Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanlı milyarder Avropada senator oldu
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının üzvü, sonra isə senatoru seçilib.

Qərar bu qurumun rəhbərliyi tərəfindən iyulun 15-də verilib. Sənaye Palatası Avropa İqtisadi Maraqlar Qrupunun (EEİG) formatı əsasında təsis edilən nəhəng və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatıdır. Sənaye Palatası Avropa İqtisadi Birliyi Şurasının 25 iyul, 1985-ci il tarixli qərarı ilə təsis olunub. Bu qurum Brüsseldəki Kommersiya Məhkəməsi tərəfindən rəsmi qeydiyyata alınıb və Avropa məkanında hüquqi şəxs kimi çıxış edir. EEİG-in yaradılmasının əsas təşəbbüskarı Avropa iqtisadiyyatının özəl sektorudur. Bu qurumun məqsədi Avropa Birliyi ölkələri hökumətlərinin siyasi, iqtisadi, sosial və mədəni-humanitar məqsəd və vəzifələrini dəstəkləməkdir. Təşkilatın adı Avropa Birliyinin ticarət markası kimi müdafiə olunur. Avropa hökumətinin rəsmi məsləhətçisi olan EEİG-in missiyası həm Avropa Birliyi ölkələrinin daxili bazarında, həm də Avropa Birliyi ölkələri ilə digər ölkələrin işgüzar dairələrinin münasibətlərində vasitəçi olmaqdır. Xatırladaq ki, Rusiyanın ən nüfuzlu və varlı adamlarından olan F.Əhmədov 1955-ci ildə Göyçayda doğulub. 15 yaşında Rusiyaya gedən soydaşımız orada biznes və siyasi fəaliyyət sahəsində parlaq karyera əldə edib. Rusiyada Skryabin adına Veterinarlıq Akademiyasını və Qubkin adına Neft İnstitutunun aspiranturasını bitirib, bir müddət dövlət idarələrində işləyib. 1985-ci ildə özəl bizneslə məşğul olmağa başlayıb. Az sonra Böyük Britaniyaya mühacirət edib və Londonda nüfuzlu Yüksək İqtisadiyyat Məktəbinə daxil olub. Elitar iqtisadi təhsil alandan sonra neft biznesinə keçib. Londonda “Tansley Trading Ltd.” adlı şirkət təsis edib. Bu şirkət “Qazprom”un tərəfdaşlarından olub. 1989-cu ildə ABƏŞ-in yaradılmasının əsas ideoloqlarından biri kimi çıxış edib, “Amoco Eurasiya” və “McDermott” neft şirkətlərini bu layihəyə cəlb edib.
Rusiyaya qayıdan soydaşımız 1993-cü ildə özəl neft şirkəti - “Nortgaz” QSC-ni qurub. Şirkət Rusiyanın Yamal-Nen Muxtar Vilayətindəki iri neft-qaz yataqlarından olan Şimali Urenqoy yatağının işlənməsində operator olub. F.Əhmədov fəal siyasətlə məşğuldur və kifayət qədər yüksək siyasi titul daşıyıb. 2004-2009-cu illərdə parlamentin yuxarı palatasının - Rusiya Federasiya Şurasının üzvü (senator) olan F.Əhmədov bundan əvvəl də Federasiya Şurasında Krasnodar vilayətini təmsil edib. Rusiyada və dünyada senator olan ilk azərbaycanlıdır. Hazırda “Nortgaz” şirkətinə rəhbərlik edən F.Əhmədovun sərvəti 1 milyard dollardan yuxarı hesablanır. Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Azərbaycanda Göyçay nar emalı zavodunun əsasında yaradılan “Aznar” şirkətinin sahibidir.
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 174

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •