|
Avstriyada pensiyaçı qadın evinə soxulmuş oğrunun onu qarət etməsinə imkan verməyib.
Yerli mətbuatın yazdığına görə, evinə oğru girdiyini görən qadın onun üzərinə atılaraq, əl ağacı ilə oğruya ard-arda zərbələr endirməyə başlayıb. Gözlənilməz hücumdan qorxan oğru götürdüyü bilərzik, boyunbağı və digər zinət əşyalarını ataraq aradan çıxıb.
|