Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Meksika körfəzində növbəti qəza
İnsident nəticəsində 2 km. məsafədə, eni 50 metr olan neft ləkəsi yaranıb

Meksika körfəzində vəziyyət ağır olaraq qalır. İyulun 29-na keçən gecə yedəkçi gəmilərdən biri istifadəsiz quyulardan biri ilə toqquşub. Nəticədə suyun üzərinə neft ləkəsi yığılmağa başlayıb. Ekoloqlar yaxın məsafədən əraziyə baxış keçiriblər. ABŞ sahil xidmətinin yaydığı məlumata görə, insident nəticəsində 2 km.  məsafədə, eni 50 metr olan neft ləkəsi yaranıb. Qəzanın səbəblərini aradan qaldırmaq üçün ekoloqlar ərazini nəzarətə alıblar.

Xatırladaq ki, BP-nin icarəyə götürdüyü «Deepwater Horizon» platformasında aprelin 20-də partlayış baş verib. Nəticədə 11 nəfər həlak olub, palatforma isə suya qərq olub. Ən dəhşətlisi isə bundan sonra olub. Belə ki, qəza nəticəsində əraziyə xeyli neft axıb ki, bu ekoloji fəlakətə gətirib çıxarıb. Neft axını Luiziana, Alabama və Missisipi ştatlarının sahilyanı ərazilərinə kimi gəlib çıxıb. Neft ləkələri Meksika körfəzinin 1200 metr dərinliyinə kimi gedib çıxıb. Ötən gün isə Miçiqan ştatında «Layn 6B» neft kəmərində baş verən qəza növbəti nft axınına gətirib çıxarıb. Nəticədə 20 min barel yanacaq okeana axıb.
Neft axıntısının nəticələrinin aradan qaldırılmasına məsul olan amerikalı admiral Ted Allenin sözlərinə görə, qəzanın baş verdiyi quyuların yaxınlığında metan aşkar olunub ki, bu da boru kəmərində çatın yaranması ilə bağlı ola bilər. İki gün əvvəl axıntının qarşısını ala bilmiş BP bir qədər əvvəl bəyan etmişdi ki, quyunu birdəfəlik bağlamaq niyyətindədir.Bu, Britaniya tarixində bir şirkətin məruz qaldığı ən böyük itkilərdən sayılır. Lakin demək olmaz ki, nəhəng itki şirkətin çökməsi təhlükəsini reallaşdırıb. Qəzanın xərclərini kənara qoysaq, BP-nin maliyyə vəziyyəti yaxşıdır. Başqa əməliyyatlardan şirkət xeyli gəlir götürüb. Elə bu xeyir də çox vaxtına düşüb. Çünki Meksika körfəzindəki neft ləkəsinin təmizlənməsinə 30 milyard dollara kimi nəhəng məbləğ tələb oluna bilər. Bu isə istənilən şirkət üçün böyük zərbədir. BP bəyan edib ki, lazımi vəsaiti əldə etmək üçün elə 30 milyard dollar məbləğində əmlakını satacaq. Bundan əlavə, neft nəhəngi 3 aydan sonra baş müdiri Toni Heyvardın təqaüdə çıxacağını bildirib. Heyvard qəza ilə bağlı fəaliyyətinə görə kəskin tənqidə məruz qalmışdı. BP sədri Karl Henrik Svanberq deyib ki, Heyvardın özü və BP-nin müdirlər Şurası razılaşıblar ki, baş müdir vəzifəsindən getməlidir. BP şirkəti bəyan edib ki, onun baş icraçı direktoru Toni Heyvard oktyabrın 1-də vəzifəsini tərk edəcək. Bundan başqa şirkət aprel-iyun aylarında 17 milyard dollar itki verdiyini açıqlayıb. Bu itkiyə səbəb Meksika körfəzində baş vermiş qəza və onun fəsadlarının aradan qaldırılmasına tələb olunan xərclərdir: «Bu, Toni Heyvard və şuranın birgə qərarı idi. Toni Heyvard 30 il ərzində şirkət üçün böyük işlər görüb. Son 2 ildə baş müdir işləyib və Meksika körfəzində baş vermiş fəlakətlə mübarizədə misilsiz rəhbərlik nümayiş etdirib. Lakin o realist və namuslu bir adamdır. Hamımız belə bir nəticəyə gəldik ki, reputasiyamızı bərpa etmək üçün, lider mövqeyimizə qayıtmaq üçün bizə yeni rəhbərlik lazımdır. Bunu da bu gün elan edirik». 17 milyard dollar itkiyə baxmayaraq, BP sədri Svanberq şirkətin ümumi işlərinin yaxşı getdiyini bildirdi: «Əlbəttə, bu böyük bir itkidir və hər şeyi kölgədə qoyur. Amma əslində şirkət çox yaxşı nəticələr əldə edib. Dünya üzrə bizim gəlirli əmlakımız var, nəğd pul axını da sabitdir. Eləcə də, elan edirik ki, 25-30 milyard dollar məbləğində əmlakımızı satmaq niyyətindəyik. Qoy heç kimdə bizim maliyyə vəziyyətimizə və bu çətinliklərdən çıxmağa qadir olmağımıza dair şübhə olmasın. Əlbəttə, baş verənlər faciədir və ağır fəsadlarla nəticələnib. Lakin biz tam əminik ki, şirkətimizin reputasiyasını bərpa edə biləcəyik». BP elan edib ki, Toni Heyvardı vəzifəsində amerikalı Bob Dadli əvəz edəcək. Dadli hazırda qəza ilə bağlı gündəlik tədbirlərə başçılıq edir. Gümanlar var ki, vəzifəyə amerikalını təyin etməklə, BP şirkəti Obama administrasiyası ilə arasında yaranmış sərin münasibətləri bərpa etmək istəyir.
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 240

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •