|
Yol qəzasında iki nəfər dünyasını dəyişib
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nizami rayonu ərazisindəki H.Əliyev prospektində Bakı şəhər sakinləri Tural Əliyevin idarə etdiyi "Toyota" markalı və Qızxanım Musayevanın idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Musayevanın sərnişini, həmyerlisi Günay Quliyeva orada dünyasını dəyişib.
Salyan rayonu ərazisində Cəlilabad rayon sakini Çingiz Cəfərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən 45-50 yaşlı kişini vurub. Nəticədə xəsarət alan həmin kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
|