Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yol qəzası 2 nəfərin həyatına son qoyub
12 nəfər xəsarət alıb

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Gəncə şəhər Cavadxan küçəsində Vahid Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə şəhər sakini Eldəniz Əhmədovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub.  Nəticədə V.Hüseynov aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib.  Nərimanov rayonunda naməlum sürücü maşınla əcnəbi vətəndaşı vuraraq qaçıb. Rayonun Təbriz küçəsində naməlum sürücü idarə etdiyi avtomobillə Pakistan vətəndaşı Sarcern Mühəmmədi vurub. O, aldığı xəsarətlər nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhlələrini daşıyan avtobus yolun əks istiqaməti ilə hərəkət edən minik maşını ilə toqquşub. Toqquşma nəticəsində avtobus aşıb, avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar– Etibar Rzayev, Namiq Mikayılov, Baxış Mirzəyev, Aqşin Zeynalov, Hidayət Ziya və Rizvan Məmmədov, Sahib Dadaşov, Ramin Musayev və Manaf Qədirov Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.
Bakı-Qazax avtomobil yolunun 299-cu kilometrliyində Bərdə rayon sakini Rəfael Həsənovun idarə etdiyi “Toyota” markalı minik avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü R.Həsənov dünyasını dəyişib. Avtomobildə olan Bərdə rayon sakinləri Zahir İsmayılov ağır xəsarət alıb.
+  -  Çap 
Yerləşdirilib: 28.07.10 | Baxılıb: 153

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •