|
Murad Rəşidovun apelyasiya şikayəti təmin edilməyib
Şirvan Apelyasiya Məhkəməsində İmran Hacıqayıbovun sədrliyi ilə dövlətə xəyanətdə və bir sıra ağır cinayətlərdə təqsirləndirilən Murad Rəşidovun apelyasiya şikayətinə baxılıb. M.Rəşidov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İttihama görə, Zaqatala rayonu Car kənd sakini, 20 yaşlı M.Rəşidov Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə xidmət etdiyi zaman düşmənlə təmasa girərək, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlər edib. M.Rəşidov, həmçinin hərbçi yoldaşına xəsarət yetirib. 2009-cu il fevralın 7-də M.Rəşidov barəsində həbs-qətimkan tədbiri seçilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Murad Rəşidov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə M.Rəşidovun apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
|