Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
AFFA “Bakı”ya Nizamnaməni göstərdi
“UEFA klub yarışlarında iştirak etmiş və cəzası olan futbolçuların siyahısı AFFA-ya daxil olduqdan sonra klublara göndərilmək üçün aidiyyəti üzrə Peşəkar Futbol Liqasına (PFL) təqdim olunub. PFL əməkdaşları da öz növbəsində elektron poçt vasitəsilə siyahını klublara, o cümlədən “Bakı”ya göndəriblər”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib. “Bakı”nın ölkəmizi təmsil etdiyi Avropa Liqasında UEFA tərəfindən texniki məğlubiyyətlə üzləşməsi ilə bağlı son günlər xeyli söz-söhbətlər dolaşır. Məlum olduğu kimi, son ölkə kubokunun qalibi turnir öncəsi transfer etdiyi kamerunlu futbolçu Joel Epallenin avrokuboklarda cəzası bitmədiyi halda, Çernoqoriyanın “Buduçnost” klubu ilə oyunda meydana çıxıb. Bunu aşkarlayan UEFA “Bakı”ya Podqoritsadakı cavab görüşü öncəsi 0:3 hesablı texniki məğlubiyyət verib. “Bakı” evdə olduğu kimi, səfərdə də rəqibini yensə də (2:1), növbəti mərhələyə çıxa bilmədi.
Məsələyə münasibətini bildirən Malıyevin sözlərinə görə, “Bakı”dan UEFA tərəfindən göndərilən siyahının alınması barədə PFL-ə təsdiq cavabı verilib: “Bundan sonra qaydalara uyğun olaraq, siyahı PFL-in nümayəndəsi Məlik Həsənov tərəfindən imza ilə təsdiq olunaraq, AFFA-ya verilib və aidiyyəti üzrə UEFA-ya göndərilib. Son günlər bəzi şəxslər cəzalı futbolçuların siyahısının niyə məhz AFFA yox, PFL tərəfindən göndərilməsi məsələsini xüsusi vurğulayaraq, burada guya hansısa uyğunsuzluğun olmasına işarə edirlər. Diqqətinizi AFFA-nın Nizamnaməsinə yönəltmək istərdim. Nizamnaməyə əsasən, PFL AFFA-nın, klublar isə PFL-nin birbaşa üzvüdür. Deməli, UEFA-dan gələn sənədi AFFA özünün, PFL isə müvafiq qaydada özünün birbaşa üzvünə göndərib və sənədin kluba çatması ilə bağlı təsdiq cavabı alıb. Belə olan halda hansı uyğunsuzluqdan, yaxud işin düzgün qurulmamağından danışmaq olar?”
Malıyev bildirib ki, AFFA bu struktura uyğun olaraq artıq 3 ildir fəaliyyət göstərir və indiyə qədər digər klublarla bağlı heç bir problem üzə çıxmayıb: “Qeyd edim ki, bu məsələdə AFFA və PFL-nin əməkdaşları öz işlərini peşəkarcasına görüblər və hər biri üzərinə düşən vəzifə öhdəliyini yerinə yetirib. Bu iki qurum klubların transfer siyasətinə qarışmır və buna səlahiyyəti də yoxdur. Klublar bu istiqamətdə işlərini düzgün qurmalıdırlar. Peşəkar klublarımız bir məsələni xüsusi olaraq diqqət mərkəzində saxlamalıdır ki, UEFA-nın mövcud qaydalarına görə, cəzalı futbolçuların meydana çıxıb-çıxmamağı məsələsində ilk növbədə məsuliyyət məhz klubun öhdəsinə düşür. Burada hər hansı səhvə yol verildiyi təqdirdə ilk cəzalanan hakim, hakim-inspektor yox, klub olur”.
Qarşıdan milli komandamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oyunları gəlir. Malıyev millinin heyətində ötən seçmə mərhələdə vərəqə almış, yaxud cəzalı vəziyyətə düşmüş futbolçuların qeydiyyatının artıq bir neçə ay əvvəldən aparıldığını söyləyib: “Bununla bağlı baş məşqçiyə müvafiq məlumat verilib. Klublarımıza gələcəkdə belə məsələlərə daha böyük diqqət və məsuliyyətlə yanaşmağı tövsiyə edərdim. Çünki bu, klubun peşəkarlığının göstəricilərindən biridir”.
+  -  Çap 
Yerləşdirilib: 29.07.10 | Baxılıb: 153

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •