|
Xavyer Zanetti bu il növbəti mükafatına qovuşub. "İnter"in təcrübəli müdafiəçisi bu dəfə fərdi planda fərqləndirilib.
Bilindiyi kimi, İtaliyanın dəyişməz çempionu ötən mövsüm tarixində ilk dəfə qatıldığı üç turnirin qalibi olmuşdu: milanlılar skudettonu, ölkə kubokunu, Çempionlar Kubokunu qazanmışdı. Xavyerə gəlincə, onun 1995-ci ildən yaşıl meydana qara-göy formada çıxdığını xatırladaq. Əsas məsələyə keçərək Zanettinin ötənlərin məşhur futbolçusu Qaetano Şireanın şərəfinə təsis edilən "Obrazlı karyerasına görə" mükafatını qazandığını bilin.
Qeyd edək ki, argentinalı futbolçu bu mükafatın 18-ci sahibi kimi tarixə düşüb. O da maraqlıdır ki, mükafata ilk dəfə italyan olmayan futbolçu yiyələnib. "Obrazlı karyerasına görə" mükafatı yaşı 30-u ötmüş və eyni zamanda karyerası ərzində bir çox titul qazanmış futbolçulara qismət olur. Qalibi yerli jurnalistlər arasında keçirilən sorğunun nəticəsi müəyyən edir. Namizədlər sırasına düşən oyunçular İtalyada doğulmayıbsa, "buzovlar ölkəsi"ndə azı 10 il çıxış etməsi şərtdir. 36 yaşlı Xavyerin artıq 15 ildir Apennində top qovması bu baxımdan onun dadına çatıb.
|