Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Avqustda Bakıya nəqliyyatın intellektual idarə edilməsi üçün avadanlıqlar gətiriləcək
Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi” layihəsində tətbiq ediləcək avadanlıqlara edilmiş düzəlişlərin ekspertizası məqsədi ilə Koreya Respublikasının Seul şəhərində ezamiyyətdə olub. Xatırladaq ki, Prezidentin 2007-ci il 26 oktyabr tarixli 2469 saylı sərəncamına əsasən, həyata keçirilən Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində daha müasir və sərfəli texnologiyaların tətbiqi məqsədi ilə layihənin rəhbəri S.Məmmədov avadanlıqların daha müasirləşdirilməsi, elektron sxemlərinə və proqram təminatlarına dəyişikliklər edilməsi üçün bir sıra təkliflər verib, Koreya Respublikasının şirkətləri tərəfindən avadanlıqların nümunəvi variantları dəyişikliklər nəzərə alınmaqla istehsal edilib. Səfər zamanı Nəqliyyat Nazirliyinin nümayəndəsi avadanlıqların qiymətləndirilməsi məqsədi ilə onları istehsal edən müəssisələrdə nəqliyyat vasitələrində video aşkarlayıcı avadanlıqları istehsal edən “Cube”, svetofor kontrollerlərini istehsal edən “Kyung-Bong”, avtobus informasiya terminalları və avtobuslara quraşdırılan peyk avadanlıqlarını istehsal edən “Y&H”, qanunsuz parklamaları idarə edən avadanlığı istehsal edən “Hanil STM”, şəhərin giriş, çıxış və prospektlərində quraşdırılacaq məlumat monitor sistemlərini istehsal edən “Hanil Display” şirkətlərində olub. Qeyd edək ki, bütün avadanlıqların istehsalı başa çatmaq üzrədir və cari ilin avqust ayının 15-dən sonra Azərbaycana göndərilməsi və bu avadanlıqların Bakı şəhərində quraşdırılmasına başlanılması nəzərdə tutulub.
Beynəlxalq ekspertlərin fikrincə, aparılmış dəyişikliklərdən sonra Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi dünyada ən müasir sistem olacaq.
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 190

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •