|
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Şervund MMC”-nin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Bakı şəhəri sakini İman Əzizov cavab verir. İttihama görə, İ.Əzizov meneceri işlədiyi A.Neymətulla küçəsində yerləşən “Şervund” MMC-də mobil telefonları və danışıq kartlarını mənimsəyib. Baş vermiş hadisə ilə bağlı “Şervund” MMC-nin rəhbəri Müşfiq Rəhimov polisə şikayət edib. Bundan sonra İ.Əzizov tutularaq istintaqa təhvil verilib.
|