Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bakıda külli miqdarda keyfiyyətsiz avtomobil ehtiyat hissələri aşkar olundu
İnzibati xəta haqqında iş üzrə icraat başlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları fiziki şəxs Vüqar Mürsəliyevə məxsus Bakı şəhəri, Z.Bünyadov prospekti, 38 ünvanında yerləşən mağazada təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmayan külli miqdarda avtomobil ehtiyat hissələri aşkar ediblər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, mağazada Avropa mənşəli adı ilə satılan malların mənşəyini təsdiq edən sənədləri yoxdur və keyfiyyət göstəriciləri normativ sənədlərin tələbinə uyğun deyil. Bununla bağlı müəssisə rəhbərinə ehtiyat hissələrinin satışının qadağan olunması barədə tələbnamə, nöqsanların aradan qaldırılması barədə iradnamə təqdim edilib. Lakin fiziki şəxs Vüqar Mürsəliyev dövlət müfəttişlərinin məcburi göstərişlərini yerinə yetirmədən malların satışını davam etdirib. Buna görə də Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən “məhsulların realizə edilməsinin qadağan edilməsi haqqında yazılı tələbnamələrin yerinə yetirilməməsinə görə” fiziki şəxs V.F.Mürsəliyev barəsində inzibati xəta haqqında Protokol tərtib olunub, 4000 (dörd min) manat məbləğində cərimə tətbiq edilib. İnzibati xəta haqqında iş üzrə icraat başlanıb. Bu barədə məlumatlar Dövlət Gömrük Komitəsinə göndərilib.
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 198

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •