ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays məşhur amerikalı müğənni Areta Franklin ilə birgə səhnəyə çıxıb. «The Daily Express» yazır ki, onların dueti yoxsul uşaqlara yardım üçün nəzərdə tutulmuş xeyriyyə tədbirində təşkil edilib. Sən demə, Rays nəinki məşhur siyasətçi, həm də peşəkar pianoçu imiş. Franklinin oxuduğu ariyalar zamanı onu pianoda məhz Rays müşayiət edib.
|