Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Hərbi hissədə törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Müttəhimlər kürsüsündə hərbi hissənin 5 hərbçisi cavab verəcək

Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verən qətllə bağlı cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində qətl hadisəsi baş verən hərbi hissədə qulluq edən hərbçilər Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev cavab verəcək. Onlar Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələr ilə təqsirləndiriliblər.
Qeyd edək ki, qətl hadisəsi 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş verib. Odlu silahdan açılan atəş nəticəsində həmin hərbi hissədə qulluq edən 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov hərbi hissənin divizion komandiri, polkovnik-leytenant Yusif Cümayev, qərargah rəisi, kapitan Vasif Sadıxov, baş leytenant Anar Quliyev, baş gizir Elgün Səmədov qətlə yetirib. Vazeh Babayev və Samir Abbasov isə yaralanıb. Həmin şəxslərə atəş açan E.Əzizov və S.Məmmədov sonradan özlərini öldürüblər. Hadisə ilə bağlı istintaq Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. E.Əzizov və S.Məmmədov öldüyünə görə cinayət işinin onlarla bağlı hissəsinə xitam verilib.
Hələlik cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı dəqiqləşdirilməyib. 
+  -  Çap 
Yerləşdirilib: 28.07.10 | Baxılıb: 158

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •