Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Obama 92 min sənəddə yazılanlardan narahat deyil
Onu məxfi materialların mətbuata sızması maraqlandırır

ABŞ prezidenti Barak Obama çoxlu sayda məxfi sənədin mətbuata sızmasından narahatlığını bildirib. Əfqan müharibəsi ilə bağlı «Wikileaks» saytında dərc edilən 90 mindən çox məxfi sənəd haqda ilk dəfə danışan Obama bildirib ki, sənədlərin özündə narahatedici yeni məqam yoxdur. Onun sözlərinə görə, belə məxfi məlumatların, həm də təfərrüatları ilə sızması narahatedicidir. Sənədlərin özündə əks edilənlər isə onlar üçün elə də narahatverici deyil. Çünki burdakı məsələlər haqda əvvəlcədən xəbərdar idilər və ötən il ABŞ-ın Əfqanıstanla bağlı yeni təşəbbüslə çıxış etməsi də bu cür məlumatlar üzündən olub.

«Wikileaks»in dərc elədiyi sənədlərdə NATO qoşunlarının Əfqanıstanda dinc sakinləri öldürməsi faktlarının gizlədilməsi, ABŞ ordusunun bəzi insan ovçuları dəstələrinin olması və Pakistan kəşfiyyatının «Taliban» yaraqlılarına təlim keçməsi iddiaları var.
Yeri gəlmişkən, dərc edilən məxfi məlumatlarla bağlı Vaşinqtonda narahatlıq günbəgün artır. Bu dəfə isə hesab edilir ki, məxfi materialların dərci ABŞ-ın yaxın müttəfiqləri - Əfqanıstan, xüsusən də Pakistanla münasibətləri korlaya bilər. Qeyd edək ki, həmin məxfi məlumatlarda Pakistanın xüsusi xidmət orqanlarının «Taliban»la görüşdükləri barədə materiallar əks olunub. Rəsmi Kabul artıq İslamabadın «Taliban»la əlaqəsinə ciddi yanaşmağa başlayıb. Həmin sənədlərdə Pakistanın xüsusi xidmət orqanlarının «Taliban»la əlaqəsi sübut edilir. Əfqanıstan prezidentinin mətbuat katibi Miyamək Heravi bildirib ki, Pakistanın (ISR) xüsusi xidmət təşkilatına qarşı ciddi tədbirlər görülməlidir. Prezident Həmid Kərzayi məsələdən narahatçılığını ifadə etsə də, konkret ad çəkmək istəməyib.
O da bəlli olub ki, Əfqanıstandakı müharibə ilə bağlı ABŞ hökumətinə aid 92 min 201 məxfi sənədi əldə edərək yayan “Wikileaks” saytının rəhbəri qaçaq düşüb. Saytı 2006-cı ildə yaradan və dünya miqyasında neçə-neçə qalmaqallı materialları ilə tanınan Culian Paul Assance ölüm təhdidləri alır. Məxfi sənədləri ortaya çıxarmaqla jurnalistikada inqilab yaradan Assance təhdidlərə görə, bir şəhərdə iki gündən artıq qala bilmir. Qeyd edək ki, yayılan məlumatların hamısı ictimaiyyətdən gizli saxlanılan faktlardır. Türkiyə mətbuatı yazır ki, bu, Amerikanın hərb tarixində ən böyük informasiya sızıntısıdır. Saytın 2004-2009-cu illərə aid dərc etdiyi sənədlərdə göstərilib ki, NATO qoşunlarının xəta və məsuliyyətsizliyi nəticəsində baş verən 144 hadisə nəticəsində 195 mülki vətəndaş həlak olub. Sənədlərdə fransız qoşunlarının bir məktəbli avtobusuna atəş açaraq 8 uşağı öldürməsi, ABŞ hərbçilərinin kamikadze olmasından şübhələnərək bir avtobusu atəşə tutması, Britaniya hərbçilərinin Kabulda bir əfqan generalının oğlunu kamikadze hesab edərək öldürməsi, daha bir Amerika əsgərinin “dur!” əmrinə tabe olmayan bir kar adamın arxasından güllə ilə vuraraq öldürmələri kimi tükürpədici faktlar yer alıb. Ən dəhşətli hücumlardan biri isə Polşa qoşun birliyinin intiqamıdır. Əfqanıstanda NATO qoşunlarına tabe olan Polşa hərbçiləri əvvəl hücuma məruz qaldıqları bir kəndi toy gedən zaman bombalayıblar. Nəticədə aralarında hamilə qadının olduğu xeyli insanın meyiti tapılıb. Sənədlərdə o da göstərilib ki, «Taliban»ın yol kənarına basdırdığı bombalar 2 min nəfərin ölümünə səbəb olub və bu fakt NATO tərəfindən gizlədilib. “Strateji uğursuzluq” adlı sənəddə isə göstərilib ki, ABŞ “Taliban”a məxsus bomba bazasını ələ keçirib, ancaq bunu gizlədib. Eyni zamanda, pilotsuz döyüş təyyarələrinin Nevada göylərindən idarə edilməsi də ictimaiyyətdən gizli saxlanılıb.
“Hücum zamanı təsadüfən mülki əfqan öləndə ailəsinə 100 min əfqani (2170 dollar) verirlər, maşını zədələnəndə 10 min əfqani». Bu da «Wikileaks» saytının yaydığı məxfi sənədlərdəndir. «Cəmiyyət bilməlidir ki, real olaraq nə baş verir və nə planlaşdırılır» - deyə saytın rəhbəri Culian Paul Assance deyir.
Qeyd edək ki, Pakistan kəşfiyyatının keçmiş rəhbəri Həmid Gül deyib ki, sənədlər saxtadır. Lakin saytın rəhbəri bununla razılaşmır: «Biz bu 91 min sənədi döyüş yerlərindən, səfirliklərdən, kəşfiyyat zabitlərindən və informatorlardan yığmışıq. Həmin informatorlar yerli vəziyyət haqda məlumat verənlərdir. Onlar bunu havayı etmirlər. Pulunu Amerika hökuməti verir». Belə fikirlər var ki, bu sənədlərin mediaya sızmasını Amerika hökumətinin özü təşkil edib. Hətta onu da deyirlər ki, sənədlərdə Pakistan kəşfiyyatının Əfqanıstanda ikili oyun oynamasını göstərməklə Amerika bəlkə Pakistana hücuma hazırlaşır? Saytın rəhbəri bunları səhv fikir adlandırıb: «Bundan əvvəl də deyirdilər ki, bizim arxamızda Mərkəzi Kəşfiyyat İdarəsi durur. Ancaq biz Quantanamodan sənədləri, prezidentliyə keçmiş namizəd Sara Peylinin e-maillərini çap etmişik. Keniyada qətllərə gizli rəsmi göstərişləri, Çində senzura haqda gizli əmrləri çap etmişik. Bunlar göstərir ki, biz tərəf saxlamırıq. Cəmiyyət bunları bilməlidir. İctimaiyyət bilməlidir nə baş verir. Ədalətli qərar vermək üçün real məlumat olmalıdır. Bizim istədiyimiz odur ki, qərar vermək istəyənin real məlumatı olsun».


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 29.07.10 | Baxılıb: 96

ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: