|
İyulun 28-də paytaxtda 5 mərtəbəli binada yanğın baş verib. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, yanğın saat 16:45 radələrində Cavadxan küçəsi 5 ünvanında yerləşən binada başlayıb. Hadisə yerinə dərhal polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyi Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Qısa müddətdə yanğın söndürülüb. Hadisə zamanı ölən və yaralanan olmayıb. Hadisənin səbəbləri araşdırılır.
|