|
Xeyli çətənə kolu məhv edilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Şəki ŞPŞ əməkdaşları tərəfindən rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən, çəkisi 3,2 ton olan 32.000 ədəd çətənə kolu məhv edilib. Həmçinin, Qusar RPŞ əməkdaşları Zindan-Muruq kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton 482 kiloqram olan 2.204 ədəd çətənə kolunu yığaraq məhv ediblər.
|