Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İspanlar korridaya «yox» deyir
Kataloniya parlamentinin üzvləri korrida yarışmasını qanundan kənar elan etdilər

İspaniyanın Kataloniya parlamentinin üzvləri korridaya qoyulan qadağanı təsdiq ediblər. Bu qadağa 2012-ci lin yanvarın 1-dən qüvvəyə minəcək. Yeni qanunun qəbuluna səbəb 180 min nəfərin imzası ilə daxil olan petisiya olub. Orada korrida həddən artıq sərt və köhnəlmiş əyləncə növü kimi göstərilib. Beləliklə, Kataloniya İspaniya vilayətləri içərisində korridaya qadağa qoyan ilk vilayət olub. Məsələ səsverməyə qoyularkən deputatların 68-i öküzlərin döyüşünün əleyhinə səs verib, 55 nəfər isə bu bu ənənənin saxlanmasını istəyib, 9 nəfər isə bitərəf qalıb. Məlumat üçün deyək ki, öküzlərin döyüşünün ləğv edilməsi Prou (bəsdir!) fəalları tərəfindən aparılıb. Onlar korridanı vəhşi və köhnəlmiş ənənə hesab edirlər. Müraciətdə qeyd edilir ki, korridanın əsas tamaşaçıları yalnız turistlərdir. Kataloniyada bu cür döyüşlərin keçirilməsi üçün yalnız bir meydan qalıb. O da Barselonadadır. Döyüşlərin keçirilməsinin tərəfdarları isə bildirir ki, bu, İspaniyanın simvoludur, hətta incəsənət növüdür. Bu səbəbdən də onu qoruyub saxlamaq lazımdır. Eyni zamanda korrida tərəfdarları ehtiyat edirlər ki, Kataloniya parlamentinin qərarı ölkənin digər regionlarında da analoji qərarların çıxarılmasına səbəb ola bilər. Bəzi siyasətçilərin bildirdiyinə görə, katalonların korridanın ləğv edilməsini tələb etməsin arxasında onların ölkənin digər vilayətlərindən fərqli olduqlarını göstərmək istəyi durur. Kataloniya İspaniyadan müstəqilliyini istəyən vilayətlərin önündə gəlir. İspanların digər əyləncəsi öküzlərin qaçışıdır. Şəhər küçələri ilə qaçan qəzəbli heyvanlar çoxsaylı zədələr, hətta insan ölümünə səbəb olur. Məsələn, 2009-cu ilin iyulunda San-Fermin festifalında Pamplondə Madriddən olan 27 yaşlı gənc ölüb, 9 nəfər isə yaralanıb. Bütövlükdə 1924-cü ildən bəri bu bayramlarda öküzlərin qaçışı nəticəsində 14 nəfər həlak olub.
Korrida (ispanca – qaçış, cəld hərəkət), yaxud öküz döyüşdürülməsi – ispan milli tamaşası. Mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar ifaçılardan (torero) ibarət müasir tamaşa kimi 18 əsrin əvvələrində formalaşıb. Korrida iştirakçıları 12-14 nəfər olur. Cəld hərəkətlə şpaqanı öküzün süysününə sancaraq onu öldürən matador (espada) korridada əsas simadır. Digər torerolar bu işdə ona kömək edirlər. Onların bəzisi al rəngli plaşlarla öküzü hirsləndirir, bəziləri (atlı pikadorlar) nizənin ucu ilə onu qıcıqlandırır, digərləri isə qıcaqlandırıcı harpunları (banderilya) heyvanın boynuna sancırlar.Portuqaliya, Cənubi Fransa və Latın Amerikası ölkələrində də təşkil olunur.
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 202

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •