|
İyulun 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ağababa Babayevin sədrliyi ilə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Hacıqabul rayonu sakini Müqabil Kərimov cavab verib. M.Kərimov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, hadisə bu ilin aprelin 19-da Hacıqabulda törədilib. Rayon sakini 1970-ci il təvəllüdlü M.Kərimov bacısı 1962-ci il təvəllüdlü Qətibə Səmədovanı qətlə yetirib. M.Kərimov bacısının başını kəsib. Məhkəmə baxışı avqustun 2-də davam etdiriləcək.
|