Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Hərbi hissədə kütləvi zəhərlənmə ilə bağlı məhkəmə
Məhkəmə qarşısında keçmiş bölük komandiri, baş leytenant Anar Eminov cavab verib

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mehdixan Abdullayevin sədrliyi ilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən zəhərlənmə faktı ilə bağlı məhkəmə başlayıb. Məhkəmə qarşısında keçmiş bölük komandiri, baş leytenant Anar Eminov cavab verib. A.Eminov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham olunub. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, 2009-cu ilin iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) kütləvi zəhərlənmə hadisəsi baş verib. Baş vermiş hadisə ilə bağlı hərbi prokurorluqda araşdırma aparılıb. Nəticədə adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb. Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı aşkarlanıb, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb. Bundan sonra TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, Əşya Xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidmətinin rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev istintaqa cəlb olunub.
Məhkəmədə ifadə verən keçmiş bölük komandiri A.Eminov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmə prosesi şahid ifadələri ilə davam etdiriləcək.
+  -  Çap 
Yerləşdirilib: 29.07.10 | Baxılıb: 140

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •