Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Qəbələ”də iki məşhur futbolçu
Toni Adams ingilis futbolçularla bağlı yekun qərarını verib

"Qəbələ"nin baş məşqçisi Toni Adams baxışa çağırdığı ingilis futbolçularla bağlı yekun qərarını verib. Apasport.az saytının xəbərinə görə, MOİK-lə 0:0 hesabı ilə başa çatan oyunda həmyerliləri - Uill Hendri və Ben Cilli sınayan Adams onları bəyənməyərək, geri qaytarılmaları barədə qərar verib. Əvəzində isə "Qəbələ" iki məşhur futbolçunu baxışa dəvət edib. Onlardan biri ingilis Terri Kukdu. "Mançester Yunayted"in yetirməsi olan bu futbolçu "Sanderlend", "Birmingem", "Mançester Siti", "Viqan" və "Şeffild Yunayted" kimi klublarda icarə əsasında çıxış etdikdən sonra 4 il ABŞ çempionatında oynayıb. Son klubu "Nors Kvinslend Fyuri" (Avstriya) olan 34 yaşlı futbolçu İngiltərənin U-16, U-18 və U-21 yığma komandalarında forma geyinib. Adams onu MOİK-lə oyunda sınayıb.
Baxışa gələn digər bir futbolçu isə Qana yığmasının üzvüdür. Belə ki, Adams ölkəmizə təşrif buyuran Samad Opponqu sınayacaq. Tam adı Abdul Ueyn Samad Opponq olan futbolçu 21 iyul, 1988-ci ildə Kumasi şəhərində dünyaya gəlib. 22 yaşlı hücumçu Qananın "Korners Babies" klubunun yetirməsidir. 2006-cı ildə ilk peşəkar müqaviləsini "Kinq Faysal Babes"lə bağlayan futbolçu 2009-cu ildə "Asante Kotoko" klubuna transfer olunub.
Opponq 2003/05-ci illərdə Qananın U-17 yığmasında 17 oyun keçirib, 8 qola imza atıb və 2005-ci ildə Peruda keçirilən 17 yaşlılar arasında Dünya çempionatına qatılıb. 2006/09-cu illərdə U-20-yə dəvət alan futbolçu 12 oyunda 7 dəfə fərqlənib. Opponq 2009-cu ilin 1 oktyabrında Argentina ilə yoldaşlıq oyununda Qananın əsas yığmasında debüt edib.
+  -  Çap 
Yerləşdirilib: 28.07.10 | Baxılıb: 162

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •