıdakı sətirləri oxuduqca söhbətin kimlərdən getdiyini aydınca başa düşəcək – Azərbaycanda bu stildə yazan qəzetlər ya reketdirlər, ya da «Yeni Müsavat» və «Azadlıq». Əslində, bu iki qəzetin xüsusən yay aylarında aktivləşən qara piar kampaniyası əsl reket jurnalistikasının mahiyyətinə uyğundur. Gəlin bir sıra faktlara nəzər salaq, «Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu müsahibələrinin birində açıq şəkildə etiraf eləyir ki, qəzetinin tirajı aşağı düşən kimi məmurlardan yazmağa başlayır. Baş redaktor utanmadan konkret olaraq nazirlərdən birinin adının da çəkir ki, həmin adam haqqında manşetə yazı verəndə qəzetin tirajı əməlli-başlı artır (etika xatirinə həmin nazirin adını yazmıram). Ya da sadəcə son bir neçə ildə yay aylarında «Yeni Müsavat»ın ön səhifəsində yer alan yazılara baxaq – qəzetin satışı zəifləyən kimi ya hansısa məmurun övladı «hədəfə alınır», ya da kiminsə müəmmalı biznes maraqları müzakirə mövzusuna çevrilir. Hamısının müəllifi də bir nəfərdir – «mötəbər mənbə». Deyirlər yalançının yaddaşı olmaz, elə bu «mötəbər mənbə»nin də yaddaşında ciddi qüsurlar var, belə olmasaydı, konkret ünvan göstərərdilər, daha özləri yazıb özləri də təkzib etməzdilər. Maraqlıdır, həmin «mötəbər mənbə» Türkiyəyə «rəsmi» səfərə gedən baş redaktorun otellərin birində hamının yaxşı tanıdığı həmkarı ilə yaxaladığı ilginc videogörüntüləri niyə görməzdən gəlir? Bu «klip»in seyriçi sayına görə youtube-də rekord qırdığı hamıya yaxşı məlumdur.   «Azadlıq» qəzetininsə ünvanı dəyişilmir, neçə illərdir konkret dövlət adamları hədəfə alınıb, hətta bütün etika qaydaları ayaqlar altına atılaraq başqalarının ailələrinin ünvanına olmazın şər-şəbədə yağdırılır. Hamının bildiyi yaxşı atalar sözü var – «öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır». Axı bu nəşrin baş redaktoru Qənimət Zahidin yüngül əxlaqlı davranışına görə həbs edilməsindən elə də çox vaxt keçməyib. Görəsən, qarşı düşərgə bilmir ki, qara piar həmişə bumeranq effekti verib? Axı sənin qarayaxmaya məruz qoyduğun tərəf də cavab verə bilər. Xocalının işğal günü kimlərin hansı restoranda nə işlə məşğul olduğu məgər yaddan çıxıb? Əgər kimlərsə bunun unudubsa, həmin şəkilləri yenidən dərc edə bilərik, qoy başqalarına mənəviyyat dərsi keçənlər öz ayıblarına qısılsınlar. Marksın sözləri yada düşür: «Tərbiyəçi olmaq üçün tərbiyəli olmaq lazımdır».
Nə üçün bu qəzetlər öz liderlərindən, müxalifət təmsilçilərindən yazmırlar? Axı məntiqlə parlament seçkiləri ilində yaddaşlardan silinmiş ölü canların reklama böyük ehtiyacları var. Burada bir əmma üzə çıxır. Müxalifətdən yazmaq və yaxud da normal siyasi polemika aparmaq tirajları günü-gündən azalan bu KİV-lərə reytinq gətirməyəcək. Onlar ictimai çəkisi olan insanlara, rəsmi dövlət adamlarına və onların ailə üzvlərinə ilişirlər ki, gündəmdə qalsınlar. Yalnız bu yolla gündəmi zəbt etməyə cəhd göstərmək isə normal qəzetçilik ənənələri ilə qətiyyən bir araya sığmır, nə həmin nəşrə, nə də onun baş redaktoruna başucalığı gətirmir.
İctimai qınağa səbəb olan bu qara kampaniyaya cavab verməyin yeganə yolu onların başa düşdüyü tərzdə davranmaqdır. Növbəti saylarımızda qarşı düşərgənin «mötəbər mənbə»lərini ifşa edən təkzibolunmaz faktlarla qarşılaşsanız, təəccüblənməyin. 
+  -  Çap 
Yerləşdirilib: 12.08.10 | Baxılıb: 508

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •