Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İsrail bütün ərəb torpaqlarından geri çəkilməlidir
Mahmud Abbasın sülh planı belədir

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin həqiqi sülh üçün müzakirələrə hazır olduğunu deyib. Baş nazir Fələstin tərəfini danışıqlardan qaçmaqda suçlayıb. Netanyahu bu fikirləri İsrail parlamentinin Xarici işlər və müdafiə komitəsində etdiyi çıxışda bildirib. Baş nazir, həmçinin deyib ki, həqiqi danışıqlara başlamaq lazımdır, bunun üçün Amerika tərəfi ilə müzakirələr aparılır. B.Netanyahu Fələstin hakimiyyətinin bu məsələdə bütün çağırışlara, həqiqi danışıqlara başlamaq dəvətinə təpki göstərdiyini bildirib: «Fələstinlilərin davranışlarına şübhəsi olanlar varsa, indi bu həqiqət kristal qədər şəffafdır». İsrailin baş naziri sonda əlavə edib ki, danışıqlar çətin olacaq, ancaq bütün hallarda müzakirələrə başlamaq lazımdır: «Müdafiə tələbləri və maraqlarımızla bağlı mövzular ancaq həqiqi danışıqlar zamanı müzakirə edilə bilər». Yeri gəlmişkən, Fələstin lideri Mahmud Abbas İsraili kəskin tənqid edib. Uqandanın paytaxtı Kampalada Afrika Birliyi Zirvə toplantısında çıxış edən Abbas bəyan edib ki, «İsrail fələstinlilərin həyatını cəhənnəmə döndərib».  Onun sözlərinə görə, İsrailin sərt addımları iki qonşu dövlətin sülhə nail olmaq imkanlarını heçə endirib. Abbas qeyd edib ki, Təl-Əvivin yeritdiyi siyasət üzündən İordan çayının qərb sahillərində müharibənin yenidən alovlanması mümkündür.  Abbas İsraili Fələstin torpaqlarının işğalını davam etdirməkdə ittiham edib. Onun sözlərinə görə, iki dövlət arasında barış və dinc qonşuluq şəraitində yaşamaq üçün imkan yarandığı anda İsrail yenidən hərbi ekspansiyasını genişləndirərək daha çox Fələstin torpaqlarını ələ keçirməyə çalışır və məskunlaşma siyasətini davam etdirir.  Abbas Amerikanın vasitəçiliyi ilə keçirilən danışıqlar prosesinin məhz İsrailin günahı üzündən dalana dirəndiyini  qeyd edib. Mahmud Abbas bildirib ki, qonşuları ilə dinc şəraitdə yaşaması üçün İsrail işğal etdiyi bütün ərəb torpaqlarından geri  çəkilməli,  İsrail və Fələstin arasındakı 1967-ci il sərhəd xətti bərpa olunmalıdır. «Sülh bizim üçün yeganə seçimdir və bundan əsla geri dönə bilmərik» - deyə Abbas bildirib.
+  -  Çap 
Yerləşdirilib: 28.07.10 | Baxılıb: 188

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •