"CNN Türk"ün xəbərinə görə, bu dəfə olayın səbəbi nə hansısa silahlı insident, nə də terror hadisəsidir. ABŞ-ın heyvan haqlarını müdafiə təşkilatı olan PETA ət istehsalına diqqəti çəkmək üçün özlərini marketlərdə satılan ət məhsulları kimi paketləyərək, aksiya keçiriblər. PETA üzvləri üzərlərinə qan rəngində boyalar tökməyi də unutmayıblar. 32 dərəcə istinin altında aksiya keçirən PETA üzvləri əllərində "Bütün ətlər ölü ətidir" yazılan plakatlar da qaldırıblar. PETA üzvləri hesab edir ki, insanlar ət yeməkdən imtina etməli, daha çox meyvə-tərəvəzlə qidalanmalıdırlar.
|