|
Madrid “Real”ın portuqaliyalı ulduzu Kriştanu Ronaldo “mavi”dir. Apasport.az saytının xəbərinə görə, bu iddia ilə Avropanın bir neçə nüfuzlu mətbu orqanları çıxış edib.
Avropalı həmkarlarımızın bu qənaətə gəlməsinə səbəb portuqaliyalı futbolçunun keçmişdə çəkdirdiyi şəkillər səbəb olub. Ronaldo obyektivə müxtəlif pozalarda yaxalanıb. Qadın ayaqqabısı geyinən və kişiyə yaraşmayan şəkillər çəkdirən dünyanın ən bahalı oyunçusu yenidən gündəmi zəbt edib.
Onun müxtəlif pozalarda şəkillərinin ortaya çıxması portuqaliyalıya yönələn ittihamları bir qədər də artırıb. Qeyd edək ki, daha əvvəl də Ronaldonun “mavi” olduğu iddia ortaya atılmışdı. Onun uyğunsuz çəkilən şəkillərinin mətbuata sızması “od olmayan yerdən tüstü çıxmaz” misalının haqlı olduğunu bir daha təsdiq edib. Şevçenko jurnalistin pul qabını oğurladı Məşhur ukraynalı futbolçu Andrey Şevçenko oğurluq edib. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun kapitanı Çempionlar Liqasının III təsnifat mərhələsində Belçikanın “Gent” klubu ilə evdəki oyundan sonra ukraynalı jurnalistin pul qabını oğurlayıb. Zərərçəkən isə Şevçenkonun keçmiş sinif yoldaşı olub. Hadisədən az sonra portmanat geri qaytarılıb. Adı çəkilməyən həmkarımız Andreyin onunla zarafatlaşdığını düşünür: “Pul qabımda 6 min qriven var idi. Elə fikirləşməyin ki, həmişə diqqətliyəm. Ancaq efirdən öncə pul qabımı arxa cibimə qoydum ki, kadra düşməsin. Şevçenko isə sadəcə, mənimlə əyləndi”.
|