Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Məhkəmədə təhlükəli presedent
Moskva bəyan edib ki, onun Kosovonu tanımamaq siyasəti dəyişməz qalacaq. Haaqa məhkəməsinin qərarı tövsiyə xarakteri daşısa da, təhlükəli presedent yaradır

Haaqa məhkəməsinin Kosovonun müstəqillik aktını qanuni sayan qərarı ilə bağlı müzakirələr davam edir. Bəzi ölkələr qərarı düzgün sayır, digərləri isə bunun çox pis nəticələrə gətirib çıxaracağını bəyan edir. ABŞ-ın dövlət katibi Hillari Klinton bəyan edib ki, beynəlxalq məhkəmə tövsiyə olunan hökm çıxarıb: «Məhkəmə ABŞ-ın çoxdankı mövqeyi ilə razılaşıb ki, Kosovonun müstəqilliyi beynəlxalq hüquqa uyğundur. İndiyədək bu addımı atmayan ölkələri Kosovonu tanımağa çağırırıq». Hillari Klintonun fikrincə, Kosovo müstəqil dövlətdir və onun ərazisi bölünməzdir. “Beynəlxalq məhkəmənin Kosovo haqqında qərarı digər bölgələr və ya dövlətlər üçün presedent ola bilməz”. Bunu isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon deyib. O bildirib ki, ABŞ Kosovonu müstəqil dövlət kimi tanıyır, lakin beynəlxalq məhkəmənin qərarı məhz bu məsələyə xas olan faktorlar əsasında qəbul olunduğu üçün presedent sayıla bilməz: “Beynəlxalq məhkəmənin qərarı Kosovonun unikal şərtləri nəzərə alınmaqla verilib. Qərar məhz Kosovo ilə əlaqədardır, digər bölgə və dövlətlərdən söhbət getmir”.
Rəsmi Moskva isə bəyan edib ki, onun Kosovonu tanımamaq siyasəti dəyişməz qalacaq. Moskvada bəyan edirlər ki, qərar tövsiyə xarakteri daşısa da təhlükəli presedent yaradır. Ancaq eyni zamanda o da qeyd olunur ki, separatçı Abxaziya və Cənubi Osetiyanı tanıyan Rusiya öz mövqeyini müdafiə etmək üçün sanballı arqumentə yiyələnir. Rusiya bəyan edib ki, Kosovonun müstəqillik aktını qanuni sayan BMT-in Beynəlxalq Məhkəməsinin qərarı Moskvanın mövqeyini dəyişməyəcək. O Kosovonu tanımaq fikrində deyil. Beynəlxalq Məhkəmənin apardığı araşdırma zamanı Rusiya Kosovonun müstəqilliyinin beynəlxalq hüquqa zidd olmasını bildirmişdi. Yeri gəlmişkən, burada oxşar fikri 11 ölkə, o cümlədən Çin, Ispaniya, Braziliya, Rumıniya və Azərbaycan da izhar etmişdilər.
Moskva mətbuatı da mövzunu geniş şərh etməkdədir. Əsas vurğu da ona edilir ki, bu qərar separatçılar üçün təhlükəli beynəlxalq hüquqi presedent yaradır. "Vremya novostey" qəzeti öz məqaləsinə "Separat hökm" başlığı qoyub. Məqalədə qeyd olunur ki, 1945-ci ildən bəri ilk dəfə olalar ali beynəlxalq hüquqi instansiya BMT üzvü olan dövlətin tərkibindən həmin dövlətin razılığı olmadan ərazinin birtərəfli çıxmasıyla razı olub. «Kommersant» qəzeti öz məqaləsinə «Separatizm qanun şəklinə salınıb» başlığı verib. Burada qeyd olunur ki, Rusiyanın mövqeyilə məhkəmə hökmü üst-üstə düşməsə də, Moskva işdən müəyyən uduş da əldə edə bilər. Belə ki, indi onun Abxaziya və Cənubi Osetiyanı tanınması işində sanballı arqumenti var. Arqument öz yerində, ancaq əksər şərhçilərə görə, birincisi, məhkəmə qərarı məcburedici qüvvəyə malik deyil. İkincisi isə, hər hansı bir tanınma işində ölkələr ilk növbədə ayrıca siyasi qərar çıxarırlar. Moskvalı şərhçi Andrey Areşevə görə, indi Cənubi Osetiya və Abxaziyanın geniş tanınmasını gözləmək düzgün deyil: «Zahirən və mahiyyət etibarıyla həm Kosovo, həm də deyək Cənubi Osetiyayla Abxaziya məsələsi oxşardılar. Bu separatçılıqdır, metropoliyadan ayrılma cəhdidir. Ancaq prinsipial yanaşmada fərq var. Aparıcı Qərb ölkələri Kosovonu dəstəkləyirlər, Cənubi Osetiya və Abxaziya məsələsində isə Gürcüstanın ərazi bütövlüyü dəstəkləyirlər. İndi məhkəmə qərarından sonra da heç nə dəyişmir, Qərb deyəcək ki, Kosovo unikal haldır və bu halı nə Abxaziya, nə Cənubi Osetiya, nə Dağlıq Qarabağ, nə də başqa mübahisəli ərazilərə şamil etmək olmaz». İndi bir çox ekspertlər deyirlər ki, münaqişəli ərazilər probleminin artıq vahid qanuni həll düstürü yoxdur və həmişə unikal siyasi qərar çıxarılacaq. Politoloq Nikolay Zlobin getdikçə iqtisadi amilin aparıcı mövqeyə çıxdığını deyir: «Hərbi yolla belə münaqişələr heç zaman həll olunmur. Siyasi həll yolu da faktiki yoxdur. Yeganə pis-yaxşı işləyən mexanizm iqtisadi mexanizmdir. Hansı iqtisadi model daha cazibədar olsa sonda onu təlqin edən tərəf də qələbə qazanacaq». Daşnaksütyun: «Yeni imkanlar əldə etmişik»
Ermənistan siyasətçiləri isə artıq Kosovo barədə qərarı president olaraq gördüklərini deyir. Daşnaksutyun parlament fraksiyasının rəhbəri Vahan Hovannisyanın sözlərinə görə, indi Dağlıq Qarabağ separatçı rejiminin statusunu leqallaşdırmaq üçün yeni imkanlar açılıb:«Qərar açıq-aşkar onu göstərir ki, müstəqilliyin birtərəfli qaydada bəyan edilməsi qanunsuz sayıla bilməz. Bunun üçün müəyyən şərtlərin olması lazımdır, əlbəttə. Qarabağda isə Kosovodakı şərtlər və daha artığı var. Bu o deməkdir ki, indi biz Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması istiqamətində mübarizə üçün yeni alət, yeni imkanlar əldə etmişik».   Ermənistanın xarici işlər nazirinin müavini, özünün əcaib ifadələri ilə ad çıxarmış Şavarş Koçaryan isə «vaxt itirmədən» növbəti cəfəng bəyanatını səsləndirib: «Ərazi bütövlüyü prinsipi millətlərin öz müqəddəratını təyin etməsi hüququ prinsipinə münasibətdə ikincidir. Haaqa məhkəməsinin qərarı da məhz buna dəlalət edir». Ermənistan XİN başçısının müavini bu sözləri «Kosovonun Serbiyadan ayrılmasının qanunun pozulması olmaması barədə beynəlxalq məhkəmənin qərarını» şərh edərkən deyib. Şavarş Koçaryanın sözləri onun bir diplomat kimi savadsızlığına və peşəkarlıq baxımından tamamilə yararsız olmasına dəlalət edir. Mərkəzi Asiyada «Kosovo modeli»?
Maraqlıdır ki, Haaqa məhkəməsinin qərarının Mərkəzi Asiyadakı vəziyyətə də öz təsirini göstərə biləcəyi göstərilir. Qırğızıstanın Oş vilayətində beynəlxalq polis qüvvələrinin yerləşdirilməsi əleyhinə etiraz aksiyaları keçirilib. Belə ki, etirazçılar daha bir Kosovonun yaranmasını istəmədiklərini bildiriblər. Britaniyalı təhlilçi Malkolm Haslett bildirib ki, təbii olaraq bəzi qırğızlar narahatdır ki, beynəlxalq sülhməramlı qüvvələr Oş şəhərindəki özbək icmasına lazım olandan çox dəstək göstərsinlər. Amma narahat olan yalnız qırğızlar deyil. BMT məhkəməsinin hökmü Mərkəzi Asiya boyunca çətinliklər yarada bilər. Çünki Sovet İttifaqı zamanı çəkilmiş sərhədlər heç də həmişə yerlilərin hislərini əks etdirməyib. Bu, etnik cəhətdən mürəkkəb tərkibi olan Qafqaz regionu üçün daha böyük əhəmiyyətə malikdir. Söhbət Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və eləcə də Çeçenistandan gedir. Düzdür, hökmdə deyilir ki, bəzi hallarda müstəqillik haqqında deklarasiya qanunsuz deyil, amma onun qanuni olduğu da deyilmir. Sözsüz ki, hökm separatçı regionları öz tələblərini daha böyük etiqad və enerji ilə önə sürməyə ürəkləndirəcək. Kosovo hökmünə geniş dəstəyin əsasən qərb dövlətlərində olduğuna baxmayaraq, bir çox yerlərdə buna qarışıq reaskiya olacaq. Bir çox adam belə fikirlə razılaşır ki, əgər hansısa qrup əhəmiyyətli miqyasda böyük əraziyə və çoxluğa malikdirsə, onda öz müqəddəratını təyin etmək prinsipi belələrinə şamil edilə bilər. Amma Kosovoda bu prinsipə dəstək o deməkdir ki, nəzəri cəhətdən bunun Cənubi Osetiyada baş verməsi qərbin müttəfiqi olan Gürcüstanı qıcıqlandıracaq. Rusiyanın buna münasibəti isə çox birmənali deyil. O həmişə müttəfiqi olan Serbiyanı kosovoluların iddialarına qarşı dəstəkləyib. O eləcə də özünün Çeçenistan kimi çözülməmiş problemlər qalan bəzi regionlarında yarana biləcək çətinliklərdən narahat olacaq. Digər tərəfdən hökm Cənubi Osetiyanın və Rusiyanın dəstəklədiyi Abxaziyanın müstəqillik iddialarını dəstəkləmiş olur. BMT hökmü presedentsiz deyil. 1920-21-ci illərdə Britaniya İrlandiyanın bir hissəsinə adadan ayrılmağa icazə verdi. Şimal Qərbin bəzi hissələrində adamların çoxu Britaniyanın tərkibində qalmaq istədiklərindən özlərini silahlandıraraq onların təbirincə desək, daxili hakimiyyətə qarşı müqavimət göstərməyə başladılar. Bu, həmin hissəsi indi müstəqil olan İrlandiyada şiddətli vətəndaş müharibəsinə gətirdi. Sovet İttifaqının cənub hissələrində regional siyasətə yeni və narahatedici faktor əlavə edilib. Ümid edilir ki, beynəlxalq vəkillər və siyasətçilər BMT məhkəməsinin hökmünün ortaya çıxardığı çətinlikləri nəzərdən keçirməyə və ya heç olmasa ayrılma və ya müstəqilliyin qanuniləşdirilməsi haqqında iddiaların daha dəqiq müəyyənləşdirməyə hazır olacaqlar.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 27.07.10 | Baxılıb: 246

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •