Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Hörmətlə yolasalma
Tony Hayvard vəzifəsini tərk edəndən sonra 930 min dollar alacaq

BP-nin baş icraçı direktoru Tony Hayvard oktyabr ayında vəzifəsini tərk edəndən sonra 930 min dollar məbləğində illik təqaüd alacaq. Bu barədə BBC məlumat əldə edib. BP-dəki mənbə bildirib ki, ona şirkətin Rusiyadakı birgə müəssisəsində qeyri-icraçı vəzifə veriləcək. Onun şirkəti tərk etməsi barədə qərarın bu gün açıqlanacağı gözlənilir. Hayvard 28 ildir ki, BP-də çalışır. O, 2007-ci ildə baş icraçı olanda jurnalistlərə demişdi ki, bir nömrəli vəzifəsi təhlükəsizliyi və etibarlığı təmin etmək olacaq. Amma aprelin 20-də Luizianada neft quyusunun partlaması, nəticədə 11 fəhlənin ölməsi, ABŞ-ın tarixində ən pis neft dağılması hadisəsinin baş verməsi onun rəhbərliyini sual altına qoydu. 53 yaşlı Hayvard neftin təmizlənməsi əməliyyatında ləngimələrə görə körfəz sahilində yaşayan sakinlər və Amerika siyasətçilərinin ciddi tənqidinə məruz qalıb. Hayvardı əvəzləyəcəyi gözlənilən şəxs BP-nin idarəedici direktoru Bob Dudleydir. Dudley BP-yə 1999-cu ildə qoşulub və İdarə Heyətinə ötən il gəlib. O, BP-nin Rusiyadakı birgə müəssisəsi olan TNK BP-yə rəhbərlik edib, 2009-cu ildən isə BP-nin Direktorlar Şurasının üzvüdür. Cari ilin may ayında şirkət rəhbərliyi onu, həmçinin Meksika körfəzində baş verən qəzanın nəticələrinin aradan qaldırılması üçün yeni yaradılmış bölmənin başçısı vəzifəsinə təyin edib.  
 
+  -  Çap 
Yerləşdirilib: 28.07.10 | Baxılıb: 162

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •