|
Rusiya vətəndaşı dəniz gəzintisi zamanı ölüb
Səbail rayonunda bədbəxt hadisə baş verib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, dənizkənarı bulvarda Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Nəsrəddin Ələkbərov dünyasını dəyişib. Belə ki, N.Ələkbərov dəniz gəzintisi üçün gəmiyə minib və dəniz gəzintisi zamanı vəziyyəti pisləşib. İlkin ehtimallara görə, onun ölümünə infarkt keçirməsi səbəb olub.
|