Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Amerikanın sirləri
Bu ilin aprelində İraqda Amerika əsgərlərinin «Apachi» hərbi vertolyotundan açılan atəşlə aralarında «Reuters»in iki müxbirinin də olduğu 11 mülki şəxsi öldürdüyü səhnəsi internetdə yayımlandı. Hamını şoka salan bu görüntüləri «Wikileaks» saytına Birləşmiş Ştatlar ordusunun adı açıqlanmayan yüksək rütbəli zabiti ötürmüşdü. O zaman saytın təsisçisi Culian Assanj bəyan etmişdi ki, əlində bundan da dəhşətli faktlar var və onları yaxın vaxtlardan açıqlayacaq. Üstündən üç ay keçmiş vəd edilən faktlar açıqlandı.  «Wikileaks» saytı «Əfqanıstan müharibəsi gündəliyi» adı altında 2004-2010-cu illəri əhatə edən 92 min sənədi dərc edib. Beləliklə, məlum olur ki, Əfqanıstanda NATO qoşunları yüzlərlə günahsız, dinc sakini terrorçu adı ilə qətlə yetirib və bu faktların heç biri hər hansı hesabatda yer almayıb. Ən dəhşətlisi odur ki, ABŞ ordusunda gizli «insan ovçuları» dəstəsi var. «373 kod adlı» xüsusi dəstə ABŞ ordusunun xüsusi, məxfi dəstəsidir, onlar guya terrorda şübhələndikləri istənilən şəxsi elə yerindəcə, məhkəməsiz-filansız öldürmək hüququna malikdirlər.
«Wikileaks»in dərc etdiyi sənədlərdə NATO əsgərlərinin 195 dinc sakinin öldürülməsi, 175-nin yaralanmasının təfərrüatları var. İş orasındadır ki, guya bu hadisələrin bir çoxu NATO təyyarələrinin səhv hava zərbələri ilə əlaqələndirilsə də, faktlardan aydın olur ki, əslində, bütün bunlar qəsdən törədilib.
İndi Pentaqon dünyanı şoka salan bu faktların təkzib edilməsinə çalışır. Həqiqət isə budur ki, ilk dəfə açıqlanan bu sənədlər Amerikanın Əfqanıstanda apardığı müharibənin əsl üzünü göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, «Wikileaks» aprel ayında Amerika əsgərlərinin qeyri-insani hərəkətləri ilə bağlı video yayımlamışdı. «İkinci dərəcəli cinayət» adı ilə verilən videoda Bağdadda amerikalılara məxsus «Apachi» hərbi vertolyotundan açılan atəşlə aralarında «Reuters»in iki müxbirinin də olduğu 11 mülki şəxsin öldürüldüyü an yer alır.
Qeyd edək ki, «Reuters» 2007-ci ildən bəri Pentaqonu məhkəməyə verib və bu olayın videosunu tələb edirdi. «Reuters»in fotomüxbiri Namir Noor-Eldeen və onun sürücüsü 12 iyul 2007-ci ildə Bağdadda silahlı hücum zamanı həlak olmuşdu. Bundan bir gün sonra isə ABŞ hərbi dairələri üsyançılara qarşı aparılan əməliyyatda 9 silahlının və 2 mülki şəxsin öldürüldüyünü etiraf etmişdi. Ancaq «Wikileaks» tərəfindən yayımlanan əməliyyat videogörüntüsündə mənzərənin heç də hərbçilər tərəfindən anladıldığı kimi olmadığı görünür. Bir qrup mülki iraqlı ilə küçədə gedən iki qəzetçinin apardıqları kamera və digər ləvazimatlar «Apachi»dəki heyət tərəfindən «silah» kimi qəbul edilir və mərkəzə də bu şəkildə məlumat verilir. Vertolyotdakı hərbçilər israrla və yalvararaq atəş açılmasına icazə verilməsini istəyirlər. Küçədə gedən qrupda bir nəfərin əlində silah olduğu görünür, amma 2007-ci ilin iyulunda Bağdadda kiminsə əlində yüngül silah olması fövqəladə bir məsələ deyil.
Vertolyotdan iki dəfə ardıcıl atəş açılır. Vertolyotdakılar «yerdə yatan ölü murdarlara baxın!» deyərək bir-birləri ilə danışırlar. Daha sonra o əraziyə gələn bir zirehli texnika yerdə olan həmin insanlardan birinin üzərindən keçir və vertolyotdakı hərbçilər buna gülürlər. Videonun ən dəhşətli görüntüsü isə iki uşağı ilə oradan keçən bir iraqlının avtomobilini saxlayaraq, yaralılardan birini avtomobilinə qoymaq istəyərkən qeydə alınıb. Vertolyot bu dəfə də atəş açır və yaralını götürən iraqlını və onun avtomobilini gülləboran edir. Bu zaman avtomobildə iki uşaq olduğu görünür. Atalarını itirən uşaqlar ağır yaralanırlar.
«Wikileaks» saytının təsisçisi Culian Assanj müsahibələrinin birində demişdi ki, onu təəccübləndirən hərbçilərin sanki bir video oyunu oynamış kimi davranmaları, daha çox insan öldürməyə çalışmalarıdır. P.S. Hər şeydə, xüsusən də söz azadlığı sahəsində Amerika təcrübəsindən danışmaqdan doymayanlar üçün yeri gəlmişkən bir faktı yada salaq. ABŞ-ın keçmiş prezidenti B.Klinton və onun həyat yoldaşı, hazırkı dövlət katibi H.Klintonun qızları Çelsi Klintonun iyulun 31-də nikah mərasiminin olacağı gözlənilir. İki norveçli jurnalist nikah mərasiminin keçiriləcəyi məkanda çəkiliş aparmaq istəyərkən polis tərəfindən saxlanılıblar. Onlar Nyu-York ştatında təcridxanalardan birinə salınıblar. Amma yaxşı ki, bu dəfə jurnalistlər ABŞ ordusunun gizli «insan ovçuları» dəstəsinin hədəfinə çevrilməyiblər…
+  -  Çap 
Yerləşdirilib: 27.07.10 | Baxılıb: 499

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •