Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dövlət Komitəsi 70 uşaq bağçasında monitorinq aparıb
Xəbər verdiyimiz kimi iyulun 29-da Əmlak Məsələləri Dövlət Komitəsində 2010-cu ilin birinci yarısında görülmüş işlərə dair iclas keçirilib.

İclasda bildirilib ki, 2010-cu ilin birinci yarısında 360 kiçik müəssisə və obyekt özəlləşdirilib. Bunların 201-i Bakıda, 80-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. 2010-cu ilin birinci yarısında 260 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyəti yaradılıb. Səhmlərin satışı üzrə keçirilmiş 30-a yaxın hərracda 20-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb. 2010-cu ilin ilk altı ayında 3 səhmdar cəmiyyətinin (“Məişət Malları”, “Biləsuvar Quşçuluq” və “Masallı Konserv”) səhmlərinin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi həyata keçirilmiş və müsabiqələrin qalibi müəyyən edilib. Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 70-ə yaxın səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə dididendlər ödənilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2010-cu ilin yanvar-iyun aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 18,9 milyon manat məbləğində investisiya qoyulub. Bu investisiyalar müəssisələrin istehsal potensialının daha da artırılması və genişləndirilməsi məqsədi ilə müasir avadanlıq və mütərəqqi texnologiyaların tətbiqi, habelə ekoloji problemlərin aradan qaldırılması və işçılərin sosial təminatının daha da yaxşılaşdırılmasına yönəlib. 2010-cu ilin birinci yarısında investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 2 müəssisə («Gəncə Dəyirman» ASC və «Bakı Ağırlaşdırıcılar» ASC) üzrə mülkiyyət hüququ alıcılara keçib. İclasda bildirilib ki, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə edilməsi, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, müəssisələrdən hesabatların və inventarizasiya aktlarının alınması və təhlili istiqamətində işlər həyata keçirilib. 2010-cu ilin birinci yarısında 41 səhmdar cəmiyyətində,  3 səhmdar cəmiyyətinin struktur bölməsi olan 28 idarə və müəssisədə, 4 birgə müəssisədə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti, 21 idarəetmədə olan müəssisə və onların obyektlərində, 9 yarımçıq tikilidə isə dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyəti araşdırılmaqla ümumilikdə 107 monitorinq keçirilib. Özəllədirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyətində öz profilinin  saxlanılması ilə bağlı 70 uşaq bağçası və körpələr evində monitorinq aparılıb. Hesabat dövrü ərzində 351 daşınmaz dövlət əmlakı, eləcə də, 96 obyektin torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi vasitəsi ilə hüquqi və fiziki şəxslər tərəfindən 5811 ödəniş həyata keçirilib. Ümumilikdə qeyri-yaşayış sahələrinin və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 1.9 milyon manat vəsait daxil olub. 2010-cu il 1 iyul tarixinə 17 minə yaxın torpaq sahəsi, o cümlədən fiziki və qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi 6034 torpaq sahəsi haqqında məlumatlar Registrdə qeydiyyata alınıb. İclasda bildirilib ki, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin artırılması məqsədi ilə müvafiq işlər görülüb. Qeydiyyat prosesində vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə operativliyin təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirilib. Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin tam istismara verilməsi başa çatdırılıb, bu sistem daha da təkmilləşdirilmiş, əhaliyə xidmət göstərən ərazi idarələrinin maddi-texniki təminatı gücləndirilib. 2010-cu ilin birinci yarısında respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunlardan 9196-ı fərdi yaşayış və bağ evi, 18500-ü mənzil, 14802-i torpaq sahəsi, 2295-i qeyri-yaşayış sahəsi, 273-ü əmlak kompleksi, 9-ü çoxmərtəbəli yaşayış binası, 397-i çoxillik əkmə təşkil edib. Bununla yanaşı, hesabat müddətində 9723 ipoteka müqaviləsi, 217 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb.

Modern.az   
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 205

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •